Flaş / Dünya / Gündəm / Azərbaycan / Cəmiyyət-Səhiyyə / Publisistika
14:27, 13 aprel 2024
640
0

Qeysəriyyə - həkim tələsi, yoxsa şəfa?

Bu dəfə qeysəriyyə haqqında danışmaq istədim. Mənim üçün adəti üzrə mövzu olmasa da fikirlərimi yazmağı özümə borc bildim. Onsuz da əlimdən başqa heç nə gəlmir. Sosial həyatımızın digər sahələrində olduğu kimi, burda da vəziyyət ürəkaçan deyil. Belə getsə ildən ilə daha da pisləşəcək.
Qeysəriyyə əməliyyatı haqqında ilk növbədə onu demək istərdim ki, qadınların ən axmaq hərəkəti heç bir zəruri göstəriş olmadan qeysəriyyə əməliyyatı etdirməsidir.


Bir almanı yemə prosesini yada salaq. Onu dişləyəndən sonra mədəyə düşür və zərrə qədər də şüurlu iştirakımız olmadan həzm olunur. Əslində bu fikir  dünyanın istənilən ölkəsində bir məmur üçün dözülməzdir. Çünki məmurlar onların qaydaları olmadan həyatın davam edə bilməyəcəyinə inanırlar. Onlar nəzarət edə bilmədikləri prosesi məhv etməyə hazırdılar və ya bunu çox zaman edirlər. Doğuş da əslində almanın həzm prosesinə bənzəyir. O, təbii və fizioloji bir prosesdir. Doğuş prosesi peristaltika kimi Səhiyyə Nazirliyinin tənzimləmələrinə çox az məruz qalır. Ona görə də onu daim nəzarət altına almağa çalışırlar. Bir çox ölkələrdə müasir tibb ictimai rəyi "doğuş doğum evlərində olmalıdır" tezisinə uyğunlaşdırılıb, bəzi yerlərdə isə daha da irəli gedilib.

Məsələn, ABŞ-də doğumların üçdə biri qeysəriyyə əməliyyatları vasitəsilə həyata keçirilir. Bu kütləvi axmaqlığın əsas səbəbi qeysəriyyə əməliyyatına görə həkimlərin iki və ya daha çox dəfələrlə çox maaş və ya qonorar almasıdır. Ona görə də pasientin həqiqi sağlamlıq vəziyyəti onların vecinə də deyil. Əgər həkimlərə təbii doğuş üçün daha çox maaş verilsəydi, doğuş zamanı neştərə əl atmazdan əvvəl peysərlərini yaxşıca qaşıyardılar.

Qazanclı vəziyyətdə olan həkimlər qadınları inandırırlar ki, onlar qeysəriyyə əməliyyatı olunsalar hansısa ölüm təhlükəsindən yan keçmiş olacaq, ya da ən azında dəhşətli doğuş sancılarından qurtulacaqlar. Mamanın gül balaları olan indiki qadınlar üçün belə bir fürsət göydəndüşmə olur. Axı onlar heç bir şey üçün əzab, zəhmət çəkib əldə etmirlər. İstədiyini asan şəkildə əldə edən bir qadın üçün həkimlərin və ümumilikdə səhiyyə sisteminin onun üçün qurduğu “qeysəriyyə tələsi”nə düşməmək demək olar ki, mümkünsüzdür.

Doğuş ağrılarından qurtulduğunu zənn edən əməliyyat olunmuş axmaq qadın  elə bilir ki, hər şey bal kimi keçəcək. Lakin qeysəriyyə əməliyyatından sonra sağalma və reabilitasiya prosesi sadəcə dəhşətdir.  Təbii doğuşdan sonra, hətta bir neçə tikiş olsa belə, on dəqiqədən sonra qadın ayağa durub rəqs də edə bilər. Lakin qeysəriyyədən sonrakı vəziyyət üçün bunu deyə bilmərik. Bu əməliyyatdan sonra qadınlarda yaranan komplekslər, depressiya və digər fəsadları da nəzərə alsaq, deyə bilərik ki, qeysəriyyədən sonra qadının çəkdikləri doğuşdakı ağrılardan dəfələrlə pisdir.

Yeri gəlmişkən, ilk qeysəriyyədən sonra qadınların gəldiyi növbəti axmaq, heç bir əsası olmayan, mifik bir qənaət odur ki,  “əgər ilk doğuş qeysəriyyə ilə olubsa, artıq başqa seçim yoxdur. Bundan sonrakı doğuşlar da ancaq qeysəriyyə ilə olmalıdır".

Əziz qadınlar, qeysəriyyə əməliyyatından sonra da təbii və tam sakit şəkildə doğa bilərsiniz! Əslində doğru olan odur ki, üç-dörd qeysəriyyə əməliyyatından sonra təbii doğuş olmaz. Axı siz niyə bu qədər axmaqlıq edib özünüzü dəfələrlə doğratdırırsız?

Uzun sözün qısası, əziz gələcək analar! Doğum evində(və ya məsləhətxanada, fərq etməz) nəyin bahasına olursa-olsun səni aldadıb qeysəriyyə etmək üçün razılığını almağa çalışacaqlar - onlara aldanma.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)