Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
ABŞ Qrenlandiyanı işğal edəcək?- Dünyanın ən böyük adası uğrunda mübarizə başladı- ANALİZ
Trampın dilə gətirdiyi digər istəyi Qrenlandiyanı ABŞ-a birləşdirməkdir. Nə üçün?
Gəlin, əvvəl Qrenlandiya ilə tanış olaq.
Qrenlandiya dünyanın ən böyük adasıdır.
-Sahəsi– 2,17 mln km² (müqayisə üçün Əlcəzairin ərazisi 2,38 mln km²-dir),
-Buzlaq– ərazisinin 80%-i buzla örtülüb (Antarktidadan sonra 2-ci ən böyük buz örtüyü),
-Əhalisi– 56 min nəfər (2019-cu il),
-Əhalinin etnik tərkibi– inuitlər (eskimoslar) (~90%) və avropalılar (~10%).
-Yeraltı sərvətləri– zəngin neft-qaz, daş kömür, nadir metallar, o cümlədən nadir torpaq metalları, uran, qrafit, mərmər yataqları var.
Qrenlandiya danimarka dilində (Grønland) "yaşıl torpaq" deməkdir. X əsrdə adanın çox hissəsi buzla yox, yaşıllıqla örtüldüyünə görə ona belə ad verilmişdi.
Adanın sahibliyinin qısa xronikası
-982-ci il. Qrenlandiyanı vikinqlər kəşf edir və adanın cənubunda koloniyalarını qururlar. Həmin vaxtdan o Norveçin ərazisi sayılır.
-1030-cu il. Norveç Danimarka Krallığının bir hissəsinə çevrilir.
-1397-cü il. İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu yaradırlar.
-1521-ci il. İsveç Kalmar Birliyindən ayrılır. Danimarka və Norveç 1821-ci ilə qədər Danimarka-Norveç adlı dövlət kimi fəaliyyət göstərir. Onların bir kralı, lakin ayrı-ayrı konstitusiyaları, dövlət qurumları və orduları olur.
-1814-cü il. Napoleonun məğlub olması ilə əlaqədar onun müttəfiqi olan Danimarka müharibədə çox zəifləmiş Norveçi Kil müqaviləsinin şərtlərinə müvafiq olaraq qalib tərəflərdən biri olan İsveçə verməyə məcbur olur. Bu zaman Qrenlandiya Danimarkanın müstəmləkəsi kimi qalır.
-1905-ci il. Uzun sürən üsyanlardan sonra İsveç Norveçin müstəqilliyini tanıyır.
-1953-cq il. Qrenlandiya Danimarka Krallığının ərazisi elan olunur (müstəmləkə statusundan çıxır, əhalisi Danimarka vətəndaşları olur).
-1979-cu il. Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazi statusu alır– öz parlamenti, yerli qanunları və idarəetmə sistemi olur, lakin xarici əlaqələr və müdafiə məsələləri mərkəzi hakimiyyətin səlahiyyətində qalır.
ABŞ-ın Qrenlandiyaya iddialarının tarixi
-1867-ci il. ABŞ-ın dövlət katibi Uilyam Henri Styuard Qrenlandiyanın və İslandiyanın Danimarkadan alınması layihəsini Konqresə çıxarır. Konqres layihəni qəbul etmir.
-1940-cı il. Almaniya Danimarkanı işğal etdikdən sonra ABŞ bəyan edir ki, Monro doktrinası Qrenlandiyaya da aiddir, yəni ada ABŞ-ın təsiri altındadır.
-09.04.1941-ci il. Danimarkanın Vaşinqtondakı təmsilçisi ABŞ hökuməti ilə Qrenlandiyanın müdafiəsinə dair saziş imzalayır.
-1946-cı il. ABŞ Danimarkaya Qrenlandiyanı ona satmaq üçün $100 milyon təklif edir. Danimarka bu təklifi rədd edir.
-27.04.1951-ci il. Danimarka ilə ABŞ arasında Qrenlandiyanın birgə müdafiəsinə dair yeni saziş imzalanır.
-06.08.2004-cü il. Danimarka ilə ABŞ arasında 1951-ci il sazişinin təkmilləşdirilməsi məqsədilə yeni saziş imzalanır.
-2019-cu il (avqust). Tramp yenidən Danimarkaya Qrenlandiyanı ABŞ-a satmağı təklif edir. O vaxtdan indiyədək Danimarkanın baş naziri olan Mette Frederiksen təklifi rədd edir. "Küsmüş" Tramp əvvəlcədən planlaşdırılmış Danimarka səfərindən imtina edir.
-2024-cü il (dekabr). Tramp yenidən Qrenlandiya iddialarını səsləndirir– bu dəfə açıq mətbuatda.
Hazırda Qrenlandiyada ABŞ-ın 2 hərbi bazası və digər hərbi obyektləri var.
Qrenlandiyanın ABŞ üçün əhəmiyyəti
Ada Amerika ilə Avropa arasında ən yaxın məsafədə yerləşir. Buradan Avropanı nəzarətdə saxlamaq əlverişlidir.
Danimarka adanı Rusiya və Çin hərbi gəmi və təyyarələrinə qarşı etibarlı müdafiə edə bilmir, bu isə ABŞ üçün təhdid mənbəyidir. Bəzi analitiklər hətta ehtimal edirlər ki, Trampın adaya iddialar irəli sürməsində məqsədi Danimarka hökumətini adanın müdafiə xərclərini artırmağa məcbur etməkdir.
ABŞ-ın nadir elementlər sahəsində Çindən asılılığı böyükdür (bu haqda ətraflı: https://globkom.info/butun-xeberler/abs-cin-qarsidurmasinda-hessas-noqte-bu-elementlere-nezaret-ugrunda-mubarize-qizisir-analiz/.) Çinlə münasibətlər daha da gərginləşərsə, Çin həmin elementlərin ABŞ-a ixracını tam dayandıra bilər. Bu ABŞ üçün güclü hərbi-texnoloji zərbə olar. Qrenlandiya isə zəngin nadir elementlər ehtiyatlarına malikdir.
Qrenlandiya zəngin şirin su ehtiyatına (buzlaqlar) malikdir. Şirin ən isə gələcəyin ən böyük problemlərindən biri olacaq.
Hazırda Arktikanın nəhəng yeraltı sərvətlərinin bölüşdürülməsi uğrunda gərgin hərbi-texnoloji-hüquqi hazırlıqlar gedir. Arktika onunla sərhəd olan ölkələr arasında bölüşdürülməlidir. Beynəlxalq qanunvericiliyə görə, bölgü ölkələrin Arktika ilə sərhədlərinə müvafiq olaraq aparılmalıdır. Rusiya burada ən uzun sərhədə malikdir, ABŞ isə yalnız Alyaska vasitəsilə Arktika ilə sərhəddir. Qrenlandiyaya sahib olarsa, ABŞ Arktikadakı payını xeyli artıra bilər. Fikrimcə, ABŞ üçün ən vacibi budur.
ABŞ-ın Qrenlandiyada Tule hərbi-kosmik bazası var. Bu baza strateji əhəmiyyətlidir. Orada Rusiya strateji ballistik raketlərinin (SBR) ilkin xəbərdarlıq sistemləri (2019-cu ilə qədər Rusiya SBR-ləri yalnız şimaldan gələ bilərdi) və onlara qarşı raket hücumundan müdafiə sistemləri yerləşdirilib. Bu sistemlərin dəniz hücumlarından müdafiəsi ABŞ üçün çox vacibdir. ABŞ Arktika uğrunda gələcək müharibə üçün burada özünün buzqıran gəmi donanmasını yaratmalıdır.
Gələcək liderliyini saxlamaq üçün ABŞ süni intellekt sahəsində daha da güclənməlidir. Süni intellektə nəhəng Data-mərkəzlər tələb olunut. Onlar isə böyük həcmdə soyutma sistemləri tələb edirlər. Belə mərkəzlər Qrenlandiyada yerləşdirilə bilər. Həm boş, həm də soyuq yerdir.
Bundan sonra nələr baş verə bilər?
-Danimarka artıq Qrenlandiyanın müdafiə xərclərini kəskin artıracağını ($1,5 milyard) bildirib.
-Danimarka ilə ABŞ arasında münasibətlər pisiləşəcək. Bu NATO-daxili münaqəşəni gücləndirəcək. NATO-nun parçalanması reallaşacaq.
-ABŞ Qrenlandiyada mövcud olan separatçılıq meyllərinə dəstək verəcək, inuitlərin narazılıqlarını körükləyəcək və adanın müstəqillik əldə etməsinə çalışacaq. Müstəqil olandan sonra isə onun ABŞ-ın təsiri altına düşməsi labüddür.
-ABŞ Monro doktrinasına qayıdacaq və Avropadan çıxacaq.
Yeri gəlmişkən, Danimarkanın öz ərazisi 42,9 km² (Qrenlandiyadan 50 dəfə kiçik), əhalisi 5,4 milyon nəfərdir. Bu əhali ilə Danimarkanın Qrenlandiyanı ABŞ-dan qoruması mümkünsüzdür.
İnuitlərin Danimarkadan narazılıqları barədə
Britaniyanın “Mail” qəzetinin 11.11.2023 tarixli nömrəsində 41 yaşlı inuit qadının taleyi haqda məqalə dərc olundu. Həmin qadının sözlərinə görə, Danimarka hökumətinin müvafiq proqramına əsasən onu 15 yaşında (yəni 90-cı illərdə) sterilizə ediblər və onun uşaq dünyaya gətirmək şansı yoxdur. Məqalədə daha sonra yazılmışdı ki, 1970-ci illərdə 15-45 yaşlı Qrenlandiya qadınlarının yarısı zorla və məcburi şəkildə sterilizasiya edilmişdi.
Məqalə ictimaiyyət arasında böyük qalmaqala səbəb oldu, lakin mütəxəssislərə Danimarka hökumətinin bu tədbiri çoxdan məlum idi. Hətta 12.05.2022 tarixində Danimarka parlamentinin 2 deputatı və Qrenlandiyanın insan hüquqları şurası bu məsələnin rəsmi sənədlər əsasında ciddi araşdırılmasını tələb etmişdi...
1953-cü ildə Qrenlandiya rəsmi olaraq müstəmləkə statusundan çıxarılır (o cümlədən, SSRİ-nin təzyiqi nəticəsində) və Danimarkanın tamhüquqlu əyaləti statusunu qazanır. Bundan sonra adaya güclü investisiya axını baş verir, yaşayış evləri, məktəblər və xəstəxanalar tikilir.
1964-cü ildə adanın demoqrafik statistikasını təhlil edən Danimarka hökuməti dəhşətə gəlir. 1954-cü ildən 1964-cü ilədək Qrenlandiyada doğum sayı 2 dəfə artmışdı. Hökumət adada əhali sayının artması ilə bərabər separatizmin də güclənəcəyindən çox qorxurdu. Separatizmi beşiyində boğmaq lazım idi. Bunun üçün isə artıq sınaqdan çıxarılmış metod var idi– məcburi sterilizasiya (Danimarka vaxtilə öz əhalisinə qarşı bu metoddan istifadə etmişdi– bu ayrı söhbətin mövzusudur. Bircə onu deyim ki, bu əməliyyat Rokfeller fondu tərəfindən maliyyələşdirilmiş və həyata keçirilmişdi).
Bundan sonrakı 20 il ərzində Qrenlandiyada 13-45 yaşlı inuit qızlar və qadınlar məcburi sterilizasiya olundu. Eyni zamanda uşaqlar kütləvi şəkildə Qrenlandiyadan Danimarkaya aparılır, orada onlar xüsusi uşaq evlərinə yerləşdirilir və övladlığa verilirdilər. Məqsəd bu idi ki, beyinlərinə "demokratik" dəyərləri yeritməklə onlardan Qrenlandiya üçün Danimarka hökumətinə müti olan idarəetmə elitasını yetişdirsinlər. Elə bir elita ki, separatizm heç ağıllarına da gəlməsin.
Belə siyasət azı demoqrafiya sahəsində tezliklə bəhrəsini verdi. Artıq 1970-ci ildə Danimarkanın Qrenlandiya işləri üzrə naziri A.C.Normann hökumətə hesabat verdi ki, adada doğum sayı 2,5 dəfə azalıb. Qrenlandiyanın şərq sahilində (ən sıx məskunlaşmış hissəsi) isə 1960-cı illərin ortasından 10 il ərzində bir uşaq da doğulmamışdı.
Bu soyqırımına görə Danimarka hökuməti Qrenlandiya xalqına nəinki kompensasiya verməyib, hələ heç üzr də istəməyib.
Ardı olacaq.
Asəf Şəfəqqətov
GlobKom.İnfo

Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Putin yenə də qalib gəldi, avropalılar pis vəziyyətdə qaldı - TƏHLİL
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR