Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-İdman / Publisistika
“Futbol+”un psevdovətənpərvərliyi - Abdulla İsmayıloğlunun yazısı
“Eduard Markarovu təqdim etməyə ehtiyac yoxdu. O, hər iki respublikanın əfsanəvi futbolçusu olub”
Bu ifadəni ölkə başçısı İlham Əliyev 2009-cu ildə Bakıda erməni ziyallıları və ictimai xadimlərini qəbul edərkən söyləmişdi.
Prezidentin bu çıxışına heç kim, o cümlədən də onun siyasi xətdini qəbul etməyən və ölkəmizdə kvazimüxalifətçiliklə məşğul olan bəzi “siyasi partiya”lar belə hörmətlə yanaşmışdı. Hətta düşmən Ermənistanın şovinist, türkfob dairələri belə ağzına su alıb oturmuşdu. Elə zəfərimizlə başa çatan II Qarabağ müharibəsindən sonra da İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, “bizim erməni xalqına qarşı məkirli niyyətimiz yoxdu və Azərbaycan qanunlarına tabe olan, revanşist düşüncələrdən uzaq, mehriban qonşuluq amalında olan ermənilər bizim vətəndaşlarımızdı. Onlar ölkəmizdə rahat yaşa bilər”. Bununla prezident həm bədnam qonşumuza, həm ara qarışdıran qüvvələrə, həm də bütün dünyaya bəyan edib ki, biz faşist deyilik. Bir məsələni xüsusi vurğulmaq istəyirəm ki, etnik milliyətçiliyin daşını çoxdan atmışam. Amma demokrat ruhlu biri də deyiləm. Əksinə demokratiyaya hədsiz nifrət edən biriyəm. Həmçinin Leyla Yunus kimi ünsürlər və bəzi üzdəniraq solçular, liberallar kimi antimilli amallar üçün dəridən-qabıqdan çıxanlardan da deyiləm. Müharibənin labüd olduğunu qəbul edən biri olmaqla yanaşı müharibəsonrası ardıcıl uğurların yetişməsində də maraqlıyam. Sözüm o ki, İlham Əliyev mehriban qonşuluqdan danışanda hamı dovşan cildinə girir. Amma nədənsə bir az aşağı rütbəli dövlət adamı, yazar, elm xadimi, incəsənət nümayəndəsi, jurnalist, idmançı və ya sıravi vətəndaş sülh-əminəmanlıq, milliyətçiliyin zərərliyindən, revanşist çıxışların yolverilməzliyindən danışanda bəzi ünsürlər həmin insanları sıxma-boğmaya salır. Həmin vəhşilər polis qorxusu olmasa, yuxarıdakı fikir səsləndirən insanları parçalamağa da hazırdılar.
Hazırda ucuz populizmi ilə reytinq toplamağa çalışan qurumdan biri də əməkdaşı olduğum “Futbol+” qəzetidi. Məni yaxından tanıyanlar, həmçinin idman mətbuatı camiyası bilir ki, adı çəkilən qəzetdə çalışsam da, onun ailə üzvü deyiləm və mətbu orqanın rəhbərliyiylə siyasi, ictimai, sosial, tarixi mövzularda daban-dabana ziddik. Həmişə də redaksiya şefinin absurd yanaşmalarına görə etirazımı bildirmiş, qarşıdurmalara getmişəm. Qəzetin xozeyninin yanaşması davam etdikcədə mövqeyim dəyişməz olacaq. Uzunçuluq etməyib mətləbə keçirəm. Yenicə “Neftçi”nin sükanı arxasına keçən Miodraq Bojoviçin Ermənistan millisinin və “Krasnodar”ın üzvü Eduard Spertsyan barəsində xoş sözlər səsləndirməklə, onu Rusiyada ilin futbolçusu hesab etdiyini bildirdiyinə görə başda Mahir Rüstəmli olmaqla “Futbol+” camiyası bunu ermənipərəstlik, Azərbaycana qarşı nankorluq kimi qiymətləndirib. Yazıyla bağlı linkdə tanış ola bilərsiz (https://www.football-plus.az/52859-neftcinin-bas-mesqcisi-ermenini-en-yaxsi-sayir-bele-olarmi.html).
Müəllif yazısında qeyd edir:
“Neftçi” Azərbaycanın ən köklü klubudu, erməni məsələsi azərbaycanlılar üçün həssas məsələdi, sən isə hələ Bakı klubunu bircə oyuna çıxarmadan, bircə qələbə qazandırmadan ermənini tərifləyirsən... Ümid edirik ki, “Neftçi” belə həssas məqamları yeni baş məşqçisinə anladacaq, onunla “profilaktik” söhbət aparacaq”.
Görəsən, bu yazı dərc olunmamışdan öncə uzun illərdi “Futbol+”un sükanı arxasında təkhakimiyyətliliyini sürdürən Mahir əfəndi, köklü klubdan, həssaslıqdan dəm vurmamışdan qabaq 86 yaşlı komandanın son illərdəki rüsvayçı çıxışından niyə danışmır? “Ağ-qaralar”ın rəhbərliyinin absurd “islahat”larından niyə söz açmır? Ən əsası özünə sual verirmi ki, niyə biz Avropaya futbolçu ixrac etməkdə gürcülər ilə ermənilər qarşısında autsayderik?
Təbii ki, yazı dərc olunduqdan sonra idman mediası ilə sosial şəbəkələrdə haqlı olaraq müəllif və qəzet rəhbərliyi qınanıldı, tənqid olundu. Ümumiyyətlə elm, incəsənət, mədəniyyət, idman və digər bu kimi sahələr tamamilə siyasətdən uzaq olmalıdı düşüncəsini avtoritarca dəstəkləyənlərdənəm. Bu sahələri, o cümlədən futbolu siyasətə qarışdırmaq, onu milliyətçilik mətbəxinə salmaq psevdovətənpərvərlikdən və ucuz populizmdən başqa bir şey deyil ki, “Futbol+” bu ampluada diqqət çəkməklə məşğuldu.
Məşhur atalar sözümüz var: “İgidi öldür, haqqını yemə”.
Bu deyimlə erməni futbolçularını igid adlandırmaq kimi niyyətim yoxdu. Amma reallıq odur ki, meydanda sərgilədikləri oyuna görə haqları çoxdu. Futbola az-çox baxan insanlarda çox gözəl bilir ki, dığaların yığma futbolçuları oyunçularımızdan bir neçə baş üstündü. Odur ki, durub Henrix Mxitaryan ilə Mahir Emrelini müqayisə etmək banan ilə radiyasiyanın təsirindən saralmış xiyarı eyniləşdirmək kimi absurddu. Bu gün durub Mxitaryan və top-liqa klublarında çıxış edən düşmən futbolçularını söyməmişdən öncə sual edin ki, niyə bizim ötən əsrin sonlarında Vəli Qasımovdan savayı aparıcı futbol çempionatlarında oyunçumuz yoxdu? Hər halda İngiltərə, Almaniya, İtaliya çempionatlarının rəhbərləri də ermənilər deyil ki, buna da “bu əclaflar özlərinin oyunçularını irəli çəkir” deyə bəhanə gətirəsiniz. Hazırda Ermənistan yığmasının üzvlərindən Qrant-Leon Ranos (Eranosyan) “Borussiya”(Mönhenqladbax), Norberto Briasko-Balekyan “Boka Xuniors”, Sarkis Adamyan “Köln”, Xoren Bayramyan “Rostov”da hay olduqları üçün yox, üstün futbol sərgilədiklərindən dolayı çıxış edirlər. Eləcə də “Karsnodar”ın şərəfini qoruyan Eduard Spertsyanı da tək Bojoviç yox, Rusiyanın ən nüfuzlu futbol mütəxəssisləri ölkənin ən yaxşı futbolçularından hesab edirlər. İndi onların hamısı Azərbaycan xalqının düşməni oldu?! Bugünkü reallıq odur ki, Spertsyanın 2023-cü ilin nəticələrinə görə Ermənistanda ilin ən yaxşıları sırasında 2-ci, Rusiyada isə top-10 futbolçular arasında 9-cu yerdə qərarlaşdı. Yəni, hörmətli Mahir əfəndi və təqlidlə məşğul olan həmkar deyə bilməyəcəyim cavan “jurnalist”lər, Azərbaycanda çalışan əcnəbi mütəxəsistləri və dünyadakı bir çox futbol zəkalarını pulnan satın alıb onları erməni oyunçularının əlehinə səs verməyə, antireklam aparmağa sövq etsək belə, hər bir potensialı olan futbolçunu yaşıl meydanda sərgilədiyi oyuna görə gec-tez qiymət verilir, irəli çəkirlər. Yel qayadan nəsə aparası deyil. Sözüm o ki, Spertsyan Bojoviçin səsi, subyektiv fikiri olmadan da sərgilədiyi oyunuyla nəin ki, Rusiyada, hətta top-liqa klublarında da özünə marağı artırıb. Elə yola saldığımız 2023-cü ildə 23 yaşlı erməninin transfer dəyəri 9 milyon avrodan çox olmaqla qiymətləndirilmiş, “Latsio”, Fiorentina”, Mançester Siti” və digər öndə gedən klublar onu sıralarına qatmaq üçün çalışırdı. Bu məqamda vaxtilə “CSKA” sükanı arxasında olan xorvatiyalı İviça Oliçin “Krasnodar”ın futbolçusu haqqında vurğulamışdı: “Spertsyan hazırda forması ilə RPL-nı aşıb. O, artıq top-liqa klublarında çıxış edə bilər”. Mütəxəssis bunu 3 il əvvəl demişdi. Bu gün isə idman mediasında hocalıq edən Mahir əfəndi isə: “Mxitaryan qələt edir, o biriləriylə birgə” deyə aləmə car çəkir. Yardımlıdan olan baş redaktorumuz vaxtaşırı Gəncə və Ağsu şərab evinin istehsalı olan araqları başına çəkməkdədi. Burda ayıblı nəsə yoxdu, əcəb edir. Mən də müəyyən zamanlarda alqokol qəbul edirəm. Deməyim o ki, Mahir bəy arağın təsirindən yuxarıdakı ifadəni işlətsəydi, bunu başa düşüb yola vermək olardı. İş orasındadı ki, oyaq halda məntiqə sığmayan mülahizələr irəli sürür. Qəzet başqanı ruslar demiş “trezvi” vaxtında Bojoviç haqqında yazı dərc etdirməsi “Leon” filmindəki Matildanın bolluca şampanla dolu qədəhləri başına çəkib dəm olmasından sonra yüksək səslə hırıldayıb diqqət çəkməsinə bənzəyir.
Mahir əfəndinin kabineti kitablarla zəngindi. Bir dəfə sual etdim ki, bu kitabların hamısını oxumusuz? Cavab belə oldu: “Mən vaxtilə yetərincə oxumuşam. Artıq mütaliyə mənim üçün o qədər də önəmli deyil”.
Vaxtilə çox oxumuş “Futbol+” şefi və onun gənc “qvardiya”sı üçün bəzi xatırlatmalar edim.
“Oyuncaq” filmində erməni əsilli aktyor Şarl Acemyan rol alır. Amma bu həmin komediya filminin erməni olması anlamına gəlmir. Adı çəkilən ekran əsərinə ironik tənqidiylə zəngin olmasına və bütün dövrlərdə aktual mövzuya toxunulduğu üçün baxırıq.
Erməni Mikayel Tarverdiyev “Baharın 17 anı” filminin bəstəkarıdı. Amma kinonu seyr edərkən və onun təsirli saundrekini dinləməklə də ermənisevər olmuruq.
Frunze Mkrtçyan məşhur “Mimino” filmində baş rol almasına görə də seyr etmirik. Zövq almaq üçün ekran əsərinə fokuslanırıq.
İvan Ayvazovskinin “Qahirə həyatından səhnələr”, “Neapolitan körfəzi”, “Dənizdə duman” və digər rəsm əsərlərinə baxıb zövq alanda da eməniləşmirik.
Eyniylə Spertsyan və digər erməni futbolçularının fərdi keyfiyyətləri haqqında 15 ildən çoxdu Rusiya premyer-liqasında baş məşqçilik etmiş və hər bir futbolçuya (ermənilər daxil) yaxşı bələd olan Miodraq Bojoviçin müsbət fikir bildirməsi serbiyalı mütəxəssisi ermənipərəst və ya anti-Azərbaycan yönümlü etmir.
Odur ki, cənab Mahir Rüstəmli, bu gün Bojoviçin Spertsyan barədə yanaşmasına görə baltalamağı, ucuz populizmlə gündəmə gəlməyi kənara qoyub, serbiyalının “Neftçi”yə nə dərədəcə fayda verəcəyiylə bağlı baş sındırsaz və gənc “kadr”larınıza da bunu aşılasaz daha çox ölkə futboluna fayda verərsiz. Həmçinin bizim oyunçuların nə vaxt erməni futbolçularının səviyyəsinə çataraq top-liqalarda çıxış edəcək? sualına soyuq başla cavablar axtarmaqla, futbolumuzdakı özbaşınalıq, nepotizm, traybalizm və digər bu kimi çatışmazlıqların aradan qaldırılması üçün qələminizi səfərbər etsəz savab qazanarsız. Tez-tez dilə gətirdiyiniz “12 imama and olsun” yuxarıda qeyd etdiyim psevdovətənpərvərlik və ucuz populizmli yanaşmalarla 30 ilə yaxın jurnalist karyeranızı bataqlığa yuvarlamaqla gülüş obyektinə çevrilirsiz...
ABDULLA İSMAYILOĞLU

Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
2023-cü ilin strategiyaları və ssenariləri
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü