Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
17:54, 19 sentyabr 2022
644
0

Valeri Korovin: Ukrayna rusları öldürən maşındır


Rusiyalı filosof, politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin 10 sentyabr 2022-ci tarixində Rusiyanın «Аргументы Недели» nəşrinə müsahibə verib.

Müsahibədə Rusiyanın Ukraynadakı Xüsusi Hərbi məliyyatı və Rusiyanın həyatında baş verən ən vacib məsələlər müzakirə edilib. Sözü gedən müsahibənin azərbaycandilli oxuyucular üçün də əhəmiyyətini nəzərə alıb onu tərcümə etmişik. Buyurub oxuya bilərsiniz:


İdeyalar kütlələri idarə edir və dövlət siyasətinin tonunu təyin edir. Rusiya da bu qaydada istisna deyil və otuz il əvvəl respublikaları bir arada saxlayan sosialist ideologiyasını əvəz etmək üçün Böyük Ölkə icması üçün əsas axtarır. Bugünkü qonağımızın bu axtarışlarda böyük əməyi olub. Keçən əsrin 1990-cı illərinin sonundan praktiki olaraq və bu günə qədər filosof və publisist, ictimai fəal, mütəfəkkir Valeri Korovin vətənpərvərlik düşüncəsini inkişaf etdirməklə, belə müxtəlif və mürəkkəb Rusiya cəmiyyəti üçün birləşdirici ideya axtarışı ilə məşğuldur. “Arqumentı Nedeli” oxucuları ilə akademik qonağımız arasında çoxşaxəli söhbət açırıq.

- Valeri Mixayloviç, siz politoloq, filosof və publisistsiniz, hazırda ölkədəki siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Məncə, biz Rusiyanın bütün müasir tarixinin ən yaxşı dövrünü yaşayırıq. Çünki fevralın 24-də başlayan xüsusi hərbi əməliyyat cəmiyyəti, hakimiyyət orqanlarını səfərbər etdi və Rusiyanın və onun rəhbərliyinin uzun illər postsovet reallığının həll edə bilmədiyi bir sıra problemləri qısa müddətdə həll etməyə imkan verdi. Bu, ilk növbədə, güc strukturlarında, ekspert icmasında və media məkanında Qərb agentlərinin mövcudluğu məsələsinə aiddir. Bu, uzun illər, o cümlədən, hətta  Putinin hakimiyyəti dövründə belə problem sayılmayan bir şeydir. Əgər Putinin hakimiyyətinin ilk illərində prezident administrasiyasından tutmuş nazirliklərə qədər bütün yüksək orqanlarda olan amerikalı müşavirlər təmizlənirdisə, son 20 ildə, ta Xüsusi Hərbi Əməliyyatın (XHƏ) başlayana qədər liberal, qlobalist, qərb ideologiyasının daşıyıcılarının ən yüksək siyasi dairələrə təsiri qalmaqda idi. Əvvəlcə beşinci kolon - hökumət postlarını tutan liberallar idi. Sonra bu fenomen filosof Aleksandr Duqinin "altıncı kolon" olaraq təyin etdiyi şeyə çevrildi. Bunlar qərbyönlü baxışlarını qoruyub saxlayan, liberal ideologiyanın daşıyıcısı olan, ailəsi Qərbdə yaşayan, övladları orada oxuyan, pulu Qərbdə saxlanılan, eyni zamanda formal olaraq prezidentə sədaqət nümayiş etdirən insanlardır. Hətta vaxtaşırı dövlət vətənpərvərliyini təqlid edərək vətənpərvər bəyanatlar verən, lakin Qərb dəyərlərinin ruh və ağıl daşıyıcıları son ana qədər hakimiyyətdə idilər.

- "İndi onları kənarlaşdırdılar, elə deyilmi?"

- İndi onlar fəal şəkildə güc strukturlarından uzaqlaşdırılıblar. Xüsusi hərbi əməliyyatla bağlı heç bir qeyri-müəyyənlik ola bilməz. Ya adam açıq deməlidir ki, “Bəli, mən xüsusi hərbi əməliyyatın tərəfdarıyam”. Belə olan təqdirdə onun bütün hesabları dərhal bağlanır, “həddindən artıq zəhmətlə işləmək nəticəsində əldə edilən hər şey” əlindən çıxır,  Qərbdəki arvadları və uşaqları “vurulur”, ordakı əmlakını itirir, sanksiyalara məruz qalır. Yəni, o, hər şeydən məhrum olur, amma Rusiya hakimiyyətinin strukturunda qalır. Yaxud: “Yox, mən xüsusi əməliyyatın əleyhinəyəm” deyir ki, bu da o deməkdir ki, o, güc strukturlarındakı bütün postlarını, vəzifələrini, mövqelərini dərhal itirir və sakitcə Qərbə yollanır.

Qərbpərəstlərin və liberalların xüsusi təsiri ekspert icmasında və media ictimaiyyətində hiss olunur və müşahidə edilirdi. XHƏ başlayandan sonra liberal baxışları olan hər bir fəal ictimai fəal müəyyən bir “çıxış” etməli idi: ya onların qərbyönlü fikirlərini tanımalı və olduğu yerdən getməli, məsələn, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin informasiya yayımı üzrə direktor müavini,  «Вести в субботу» verilişinin keçmiş aparıcısı, Londonda pulu və hər şeyi olan, lap çoxdan Britaniya təbəəliyini almış Sergey Brilyov kimi. Və ya XHƏ - tanımalı və qalmalı idilər. Biri qaldı. Məsələn, 1990-2000-ci illər ərzində qloballaşmaya təkan verən “Rusiya Qlobal Siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov qloballaşmanın qaçılmaz olduğunu, obyektiv reallıq olduğunu və biz bunu təbii qəbul etməli olduğumuzu, Rusiyanın rahat olmalı və Qərb tərəfindən ələ keçirilməkdən həzz almalı olduğunu deyirdi. Lakin XHƏ-dan sonra o, Rusiyada qalmağı seçdi. İndi deyir ki, çoxqütblü dünya artıq obyektiv gerçəklikir. Yaxud da qloballaşma və Qərbə inteqrasiyanın tərəfdarı olan və Rusiyanın Qərb tərəfindən udulmasının labüdlüyünə “iman gətirən” Sergey Karaqanov indi tez cildini dəyişdi, görünür, heç bir xarici hesabı yoxdu, ona görə də ölkədə qaldı. Yəni, xüsusi hərbi əməliyyat ortaya belə bir seçim qoymaqla hamını divara dirəmiş oldu. Hər kəs öz seçimini etdi, kimsə getdi, o cümlədən hakimiyyətdən, kimsə də qaldı. Rusiya isteblişmentinin siyasətin ən yüksək eşelonlarından tutmuş ekspert və media ictimaiyyətinə qədər Qərb, Amerika agentlərindən belə sürətli, eynivaxtda təmizlənməsi baş verdi. Və bu, böyük bir irəliləyişdir. Eyni şey cəmiyyətin səfərbər edilməsində də baş verdi. Rusiya cəmiyyətində Ukraynanın, nasistlərin, “Azovun”, Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin tərəfində olan, xüsusi hərbi əməliyyata qarşı çıxan marjinal fraqmentlər təmizləndi. Onlar çox azdırlar. Onları sadəcə iki əlin barmaqları ilə saymaq, hamını nəzarət altına almaq və onlara baxmaq olar: ilk işlətdikləri hiylədə dərhal yaxalanacaq və həbs olunacaqlar. Beləliklə, prinsipcə, tezliklə onlardan heç kəs qalmayacaq. Mövcud vəziyyət onları müəyyən etməyə, diqqətlə izləməyə və cəmiyyəti onlardan dezinfeksiya etməyə imkan verdi.

Qalanların hamısı yerindən tərpəndi, bir yerə toplandı və cəmiyyətimizin hərbi səfərbərliyini də üstələyən belə ciddi səfərbərlik rejiminə keçdi. Çünki bizim üzləşdiyimiz problem nə Ukraynadır, nə də nasistlər, baxmayaraq ki, bu, əlbəttə ki, bunlar 8 il ərzində Donbass Respublikaları üçün ciddi problem idi. Min illik kontinental rus dövləti üçün, imperiya dövlət, qitə dövlət üçün bu çağırış Qərb sivilizasiyasıdır ki, o, qlobalist layihəsinin iflasa uğradığını görüb özünün sonunu hiss edərək Rusiyaya qarşı bütün təzyiq imkanlarını işə salır. Əsas vasitələrdən biri hərbiləşdirilmiş, faşist Ukraynasıdır ki, 8 il ərzində Rusiya ilə müharibəyə hazırlanmışdı. Amma Qərbin təzyiq göstərməyə çalışdığı başqa sabitliyi pozan nöqtələr də var. Bunlara Dnestryanı, Qarabağ münaqişəsini, Cənubi Osetiya və Abxaziyadakı vəziyyətin yenidən körüklənməsinin mümkünlüyünü, üstəlik Kosovodakı münaqişənin yenidən alovlandırılmasını misal göstərmək olar. Yəni indi Rusiya ilə Qərb arasındakı sivilizasiyalararası toqquşma - final toqquşma üçün Rusiyaya qarşı bütün aktiv, dondurulmuş və mövcud təsir nöqtələrindən istifadə olunacaq. Hansı ki, Rusiya indi buna hazırdır. Altı aylıq xüsusi əməliyyat buna hazırlaşmağa imkan verdi.

- Mənə deyin görüm, xüsusi hərbi əməliyyatın keçirildiyi altı ay ərzində cəmiyyətin bu əməliyyata, hakimiyyətə münasibəti dəyişibmi, dəyişibsə hansı istiqamətdə?

- Əlbəttə ki, dəyişib. Bu, Rusiya cəmiyyətinin səfərbər olmasına, vətənpərvər qüvvələrin bu əməliyyata qədər, hətta, 2014-cü ilə qədər cəmiyyətdə mövcud olan bütün ictimai-siyasi cərəyanlara qalib gəlməsinə imkan verdi. Bir vaxta qədər liberal diskurs cəmiyyətdə normativ, başlıca, əsas və başlanğıc nöqtəsi idi. Qalan hər şey siyasi texnoloqlar tərəfindən anlıq olaraq istifadə edilirdi. Bəzi vətənpərvər bəyanatlar, ara-sıra vətənpərvərlik hücumlar da siyasi texnologiyaların elementi kimi istifadə edilirdi. Liberal diskursun dominantlığı ilə, əsas kimi, heç bir şübhə doğurmurdu. 2014-cü ildən sonra liberal diskurs öz üstünlüyünü itirdi, vətənpərvərlik mövqeyi bəzi siyasi təzahürlərdə formalaşmağa başladı. Liberal yanaşmaları, qiymətləndirmələri, şərhləribəzi ictimai şüurdan, media məkanından və ekspert birliyindən sıxışdırılmağa başladı. XHƏ başladıqdan sonra vətənpərvər diskurs üstünlük təşkil etməyə başladı, liberal diskurs isə marjinal, sonra açıq düşmənçiliyə çevrildi.

- Bunlar indi xarici agent adlananlardır?

- Bəli, hamısı xarici agentdir. Onların alınlarında “ABŞ agenti” möhürü var və onlarla heç kim danışmır. Onların əksəriyyəti ölkəni tərk edib, digərləri isə dissident Xruşşov mətbəxlərində oturublar. Məhz bu vəziyyət diskursu, dəyərləri tamamilə dəyişdi. Bu altı ay həm də cəmiyyətimizin, dövlətimizin mövcudluğunun əsas meyarlarına yenidən baxılması üçün lazım idi.

− Deməli, xüsusi hərbi əməliyyat əsasən cəmiyyət tərəfindən dəstəklənir?

- Bəziləri hesab edir ki, xüsusi əməliyyat uzun çəkdi, daha da sürətlə gedə bilərdi. Təbii ki, hamımız istərdik ki, xeyir şərə tez qalib gəlsin, bunu hamımız görək. Bəs bu qədər tez təslim olarsa, onda bu necə şər olurki? O zaman bu, o demək olacaqdı ki, biz səhnələşdirilmiş, operettalaşdırılmış, təmtəraqlı bəzədilmiş şərlə məşğul olmuşuq. Və bu qələbə həqiqi qələbə  olmayacaqdı. Hər şey asan olsaydı, yəni düşmən təslim olaraq kapitulyasiyaya imza atsaydı, Qərb bizim haqlı olduğumuzu tanısa idi, Avropa qazı Putindən rublla almağa razılaşsaydı, sanksiyalar götürülsə və  Zelenskini hansısa cəhənnəmə göndərsəydi, bu, çox şübhəli olardı. Bu necə Şeytandır ki, bu qədər tez təslim olur? Şeytan - bu ciddi məsələdir. Bu müharibə Rusiya ilə Qərb arasında son esxatoloji döyüşdür və tez baş verib bitə bilməz. Bu altı ay ərzində XHƏ-a rəhbərlik edən Rusiya bir sıra problemləri həll edib. Bunlardan birincisi Xüsusi Əməliyyat zamanı Donbassdakı “qazanlarda” aqressiv Ukrayna nasist azlığının kütləvi şəkildə məhv edilməsidir. Təsəvvür edin ki, xüsusi əməliyyat ilk günlərdə olduğu kimi sürətli yerləşdirmədən,  Kiyev yaxınlığında plasdarm tutulması, Kiyevin, Çerniqov, Odessanın blokadası və sairdən sonra başa çatıb. Həmin nasistlər sağ qalacaqdı.

- Könül bunu istərdi...

- Gəlin belə bir hipotetik vəziyyəti təsəvvür edək: artıq ilk günlərdə Kiyev, Çerniqov, Odessanı, əsas şəhərləri və limanları nəzarətə götürdük. Vəssalam, xüsusi hərbi əməliyyatın başa çatması və yeni seçkilərin elan edilir. Onda amerikalı müşavirlərin yetişdirdiyi bütün nasist kütləsi bizim ərazimizdə olardı. Onları təmizləmək üçün Böyük Vətən Müharibədən sonra 1950-ci illərin sonuna qədər edildiyi kimi, bir neçə onillik lazım gələcəkdi. Onların təmizlənməsi yavaş-yavaş, ağrılı şəkildə baş verəcəkdi. Hüquq mühafizə orqanlarının əməliyyat tədbirlərinin köməkliyi ilə tutulmalı, zirzəmilərdən, anbarlardan çıxarılmalı və məsuliyyətə cəlb edilməli idi. Böyük Vətən Müharibəsi 1945-ci ildə başa çatdı, lakin nasizmin ortaqları olan ukraynalıların tutulması 1957-ci ilə qədər və daha sonrakı vaxta qədər davam etdi. Ta ki, Xruşşov onları reabilitasiya edənə qədər. Bundan sonra onlar yenidən müxtəlif rənglər altında böyüdülər və indi biz onlarla qarşı-qarşıyayıq. Əgər biz Ukrayna ərazisini tez bir zamanda nəzarətə götürsək, o zaman bütün bu minlərlə nasist strukturları arxa cəbhədə olardı. Təbii ki, bu, Ukrayna əhalisinin az bir hissəsidir. Belə nasistlərin, karatellərin, bəşəriyyət əleyhinə cinayət törədən sadistlərin sayı bir faizindən də azdır. Amma digər tərəfdən onların sayı minlərlədir. Çünki Ukraynada on milyonlarla insan yaşayır, əhalinin 1-2%-i isə təxribat, terror hücumları törətməyə ideoloji motivasiyalı və fiziki cəhətdən hazır olan böyük bir kütlədir. Biz keçmiş Ukraynanın qərb sərhədlərinə çatacaqdıq, lakin bu zaman həmin nasist təxribat qrupları arxa cəbhədə qalacaqdılar və Böyük Vətən Müharibəsindən sonrakı illərdə olduğu kimi, 10-15 il əziyyətlə döyüşərək onları təmizləyəcəkdik. İndi isə onlar sadəcə olaraq Donbassdakı “qazan”larda yanırlar. Bu, bizim tərəfimizdən qurbanlar tələb edir, lakin 8 il ərzində Qərbin öyrətdiyi minlərlə nasist karatel və cinayətkarı müharibənin ətçəkən maşınında fiziki olaraq üyüdürük. Bu, bütün Ukrayna ərazisində deyil, böyük miqyasda bir cəmləşmiş yerdə baş verir. Bu, bizim birinci üstünlüyümüzdür.

İkinci, biz incə, ehtiyatlı, səliqəli davranırıq - keçmiş Ukraynanın cənub-şərqindəki dinc rus və malorosları özümüzə qarşı çıxarmırıq. Sürətli və cəld hərəkət etsəydik, bizim istiqamətimizə uçan istənilən mərminin çıxdığı bütün obyektləri vurardıq, infrastrukturu, mənzil fondunu darmadağın edərdik, faşistlərin arxasında gizləndiyi çoxlu sayda mülki əhali bundan əziyyət çəkərdi. Onlar üçün mülki əhali asanlıqla qurban verdikləri bir zibildir. Onlar özlərini təkəbbürlə sosial iyerarxiya nərdivanında ən başda yerləşdirirlər və əhalini tərəddüd etmədən qurban verirlər. Bunu xüsusi hərbi əməliyyatın ilk aylarının təcrübəsi göstərdi. Nasistlər əməliyyatın əvvəllərində humanitar dəhlizlərlə çıxmağa çalışan Kiyev sakinlərini və Rusiyaya doğru hərəkət etməyə çalışan Çerniqov və Qərbi Ukrayna sakinlərini də asanlıqla məsrəf materialı kimi qurban verirdilər. Bu nifrət təkcə Cənub-Şərq sakinlərinə qarşı deyil, həm də ölkənin qərbində yaşayanlara qarşı yönəlmişdi. Lakin müttəfiq qüvvələr əks mövqe tutur, onlar üçün nasistlərdən başqa Ukraynanın bütün sakinləri özününküdür. Ona görə də biz yerli əhalini nəzərə alaraq yavaş-yavaş, ehtiyatla hərəkət edirik. Bu, sürətin aşağı salınması hesabına həll etdiyimiz ikinci vəzifədir - mülki əhalinin həyatını xilas etmək.

- Terror aktları mövzusunda danışaq. Darya Duqinanın öldürülməsi nümayişkaranə bir zərbədir, Moskva bölgəsində, Moskvanın burnunun ucunda bir simvolu öldürdülər. Bunu necə qiymətləndirək?

- Bu terror aktıdır - Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova tamamilə haqlı olaraq qeyd etdi – hansı ki, hazırkı Ukrayna rejimini, Kiyev və Varşavada yerləşən Ukrayna elitasını terror fəaliyyətinin sifarişçiləri və sponsorları kimi ifşa edir. Kiyevdən idarə olunan ukraynaçılıq ideologiyasının bütün daşıyıcıları terrorçu sekta, terrorçulardır, Ukraynanın siyasi qanadı isə terrorizmin sifarişçiləri və sponsorlarıdır. Bu, İŞİD-də olduğu kimi terror hadisəsidir. Ukrayna və İŞİD eyni fenomendir: İŞİD-dən olan terrorçular və ukraynalı terrorçular praktiki olaraq eynidir. Hər iki qurumun həm Qərb, həm də CIA tərəfindən yaradılmış şəbəkələri var. Bunları Qərb himayə edir: ABŞ İŞİD-in köməyi ilə dövlətləri dağıdıb, mövcud rejimləri yerindən-yurdundan didərgin salıb, işğal edib, xaos, vətəndaş müharibəsi səpib, terror hücumlarının köməyi ilə öz təsirlərini genişləndiriblər. Ukrayna da belədir - Qərbin sifarişi ilə, Mərkəzi Kəşfiyyat İdarəsinin müşavirləri tərəfindən dəstəklənir, ilk növbədə Avropa tərəfindən maliyyələşdirilir. Ən sevimli amerikan hiyləsi bütün macəralarını sonda bütün bunları maliyyələşdirən avropalıların üzərinə atmaqdır. ABŞ bütün bu terror şəbəkələrini geosiyasi rəqiblərinə qarşı istifadə edir.

Ukrayna İŞİD-ə bərabərdir. Bütün dünyada qadağan olunmuş İŞİD terrorçuları Ukrayna terrorunu açıq şəkildə dəstəkləyən , onun ortağına çevrilən Qərb istisna olmaqla, bütün dünyada qadağan olunmuş Ukrayna terrorçuları ilə eyni mahiyyətə malikdir. İndi biz Baydendən və Amerika administrasiyasından bu terrora, “Ukrayna” terror strukturuna açıq şəkildə çox ciddi səviyyədə dəstək görürük. Silahların tədarükü ilə birlikdə milyardlarla dollar ayrılır: uzaqmənzilli atəş sistemləri, uzaqmənzilli haubitsa artilleriyası və s. ilə birlikdə. Amerika “demokratik” administrasiyası maskalarını kənara atıb. Əgər əvvəllər o, özünü terrorçularla heç bir əlaqəsi olmadığını iddia edirdisə, indi açıq şəkildə Ukraynadan olan terrorçuları dəstəkləyir. Darya Duqinaya qarşı törədilən terror aktı Ukraynanı bir dövlət kimi ayıran su hövzəsinə çevrildi və biz səmimi şəkildə orada dövlətçiliyi, ukraynalılarda isə sovet dövrünün ətaləti ilə insani bir şey görməyə çalışdıq, Ukraynadan, bir terror şəbəkəsi kimi. İŞİD “İraq-Şam İslam Dövləti”, Ukrayna isə “Rusiyanın cənubunun terror dövlətidir”. Axmaq Bayden Ukraynaya dəstək üçün daha 3 milyard dollarlıq tranşın ayrılmasına imza atır, görünür, özünü terrorun və Ukrayna nasistlərinin cinayətlərinin ortağı kimi ifşa etdiyini dərk etmir. Bunu etməklə Bayden sanki İŞİD-ə tranşın ayrılması üçün sənəd imzalamış oldu.

Daryaya qarşı  terror aktı əvvəllər demokratiya, azadlıq və insan haqları haqqında ritorika ilə örtülmüş dünya siyasətinin ciddi təbəqələrini ifşa etdi. İndi buna heç bir şübhə yoxdur. Hücum çox yüksək səviyyədə hazırlanıb, dəstək qrupu, diqqəti yayındıran qrupla, indi daha çox ortaqların adı görünəcək. Partlayıcıları bağlayan Ukrayna vətəndaşı Vovk (Şaban) sadəcə texniki icraçıdır və terror aktının özü üzərində bütöv bir mütəxəssis qrupu çalışıb. MKİ, MI6 və MOSSAD-a xas olan təlim səviyyəsinə görə, işin ucunun hara gedib çıxdığını, əsl sifarişçinin ABŞ, təşkilatçının isə MKİ mütəxəssislərinin olduğunu görmək olar. Əminəm ki, hücum təkcə Dariyaya qarşı deyil, ilk növbədə Qərbdə Amerika elitaları tərəfindən qlobalist layihə üçün “ən təhlükəli insan” adlandırılan Aleksandr Duqinə qarşı yönəlib. Bu söz məhz belədir, qərb mənbələrində axtarın, bu cür işlədilib - “dünyanın ən təhlükəli adamı”. Belə bir şəxsiyyətə qarşı terroru ancaq ideyanın əhəmiyyətini, ideologiyanın əhəmiyyətini dərk edən, qələbənin düşüncə sferasından çıxdığını anlayan şəxs sifariş verə bilər.

İdeyalar onu ideal obraz kimi daxili baxışı ilə düşünən filosofların başında doğulur, deyib Platon. Sonra ideyalar fəlsəfi mühitlərdən elmi ictimaiyyətə, oradan ekspert icmasına, oradan media ictimaiyyətinə enir, sonra isə çoxluğu ələ keçirərək kütlənin mülkiyyətinə çevrilir ki, bu da istənilən hərəkəti, o cümlədən hərbi və hücum xarakterli hərəkətləri legitimləşdirir. Ancaq hər şeydən əvvəl şərhlər, fikirlər, mənalar gəlir.. Və bu mənaların mənbəyi, postsovet Rusiyasından danışsaq, liberalizmə alternativ olan bütün intellektual mühiti, modeli, paradiqmanı yaradan Aleksandr Duqindir. Biz sovet ideoloji layihəsini tamamladıq vəheç bir tənqidə məruz qoymadan liberal-Qərb layihəsini götürdük, çünki başqası yox idi. Alternativ qeyri-liberal model Duqin tərəfindən yaradılmışdır. Vətənpərvər bir mühitdə, vətənpərvər ekspert mühitində, qeyri-liberal elmi birlikdə mövcud olan hər şey Duqin tərəfindən yaradılmış, son üç onillikdə onun rəhbərliyi altında ziyalı qrupu tərəfindən hazırlanmışdır. Bu Avrasiyaçılıqdan danışsaq, bu hələ əvvəllər, 1980-ci illərin sonlarından başlayıb. Amerikalılar üçün bütün mənaların mənbəyi aydındır. Hətta indiki xüsusi hərbi əməliyyata haqq qazandıran düşüncənin də. Duqinin davamçılarının 2014-cü ildən bəri səsləndirdiyi açıqlamalarına baxın: onlar indi baş verən hər şeyi dilə o vaxt gətirirdilər, bütün vəziyyəti təsvir etmişdilər. "Putin, qoşun yerit!" - 2014-cü ildə Duqin qrupunun şüarı idi, AGB(Avrasiya Gənclər Birliyi) bu fikiri əsas götürərək çoxsaylı piket və mitinqlərə çıxdı. İndi baş verənlər ideoloji, geosiyasi, əqli və ideoloji baxımdan hələ 2000-ci illərin ortalarında, Kiyevdəki “narıncı inqilabdan” sonra meydana gəlmişdi. Görün Avrasiya Gənclər Birliyi nə ilə çıxış edirdi: Ukraynada baş verənlərin Qərbdə sifarişçisi var, millətçilər rus dünyasına qarşı mübarizədə alətdir, Ukraynanı parçalamaq üçün istifadə olunurlar; vətəndaş müharibəsinin qarşısını almaq üçün şəbəkələrin köməyi ilə ukrayna cəmiyyəti ilə işləmək lazımdır. Hamısı açıq mənbələrdə var. 2005-ci ilə qayıdın və görün indi həyata keçirilən bu modelləri, konsepsiyaları, yanaşmaları kim ortaya qoyub. Qərb üçün ilkin mənbənin kim və nə olduğu açıq-aşkardır. Duqinin özündən başqa, Daria Aleksandrovnanın da fəal iştirakçısı olduğu bütün qrupu da hücuma məruz qalır. Burada fikir formalaşdıranların hamısının təhlükəsizliyinə yanaşmalara ümumilikdə yenidən baxmaq lazımdır.

- Sonda deyin, bu il referendum keçirməyə vaxtımız olacaq, ya yox?

- Mən belə düşünürəm. Referendumlar yaxın gələcəkdə keçiriləcək və burda Ukrayna sakinlərinin əksəriyyətinin mövqeyi göz qabağındadır. Çünki Ukrayna əhalisinin əksəriyyətini ruslar təşkil edir. Çünki rus xalqı etno-sosioloji vahid, üzvi etnik birlik kimi üç şərqi slavyan etnik qrupunun əsasında inkişaf etmişdir: velikoroslar, maloroslar və belaruslar – bu üçlük, rus xalqının əsasını təşkil edir. Bu əsasa sonradan türk etnik komponenti, daha sonra böyük fin-uqor və digər  Avrasiyanın xalqları rus xalqının toxumasına daxil olaraq bu fövqəletnik kimliyi yaradıblar. Hansı ki, təkcə min illik rus dövlətini deyil, həm də yüksək diferensiallaşmış rus mədəniyyətinə əsaslanan rus sivilizasiyasını yaradıb. Özünü bu rus mədəni və sivilizasiya matriksinin bir hissəsi hesab edən hər kəs rus insanıdır. Ya da malorusdur. Onda o, baza etnik qrupuna bağlı olur. Əslində, malorosların təbii yaşayış yeri aqrar mühitdir - təsərrüfat, aqrar həyat tərzi, çoxsaylı dialektlər, maloros mahnıları, rəqsləri və s. Hansı ki, biz bunları çox sevirik, bizim təbii, ayrılmaz bir hissəmizi, böyük rus xalqının maloros komponentini təşkil edirlər. Amma ukraynaçılıq malorosları zorla siyasiləşdirən, onların əsasında rusofobiyaya əsaslanan süni siyasi birlik yaratmağa çalışan süni siyasi layihədir.  Kiyev açıq şəkildə etiraf etdi ki, Ukrayna siyasətinin əsasını rusofobiya təşkil edir. Rusofobiya olan yerdə ukraynaçılıq bütün təzahürlərdə ruslara qarşı yönəlmiş siyasi layihə kimi bərqərar olur. Rus sivilizasiyasına qarşı. Rusiya dövlətinə qarşı. Hansı formada olursa olsun - imperiya və ya indiki Rusiya Federasiyası kimi respublika forması olsun. Rus mədəniyyətinə, rus dilinə, ümumi rus tarixinə qarşı, yəni rus anlayışı olan hər şeydə ən azından əsasında rusca nəsə olan zərrə qədər bir şeyi belə ukraynaçılıq inkar edir. Siyasi ukraynaçılıq bütün bunların inkarı üzərində qurulur. Ancaq ukraynaçılıq xəstəlikdir. Maloross isə mütləq deyil ki, ukraynalı olsun. O, o zaman ukraynalı olur ki, rusofob siyasi maşına sədaqət andı içir və onun məqsədlərini özününkü kimi qəbul edir. Sonra maloross ukraynalı olur. Ancaq eyni şəkildə ukraynaçılıq ideologiyasını qəbul edərək ukraynalı olan etnik velikoross da ola bilər. Baxın, orada çoxlu belə ruslar var, əslən Kursk vilayətindən olanlar. Ukraynanın keçmiş xarici işlər naziri, əsl rus, böyük rus soyadlı Pavlo Klimkin və ya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov.

Sadəcə olaraq, rus və ya belarus birdən-birə ukraynaçılıq ideologiyasına bulaşarsa, o, insanlığa qarşı cinayət törədən xəstə şər, alçaq, lənətlənmiş məxluqa çevrilir. Ukraynaçılıq rusofobiya, təkəbbür və irqi üstünlüyə əsaslanan siyasi ideologiyadır - bütün bunlar Qərb yanaşmalarının əsasını təşkil edir. Ukraynalı sadəcə - insanın xəstə halıdır. Sağlam insan modeli isə malorosdur. Xüsusi hərbi əməliyyatdan sonra həmişə Böyük Rusiyanın, rus dünyasının, rus sivilizasiyasının bir hissəsi olan, rus xalqının, mədəni, etnik komponenti təmsil edən malorosların yaşadığı Cənub-Qərbi Rusiya məkanını de-ukrainizasiya etmək lazımdır. Ukraynaçılıq isə 19-cu əsrin sonlarında orada yaranan, Qərbdən gətirilən, 20-ci əsrdə süni şəkildə qızışdırılan, Sovetlər tərəfindən də dəstəklənən bir xəstəlikdir. Çünki Sovetlər Polşada ukraynalıların qiyamını qızışdırmaq və belopolyakların rejimini zəiflətmək, Polşanı ələ keçirmək istəyirdilər. Bu ideya iflasa uğradı, polyaklar öz ərazilərindəki ukraynalıların qiyamını sərt şəkildə yatırdılar, bütün ukraynalıları fiziki olaraq məhv etdilər (polyakların ukraynalılara əsl münasibəti belədir). Bundan sonra Böyük Vətən Müharibəsi illərində ukraynalı karatellər bunun üçün Ukrayna ərazisində polyakların soyqırımını, Volın qırğını və başqa qırğınları təşkil etdilər.

Buna baxmayaraq, Ukrayna layihəsi Sovet bloku, Sovet dövləti çərçivəsində mövcud idi, partiyanın qanundan uca olduğu, istənilən təcavüzkar hücumların qarşısını aldığı, ukraynalı nasistləri fiziki olaraq məhv etdiyi, lakin eyni zamanda ukraynalı və maloross anlayışlarını səhvən eyni mənada müəyyənləşdirdilər(marksizmdə etnik qruplar aşılmış kateqoriya hesab olunur, yəni mövcud olmayan kimi verilir). Ona görə də bizdə sovet dövrünü yaşayanlar “ukraynalı” anlayışına hələ sovet dövründən bəri  müəyyən rəğbət bəsləyirik. Çünki biz bu ifadənin altında malorosları nəzərdə tuturuq. Əslində isə “ukraynalı” rusofob deməkdir və Ukrayna Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edəndə rus olan hər şeyi məhv etmək aləti kimi öz təbii formalarını aldı. Hansı ki, biz son 30 ildə postsovet Ukraynasında qarşılaşmışıq. Ukraynaçılıq bütün ruslarla mübarizə ideyasıdır, Ukrayna isə rusları öldürən bir maşındır. Ona görə də bütün bu ərazidə de-Ukrainizasiya aparılmalı, ukraynalı olmaq qadağan edilməlidir. Kimsə ukraynalı olduğunu dedisə, onun yeri Sibir, QULAQ-dır. Kimsə ukrayna millətçisi olduğunu söylədisə, dərhal və yerində divara söykəyib güllələmək. Əgər maloross olduğunu dedisə, hər şey yaxşıdır, buyur keç, yaşa, işlə, mahnılarını oxu, saysız-hesabsız ləhcələrdə danış, sən bizimsən, özümüzküsən. Ukrayna dili polyak əsilli rus alimi Mixail Qruşevski tərəfindən yaradılmış süni dildir, “ukraynalıların” süni siyasi millətinin qurulması üçün dil əsasıdır. Maloross ləhcələrindən biri əsas götürülərək çatışmayan terminlər polyak dilindən əlavə edildi, qalanları rus dilindəki kimi olmasa da, sadəcə icad edildi. Yəni, süni bir dildir. Bu, “Üzüklərin Hakimin”dəki qoblinlərin və ya orkların dilində danışmaq kimi bir şeydir. Sadəcə öyrənin və danışın. Çoxlu maloross ləhcələri var - bunlar sağlam insanlar tərəfindən istifadə edilən, xutorlarda yaşayan və işləyən, tarlada işləyən, mal-qara otaran, bağçada yatan kiçik rus etnik qruplarının dialektləridir - bunlar hamısı bizim bir hissəmizdir. Yaxşı ukraynaçılıq yoxdur. Yoxdur və ola da bilməz. Ukrayna anti-Rusiya, ukraynalılıq rusofobiyaya, ukraynalı isə rusofob deməkdir. Bu, sadəcə olaraq bir faktdır, çünki orada heç bir ukraynalı qalmamalıdır. Yaxşı maloroslar var və o da bizik. 

Hazırladı:Anna Şerşenyova

Tərcümə: Cəmil Şirvanov


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)