Flaş / Dünya / Gündəm / Publisistika
12:00, 15 iyun 2023
340
0

Si Cinpinin 70 yaşı tamam olur. Adının təhlili və astroloji amillərlə portret


Müasir Dünya tarixinin nəhəng siyasi xadimlərindən biri, öz xalqının tarixində yeni eranın əsasını qoyan, demək olar ki, özü bir era olan çinli dövlət dövlət xadimi, hazırda Çin Xalq Respublikasına rəhbərlik edən Si Cinpinin 70 yaşı tamam olur.
Onun Yubileyi münasibətilə Rusiyanın məşhur çinşünası Yuri Tavrovskinin "Si Cinpin. Yeni Epoxa" kitabından bir parçanı vermək istəyirik.

GÜNƏŞƏ UÇMAQ ÜÇÜN QANADLAR

Si Cinpin öz soyadını, daha doğrusu, heroqlif soyadını Si-ni Çin Kommunist Partiyasının görkəmli xadimi atası Si Çjunsyundan götürüb. Dərin məna daşıyan bu heroqlifi təhlil etmək maraqlıdır. Çində indi bir çox mürəkkəb, xüsusilə də gözəl heroqliflərin sadələşdirilmiş versiyaları istifadə olunur. Qısaldılmış 习si simvolu qanadı xatırladır və müasir lüğətlərdə "öyrənmək, təkrarlamaq, məşq etmək" kimi tərcümə olunur. Yeri gəlmişkən, Sədr Sinin imzasını qoyarkən istifadə etdiyi tam ənənəvi orfoqrafiyada 習 si işarəsi fərqli görünür.

Onun bir yox, iki eyni cür qanadı var, onlar yuxarıda "ağ" mənasını verən başqa bir işarəyə doğru uzanıblar və bu halda "günəş" heroqlifinin antik dövrdə dəyişikliyə uğramış bir formasıdır.
Qədim "Şoven" lüğətində 習 si heroqlifi “Bir neçə dəfə uçmaq, təkrar etmək, öyrənmək" kimi şərh olunur. Beləliklə, Si Cinpinin ailə heroqlifi "Günəşə uçmağı öyrənmək üçün qanadlar" kimi deşifrə edilə bilər.
Qədim “Li Tsi” traktatı (Konfutsiçilərin “Ayinlər kitabı”) bu heroqlifin başqa bir şərhini verir: “qartal uçmağı öyrənir”.

Valideynlər tərəfindən seçilən "Cinpin" adı, iki heroqlifdən ibarətdir və onların öz varisinə arzularını ehtiva edir. Birinci simvol 近 Cin "yaxınlaşma, irəliləmə" deməkdir. İkinci, çox yayılmış və buna görə də birmənalı olmayan 平pin, "hamar, bərabər, dinc, sakit, ədalətli" kimi tərcümə edilə bilər. Qədim “Da Sue” (“Böyük Təlim”) risaləsində deyilir ki, məsələn: “Səltənətinizdə nizam varsa, bütün Səma İmperiyası sakitləşəcək”. Buna əsaslanaraq, Cin Pin-in tam adını "arama yaxınlaşmaq" və ya "ədalətə yaxınlaşmaq" kimi tərcümə edilə bilər. Bəli, rus atalar sözü boş yerə deyilmir: "Gəmini necə adlandırarsan, o o cür də üzəcək".

Çinlilər üçün insanın astroloji təhlili çox vacibdir. Si Cinpin 1953-cü il iyunun 15-də İlan ilində anadan olub.
Bir öncəgörücü kitabına görə, bu ildə doğulanlar “az danışır, amma böyük müdrikliyə malikdirlər, pul məsələlərində inanılmaz dərəcədə uğurludurlar, amma könülsüz şəkildə borc verirlər, başqalarına rəğbət bəsləmək və həmişə kömək etməyə hazır olmaq, bəzən hətta bu işdə çox canfəşanlıq etmək onların adətidir. Axı ilanlar öz həddindən artıq enerjilidirlər.

Belə insanlar başqalarının məsləhətlərinə şübhə edir və öz təcrübələrinə güvənir, üstünlük verirlər, çox məqsədyönlüdürlər və məğlubiyyəti qəbul edə bilmirlər. Əgər pələngə atəş açsalar, onda mütləq onu vurmalıdırlar. İlan insanlar çox ehtiraslıdır, kişilər yaraşıqlı, qadınları isə gözəldir. Buna baxmayaraq, onlar evlilikdə tez-tez problemlər yaşayırlar. Təqvimlər yalan danışmır... Si iki dəfə evlənib.

Çində ənənəvi olaraq insanın doğum yerinə fikir verirlər. Bu zaman konkret insanın doğum yerinə deyil, onun əcdadlarının, nəslinin doğulduğu yerə önəm verirlər. Si Cinpin Pekində anadan olub, atası Si Çjunsyun isə Şaansi əyalətinin Fupin qraflığındandır. Ona görə də bəzi bioqrafik məlumatlar ÇXR-in hazırkı prezidentinin Şensidə doğulduğunu göstərir.

Si qəbiləsinin əcdadları Şensidən qonşu Henan əyalətinə köçüblər. Onlar varlı deyildilər, amma kasıb da deyildilər. bir qədər torpaq mülkləri vardı.
Lakin Si Çjunsyun mülkədarlığı kənara qoyub inqilabi ideyalara qapılaraq, gəncliyində Kommunist Partiyası sıralarına daxil olub və peşəkar inqilabçıya çevrilib. Uzun illər yapon işğalçıları ilə döyüşlərdə və vətəndaş müharibəsində iştirak edib. ÇXR-in yaranmasından sonra o, rəhbərliyin yuxarı təbəqələrinə daxil olub, Si Cinpinin doğulduğu Pekində işləyib.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)