Flaş / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Azərbaycan / Siyasət-Analitika
12:55, 21 avqust 2024
241
0

Azərbaycan BRİCS-ə üzv olur

Azərbaycan BRİCS-ə üzv olur.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycan BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciət edib.

İyulun əvvəlində Azərbaycan və Çin strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə qəbul etdi. Bu sənəddə Azərbaycan tərəfi BRİCS-ə qoşulmaq arzusunu ifadə edib, Çin tərəfi isə assosiasiya çərçivəsində Azərbaycanla qarşılıqlı fəaliyyəti alqışlayıb.

Azərbaycanın BRİCS ilə əməkdaşlığı gücləndirməkdə maraqlı olması Putin və Əliyevin üonuncu birgə bəyanatında da qeyd olunub. Sənəddə Rusiyanın bu istəyi dəstəklədiyi vurğulanır.

Bundan əlavə, Putin Əliyevi oktyabrda Kazanda keçiriləcək BRİCS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edib. Sammitdə Rusiyaya dost 10-15 dövlətin nümayəndələrinin iştirak edəcəyi bildirilib.

Əvvəllər də qeyd etdiyim kimi, dünya iqtisadiyyatının inkişafının əsas tendensiyalarından biri onun regionallaşmasıdır. Qloballaşma başa çatdı. Yeni şəbəkə tipli iqtisadi bloklar formalaşır.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)