Flaş / Dünya / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Region
15:00, 05 oktyabr 2024
204
0

"NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır"

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib ki, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

NATO "sülhməramlı" adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında bildirib.

Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

"Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək" - Rusiya FTX rəhbəri qeyd edib.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)