Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / Siyasət-Analitika
Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması: məkirli maraqlar və reallıqlar
Bu gün Azərbaycan və Gürcüstan cümhuriyyətlərinin Versal Ali Şurası tərəfindən de-fakto səviyyədə tanınmasının 105-ci il dönümüdür. Bu gün I Respublikanın de-fakto tanınmasını dövlətçilik tariximizdə ən böyük uğur kimi qiymətləndirilir, hətta ilahiləşdirilir. Amma de-fakto tanınmanın pərdəarxasını çoxları, o cümlədən özlərini adlı sanlı tarixçi, araşdırmaçı, siyasi xadim hesab edənlər ya xəbərdar deyil, ya da bilərəkdən həqiqətləri gizlədirlər.
Bu məsələyə sual-cavab formasında mənbələrlə və arqumentlərlə aydınlıq gətirməyə çalışacağam.
1. Sual: Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasını hüquqi tanınma kimi dəyərləndirə bilərikmi?
Cavab: Qiymətləndirə bilmərik. Çünki əsas tanınma de-fakto deyil. Beynəlxalq səviyyədə əsas və yekun hüquqi olaraq tanınma - de-yuredir. Bunu Gürcüstan nümunəsində görə bilərik. Gürcüstan da Azərbaycanla eyni vaxtda de-fakto tanınmışdı. Bir il sonra - 28 yanvar 1921-ci ildə isə Gürcüstanın Versal Ali Şurası tərəfindən de-yure tanınması reallaşdı (https://archive.gov.ge/.../saqartvelos-de-iure-agiarebis...). Ancaq 1 ay keçməmiş, 15 fevral 1921-ci ildə 4 dövlət (Azərbaycan ŞSC, Ermənistan SSR, TBMM (Ankara hökuməti) , RSFSR) Gürcüstana qarşı hərbi kampaniya keçirərək bu ölkəni sovetləşdirdi. Həqiqət naminə qeyd olunmalıdır ki. Bolşevik Rusiyası Azərbaycan, Ermənistan və Dağlılar respublikalarını heç de-fakto səviyyədə belə tanımamışdır. Ona görə bizi işğal ediblər, dövlətçiliyimə son qoyublar kimi təbliğatlar çox gülüncdür. RSFSR 28 may 1918-ci ildə Tiflisdə elan edilən dövləti yox, 19 iyul 1919-cu ildə Həştərxanda elan edilən (Nəriman Nərimanov, Dadaş Bünyadzadə və digər milli bolşeviklər sayəsində) Azərbaycan Şura Cümhuriyyətini rəsmən tanıyıb və 28 aprel çevrilişi sayəsində Həştərxandakı mühacir hökumət Bakıya qayıdıb. Rəsmi Moskva Ermənistanda isə 29 noyabr 1920-ci ildə elan edilən Ermənistan SSR-ni dövlət kimi tanıyıb. Odur ki, Cənubi Qafqaz respublikaları arasında Bolşevik Rusiyasının işğal etdiyi yeganə dövlət Gürcüstan Demokratik Respublikasıdır. Çünki, RSFSR 5 may 1920-ci ildə Gürcüstanı də de-yure tanımışdır. Bu tanınmadan sonra başqa bir dövlətin ərazisinə qoşun yeridilməsi birmənalı olaraq işğaldır və rəsmi Moskvanın 1921-ci il fevral kampaniyası Gürcüstanı işğal edərək onun dövlət müstəqilliyinə son qoydu. Ancaq Gürcüstanın sovetləşdirilməsində əsas payı Azərbaycan, Ermənistan və TBMM qazandı. Azərbaycan Cümhuriyyəti isə mövcudluğu (1918-20-ci illərdə) dönəmində nə RSFSR (Bolşevik Rusiyası heç de-fakto da tanımayıb), nə Antanta dövlətləri tərəfindən de-yure respublika kim tanınmadı (Zaur Əliyev, İrəvan 100, 2018 s.57)
2. Sual: Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması Parisdə danışıqlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin ən böyük diplomatik qələbəsi idimi?
Cavab: Təbii ki, bunu böyük diplomatik qələbə hesab edə bilmərik. Çünki Antanta dövlətlərinin 1920-ci ilə qədər Azərbaycan hökumətini de-fakto səviyyədə belə tanımamışdılar.Bunun əsas səbəbi Cənubi Qafqazda Rusiyanın hüquqi sahibliyini tanımaları ilə bağlı idi. Sual olunur - əgər Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması Azərbaycan diplomatiyasının qələbəsi idisə, bəs Azərbaycanı 1919-cu ildə niyə de-fakto tanımadılar və 1920-ci ilə kimi gözlədilər?! Antanta dövlətləri baxırdılar ki, Rusiyada ağlar və qırmızlar arasında gedən vətəndaş müharibəsində kim qalib gələcək. Bununla yanaşı İngiltərə və Fransa I Dünya müharibəsində müttəfiqi olmuş Rusiyanın bölünməsini istəmirdi və bu səbəblə “Vahid və bölünməz Rusiya” üçün mübarizə aparan Denikini, Kolçakı və Vrangeli dəstəkləyirdi. 1919-cu ilin axırlarında Antanta görəndə ki, ağqvardiyaçı qüvvələr artıq məğlub olur, o zaman Antanta belə qənaətə gəlir ki, bolşeviklərin qarşısını almaq üçün biz Azərbaycan hökumətini ən azından de-fakto səviyyədə tanımalıyıq. Bunu ingilis komandanlığının yazışmalarından da görə bilərik.Belə ki, Böyük Britaniyanın Ali komissarı Oliver Vardrop 3 yanvar 1920-ci ildə Xarici işlər naziri Lord Kurzona göndərdiyi teleqrafda Qırmızı Ordunun Qafqazda geniş yayılmış hücumu barədə xəbərdarlıq etdi və bolşeviklərə ən azı bir növ maneə yaratmaq üçün mövcud hökumətlərin dərhal de-fakto formada tanınmasını təklif etdi. Bununla əlaqədar yanvarın 10-da İngiltərə, İtaliya və Fransanın xarici işlər nazirləri ingilis nümayəndələrinin tövsiyəsi ilə Ali sülh şurasının iclasını keçirdi. Görüşün təşəbbüskarı Lord Kurzon Qafqazdakı vəziyyətlə bağlı hesabat hazırladı və bütün Qafqazı ilə Yaxın Şərqi tez bir zamanda nəzarətə götürə biləcək bolşevik-kamalist koalisiyasının təhlükəsi haqqında məlumat verdi. Ortaq bir mövqe ilə əlaqədar olaraq Lord Kurzon şuranın növbəti iclasında Lloyd Corcun təklifi ilə Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınmasının gündəmə gətirildiyini elan etdi (Bulent Gokay,, A Clash of Empires: Turkey Between Russian Bolshevism and British Imperialism, 1918-1923, 1997 s.70).
Nəticədə Ali Şura, 11 yanvar 1920-ci ildə son qərarı verdi. Müttəfiq dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto tanıdılar (Ф.Максудов, И.Алиев, Н.Агамалиева, Ш. Алышанлы. Азербайджанская Демократическая Республика: 1918-1920 : армия : (документы и материалы, 1998 s. 235). Azərbaycan və Gürcüstan hökumətlərinin de-fakto tanınması bu dövlətlərin diplomatiyasının qələbəsi kimi subyektiv şərtlər ilə bağlı deyil, Antanta dövlətlərinin Bolşevik Rusiyası ilə Ankara hökumətinin birləşməsinin qarşısını almaq üçün atdığı diplomatik manevr idi və bununlar özlərinin imperialist maraqları ilə bağlı idi.
3. Sual: Antanta (əsas da Böyük Britaniya) Azərbaycanın dövlət müstəqilliyini sidq ürəkdən tanımağa maraqlı idimi? Yoxsa bu hadisə Böyük Britaniyanın məkirli imperialist planlarını reallaşdırmaq üçün növbəti addım idimi?
Cavab: Böyük Britaniya imperiyasının Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın işğalını davam etdirəcək qədər iqtisadi gücü yox idi. Bundan əlavə Bakıdakı ingilis əsgərlərinin bolşevizm əhval-ruhiyyəsində olması, müharibə əleydarlarının sayının artması, İrlandiyada İngilis imperializminə qarşı Maykl Kollinzin rəhbərliyi altına silahlı milli azadlıq mübarizəsinin aparılması ingilislərin Azərbaycandakı hərbi qüvvələrini çıxarmağı vacib problemə çevrilmişdi. Lakin rəsmi London qoşunlarını Qafqazdan çıxarsa da, Azərbaycanda iqtisadi və siyasi olaraq öz hegemonluğunu davam etdirmək niyyətində idi. Dolayısı ilə öz hərbi varlığı ilə Qafqazda hakimiyyətlərini davam etdirə bilməyəcəklərini başa düşən ingilislər, onların maraqlarına uyğun gələn kapitalist hökumətlərlə əlaqələr quraraq öz imperialist planlarını reallaşdırmağa çalışırdılar. Bu vaxt Tiflisdəki Böyük Britaniya komissarı Oliver Vardrop Xarici İşlər nazirliyinə teleqramlar göndərərək, Cənubi Qafqazın yeni cümhuriyyətlərinin dörd təhlükə qarşısında qaldıqlarını və bu dövlətlərin dəstəklənməsinin zəruri olduğunu qeyd edirdi. Bu təhlükələr Şimalda Denikinin ordularını darmadağın edərək, təqib edən Qırmızı Ordunun, Şərqdə Xəzər sahillərinə doğru irəliləyən bolşevik qüvvələri və Cənubdan hücuma keçəcək Ankara hökumətinin qoşunları idi.
Bu zaman Vardrop Gürcüstan, Azərbaycan, Ermənistan cümhuriyyətlərini və Dağlılar Respublikasının maddi yardımlarla birlikdə bu dövlətlərin feli olaraq tanınmasını təklif edir. De-fakto tanınma nəticəsində Qafqaz dövlətlərinin, ingilislərə düşmən olan TBMM ilə bolşeviklərin yaxınlaşmasında maneə törədəcəklərini qeyd edirdi. İngiltərə tələsməyəcəyi təqdirdə Qafqaz dövlətləri bolşeviklərin əlinə keçə bilərdi (Serpil Sürmeli, Türk-Gürcü İlişkileri (1918-1921), Ankara, 2001, s.495).
Çörçill xatirələrində yazırdı:
“Britaniya ordusunun yardımı ilə Gürcüstan, Ermənistan və Azərbaycanın güclü blok quraraq, bolşeviklərin Türkiyə və İrana gözlənilən müdaxilələrinin qarşısının alınmasının vacib olduğunu vurğulayırdı” (Уинстон Черчилль. Мировой кризис. 1918-1925, 1932. c 106).
Azərbaycan, Gürcüstan və Ermənistan de-fakto tanındıqdan sonra Böyük Britaniyanın Xarici İşlər naziri Lloyd Corc hər 3 Cənubi Qafqaz cümhuriyyətinin de-fakto tanınmasını Antanta dövlətlərinin Bakı neftinə nəzarət etmək, İran ilə İraq yolunu bağlamaq və rəsmi Ankara ilə Sovet Rusiyası birləşməsinin qarşısını almaq üçün Daşnak, Menşevik, Müsavatın iqtidarda olduğu Ermənistan, Gürcüstan və Azərbaycandan ibarət sədd qurması kimi dəyərləndirirdi. Təsadüfi deyil ki, Azərbaycan, Gürcüstan və Ermənistan cümhuriyyətlərinin de-fakto tanınması tarixdə Böyük Britaniya imperiyasının "Qafqaz səddi" siyasəti kimi də dəyərləndirilir.
Nyu-York Taymz qəzeti 13 yanvar 1920-ci il tarixli sayında ingilislərin Qafqaz səddi siyasətini bu cür dəyərləndirirdi:
"İngiltərə hökuməti, İran ilə Rusiya və Türkiyə arasında əlaqə qurulmasına mane törətmək məqsədini güdür. Beləliklə, həm bolşevik hücumun qarşısı alınacaq, həm də Türkiyə və İran müsəlmanları arasında qurulması ehtimal edilən işbirliyi əngəllənəcəkdir. Bu siyasət uğurla nəticələndikdə türklər ilə bolşeviklərin birləşmələrinin də qarşısı alınacaqdır” (Osman Ulagay, Amerikan Basınında Türk Kurtuluş Savaşı, İstanbul 1974, s.79).
Mustafa Kamal paşanın 1920-ci ilin fevralın 6-da Qarabəkir paşaya göndərdiyi teleqramında Qərb dövlətlərinin müttəfiqi olan Azərbaycan, Gürcüstan və Ermənistanın bolşeviklərin türk istiqlal savaşına dəstək verməsində maneə törətdiyini qeyd edirdi. Həmçinin qazi Mustafa Kamal hər üç Cənubi Qafqaz respublikasının Qərb meyilli siyasətinin yeni Türk dövlətinin qurulmasında ümidlərin puç olması ilə nəticələnəcəyini qeyd edirdi (Bulent Gokay, A Clash of Empires: Turkey Between Russian Bolshevism and British Imperialism, 1918-1923, 1997 s.70). Cənubi Qafqazdakı gənc dövlətlərdən ibarət “Qafqaz səddi”, ingilislərin qoşun saxlamadan da Azərbaycanı və bütün Cənubi Qafqazı coğrafiyasını öz əsarətləri altında saxlamalarına xidmət edəcəkdir. Nəticədə, bir yandan Antanta dövlətləri Cənubi Qafqaz xalqlarını itaətdə saxlamağa çalışarkən, digər tərəfdən bolşeviklərlə Ankara hökumətinin yaxınlaşmasının qarşısını almış olacaqdılar (Mehmet Perinçek. Kafkasyada Türk-Sovyet askeri işbirliği, 2021 s.31).
Onu da vurğulamaq lazımdır ki, “Qafqaz Səddi” siyasəti Dumanlı Albiona Bakı neftini əldə saxlamaq imkanı verdiyinə görə ingilislər Azərbaycan neftinin qanunsuz istismarını davam etdirmişdilər. Xüsusilə neftin daşınması Azərbaycan hökuməti qarşısında şərt və tələblər formasında həyata keçirilirdi. Məsələn, Azərbaycan hökuməti de-fakto tanındıqdan 15 gün sonra - 26 yanvar 1920-ci ildə Müsavat iqtidarının Ticarət və Sənaye naziri Xudadat bəy Məlik-Aslanovla Böyük Britaniya neft idarəsinin Batumdakı nümayəndəsi mayor Rul arasında neftin satışı üzrə saziş imzalanmışdı. Sazişə görə Azərbaycan tərəfi hər gün Batuma 15 vaqon mazut neft göndərməli idi. Böyük Britaniya Neft İdarəsinin qərarına əsasən, 1920-ci il aprelin 12-də bütün neft məhsullarından yalnız mazutun dəmiryol vasitəsilə Batuma daşınmasına icazə verilirdi. Bakıdan göndərilən mazut üçün fakturalarda Britaniya Neft İdarəsinin Bakıdakı nümayəndəsi kapitan Kukun icazəsi olmalı idi. İngilislər Bakının “qara qızıl” sənayesində öz inhisarçı mövqeyini son imkana qədər saxlamağa çalışmış və Antanta dövlətlərinə neft məhsulu aparılmasına mane olmuşdular. Böyük Britaniya məmləkətimizdə de-fakto müstəmləkəçiliyi sayəsində neft idarəsi vəsait qoymadığı, maliyyələşdirmədiyi Azərbaycan neft sənayesini tamamilə özündən asılı vəziyyətə salmışdı. Bunun nəticəsində yalnız neft sənayesi deyil, ölkənin bütün maliyyə sistemi ağır vəziyyətə düşmüşdü (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası II cild, 2005, s.43). Ancaq ingilis lordlarının “Qafqaz Səddi” siyasəti, daha doğrusu onların Azərbaycanı öz yarım müstəmləkəçiliyində saxlaması prosesi uzun çəkmədi. 28 aprel çevrilişi ilə Azərbaycan Şura Cümhuriyyətinin qurulması Böyük Britaniyanın Azərbaycanı öz müstəmləkəsinə çevirmək siyasətini darmadağın etdi.
ƏLİ NOVRUZOV
Mənbələr:
1.https://archive.gov.ge/.../saqartvelos-de-iure-agiarebis...
2. Zaur Əliyev, İrəvan 100, 2018
3. Bulent Gokay,, A Clash of Empires: Turkey Between Russian Bolshevism and British Imperialism, 1918-1923, 1997
4. Ф.Максудов, И.Алиев, Н.Агамалиева, Ш. Алышанлы. Азербайджанская Демократическая Республика: 1918-1920: армия : (документы и материалы, 1998
5. Serpil Sürmeli, Türk-Gürcü İlişkileri (1918-1921), Ankara, 2001
6. Уинстон Черчилль. Мировой кризис. 1918-1925, 1932
7. Osman Ulagay, Amerikan Basınında Türk Kurtuluş Savaşı, İstanbul 1974
8. Mehmet Perinçek. Kafkasyada Türk-Sovyet askeri işbirliği, 2021
9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası II cild, 2005

Mövzu linkləri:
Həmçinin oxuyun:
"Rusbaş" amerikalı polis - Gülləboran altında müsahibə
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
2023-cü ilin strategiyaları və ssenariləri