Flaş / Gündəm / Azərbaycan / İqtisadiyyat-Azərbaycan / İqtisadiyyat-Analitika / Cəmiyyət-Səhiyyə
Mal əti xaricdən neçəyə alınır və mağazalarda neçəyə satılır?- CƏDVƏL

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricdən gətirilən təzə mal ətinin 1 kiloqramının orta gömrük dəyəri 3,8 dollar (6,5 manat) olub.
Qeyd edək ki, təzə mal əti Azərbaycana Belarusdan gətirilib.
Bundan başqa ötən ilin ilk 11 ayında Azərbaycana 9 milyon 204 min dollar dəyərində 2 min 603 ton dondurulmuş sümüklü mal əti də idxal edilib. Əsasən Ukrayna (2 361,7 ton), Moldova (140 ton) və Belarusdan (99 ton) idxal edilən dondurulmuş sümüklü mal ətinin 1 kiloqramının orta gömrük dəyəri 3,5 dollar (6 manat) olub.
Məlumat üçün bildirək ki, xaricdən idxal olunan mal ətindən fərqli olaraq yerli istehsal olan ətin qiyməti ölkənin aparıcı supermarketlərində dəfələrlə baha satılır.
Bu gün (27 yanvar 2025) “Bravo”, “Araz”, “Rahat”, “Bazarstore” və “Neptun” supermarketlərində yerli istehsal olan mal ətinin satış qiyməti aşağıdakı kimi olub:

Region ölkələrində mal ətinin orta satış qiyməti aşağıdakı kimi olub:
Türkiyə – 18,2 dollar;
Ermənistan – 11,8 dollar;
Azərbaycan – 9,7 dollar;
İran – 9,6 dollar;
Gürcüstan – 9 dollar;
Özbəkistan – 8,1 dollar;
Moldova – 7,6 dollar;
Rusiya – 7 dollar;
Qazaxıstan – 6,9 dollar;
Belarus – 6,9 dollar;
Ukrayna – 6,3 dollar.
Murad Məmmədov
Globkom.info
Mövzu linkləri: