Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
20:15, 14 iyun 2023
335
0

Qazaxıstan Mərkəzi Asiyada USAID layihələri üçün bazaya çevrildi. Rusiya isə hələ də qış yuxusundadır

Amerikanın regionla bağlı planlarından bəzi təfərrüatlar məlum olub

İki həftə əvvəl Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulan, mediada dezinformasiya ilə mübarizə üçün nəzərdə tutulan 50 milyon dollardan birinci tranş olaraq 12 milyon dolların ayrılması xəbərləri medianı doldurmuşdu. Layihənin ilhamçısı və sponsoru ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir, sadə insanlara USAID abbreviaturası ilə yaxşı tanışdır.

Onlar regiona ciddi şəkildə və uzun müddətə gəliblər

Bu gün dünyada qlobal geosiyasi qarşıdurmanın kəskinləşdiyi bir vaxtda Mərkəzi Asiya regionunun bu qarşıdurmanın daha bir toqquşma arenasına çevrilə biləcəyini artıq çoxları yaxşı başa düşür. Son zamanlar bir-birinin ardınca Amerika, Britaniya və Avropa İttifaqı emissarlarının Mərkəzi Asiyaya səfərləri göstərir ki, hazırda region kollektiv Qərb üçün böyük strateji əhəmiyyət kəsb edir.
Rusiyada USAİD-in fəaliyyəti qadağan edildikdən sonra amerikalılar postsovet məkanının Asiya hissəsində öz məqsədlərinə çatmaq üçün baza ölkə kimi Qazaxıstanı seçiblər.

Bu yaxınlarda Alma-Atanın prestijli hissələrindən birində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAID) böyük müasir ofisi peyda olub. Bir müddət bu parıldayan vitrajlı binada nə baş verdiyi barədə heç bir məlumat yox idi. Lakin bu yaxınlarda isə bütün planeti çadırları ilə əhatə edən nəhəng Amerika təşkilatının Qazaxıstandakı törəmə hüquqi şəxsi olan “KazAID” təşkilatının yaradılması barədə məlumat yayıldı. Məlum olub ki, bu bina məhz bu təşkilat üçün tikilib. Üstəlik, yuxarıda qeyd edilən vəsaitləri ABŞ-ın regiondakı maraqlarını təşviq edən yerli fondlar arasında bölüşdürən də məhz KazAID olacaq. Xatırladaq ki, USAID bu proqram üçün nəzərdə tutulan 50 milyon dollardan 12 milyon dollar məbləğində birinci tranşı ayırıb, bu vəsait artıq Kaz AID-in balansındadır. Yəni, KazAID ofisi hazırda USAID-in Mərkəzi Asiya üzrə mərkəzi nümayəndəliyidir.

Pulu kim ödəyirsə, musiqini də o sifasriş verir

Rəsmi məlumatda deyilir ki, pullar region ölkələri əhalisinin media savadlılığının artırılması və amerikalı “xeyirxahların” dediyinə görə, region ölkələrinin vətəndaşlarının Rusiya mediası tərəfindən yayılan dezinformasiyaya qarşı dayanıqlığının gücləndirilməsi üzrə fəaliyyətlərə yönəldiləcək.
Belə ki, vəsait ABŞ-ın maraqlarını təşviq etmək və təbliğ etmək üçün televiziya proqramlarının, məqalələrin və reportajların maliyyələşdirilməsinə sərf olunacaq. Başqa sözlə, dövlət sifarişi. Lakin  Qazaxıstan və digər region dövlətlərinin deyil, Amerika dövlətinin sifarişidir.

KazAID nəzakətli, demokratik, mütərəqqi və Qərb üslubunda bəyan edir ki, okeanın o tayından pul ayrılan yeni proqram Mərkəzi Asiyada və xüsusən Qazaxıstanda balanslaşdırılmış informasiya mühitinin inkişafına yönəldiləcək. Guya “mehriban və qayğıkeş” amerikalılar Rusiya mediasının xəbər və əyləncə verilişləri ilə rəqabət apara bilməyən yerli televiziya verilişlərinin keyfiyyətinin aşağı olmasından narahat olublar və onların narahatlıqları ucbatından belə bir layihə həyata keçirilir.

Amerikalı kuratorların fikrincə, regionda kütləvi informasiya vasitələri üçün hüquqi mühit də əlverişsiz olaraq qalır və yerli jurnalistlərin fəaliyyətini xeyli məhdudlaşdırır. Onlar deyirlər ki, yerli medianın kommersiya uğuru əldə etmək üçün etdiyi cəhdlərdə əldə etdiyi nailiyyətlər qanunvericiliyin mükəmməl olmaması ilə bağlı şəraitə uyğun olaraq məhdudlaşır. Onların fikrincə, ümumiyyətlə, Qazaxıstan media məkanı Rusiya mediasından qurtulmalıdır. Onun yerini isə daha doğruçu və demokratik olan Ukrayna mediası tutmalıdır.

“USAID Mərkəzi Asiyanın beş ölkəsinə sabit informasiya siyasəti və demokratiyanın həyata keçirilməsində kömək edir. Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan və ya Özbəkistan əvvəllər Sovet İttifaqının tərkibində olublar. Sovet hakimiyyətinin imkanları məhdud idi və əhali həqiqəti əks etdirən və obyektiv məlumat almırdı” - press-relizdə qeyd edilir.

Qeyd edək ki, Qazaxıstanda qızğın fəaliyyətə başlayan USAID, Soros Fondu və digər bu kimi xarici strukturların təqdimat tədbirlərinə hər kəs buraxılmır. Yəni, iddia etdikləri kimi, sırf yerli əhali üçün faydalı olan proqramlarını təqdim edərkən nəyisə sonadək danışmırlar. Başqa sözlə, gizlədiləsi şeyləri var.

O da məlumdur ki, KazAID bu cameənin jurnalistləri və redaktorları üçün treninqlər və tanışlıq səfərləri təşkil edəcək, onlara televiziya üçün kontent istehsalı və kontentin televiziya şirkətləri arasında mübadiləsinə görə qrantlar verəcək.
Bunun fonunda qazax qrantəmənlər nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Xüsusilə, Qazaxıstanın Gənclik İnformasiya Xidməti (QGİX) artıq əlavə jurnalistlərin işə qəbulunu elan edib. Bu, xarici qrantlar hesabına mövcud olan və müvafiq olaraq onu maliyyələşdirənlərin maraqlarını müdafiə edən tipik qeyri-hökumət təşkilatıdır. Beləliklə, yeni işə qəbul edilən jurnalistlərin qarşısında hansı vəzifələrin qoyulacağını asanlıqla təxmin etmək olar.

Region plasdarma çevrilir

ABŞ-ın Mərkəzi Asiyaya və xüsusən də Qazaxıstana belə yüksək diqqət göstərməsinin səbəbi nədir?
Aydındır ki, bu geosiyasi şəraitdə bu, regionun bugünkü dünya hegemonunun əsas düşmənləri olan Rusiya və Çinin düz yanında yerləşməsi ilə bağlıdır. Çünki onlar hələ də mövcud olan özlərinin hakim olduğu dünya nizamı üçün təhlükənin məhz Moskva və Pekindən doğduğunu gözəl anlayırlar.

Bu gün Mərkəzi Asiyada vəziyyət nisbətən sabitdir. Hələlik orada müharibələr, münaqişələr və digər neqativ hallar yoxdur. Hazırda ABŞ-ın qayğısı odur ki, Rusiya və Çin anqlosaksların iradəsinə zidd olaraq inkişaf etməyə qərar veriblər, Asiyadan Avropaya “İpək Yolu İqtisadi Kəməri” adlı quru dəhlizi tikirlər, bu sabitliyin bəhrəsini götürürlər. Vaşinqtonun bu layihəyə münasibəti eynən tikintisinin qarşısını var gücü ilə almağa cəhd etdiyi, uğursuzluğa  düçar olaraq, alçaqcasına təxribat vasitəsilə ilə artıq hazır olan kəməri məhv edərək işini dayandırdığı  “Şimal axını 2”-yə olan münasibət kimidir.

İpək Yolunun fəaliyyətinə mane olmağın yeganə yolu regionda hansısa münaqişənin qızışdırılmasıdır. İstər rəngli inqilab olsun, istərsə də “beynəlxalq terrorizmlə mübarizə”. Heç bir fərqi yoxdur. Buna şübhə doğurmadan nail olmaq üçün isə ağlabatan bir bəhanə ilə lazımdır.

Bu gün Mərkəzi Asiya Qərb üçün hazırki qlobal qarşıdurmada Rusiya və Çinə qarşı plasdarm kimi vacibdir.  Ona görə də bölgənin anti-Rusiya və anti-Çin ocağına çevirmək üçün hər cür səy göstərilir.

Hesab edirik ki, Mərkəzi Asiyada uğursuzluğa düçar olan əksər rəngli inqilablardan sonra USAID-in xüsusi marağında olduğu məsələ dini amildir. Məhz “dini dirçəliş” Mərkəzi Asiya ölkələrində QHT-lərin hökumət əleyhinə fəaliyyətlərini ört-basdır etmək üçün yeni ideyaya çevrilə bilər. Və çox güman da elə bu rıçaqdan istifadə edəcəklər. USAID-in dünyanın müxtəlif yerlərində göstərişlərə etiraz edən liderləri devirməkdə zəngin təcrübəsi var.

Qazaxıstan, Özbəkistan və Tacikistanda sabitliyi pozmağa yönəlmiş son cəhdlər regionun “islamçı” radikallaşdırılması planının faktiki mövcud olmasını açıq-aydın göstərir. Ona görə ki, quldurlar Əfqanıstanın şimalında, düz Tacikistan - Əfqanıstan sərhədində cəmləşiblər.
Bütün bunlar onu göstərir ki, region qlobal qarşıdurmanın potensial qaynar nöqtələrindən birinə çevrilməkdədir. Və ən maraqlısı isə budur ki, bütün bunlar region ölkələrinin rəhbərliyinin baş verənlərə reaksiya vermir. Bu, o deməkdir ki, onlar da susmaqla razılıqlarını nümayiş etdirirlər.

Qaldı ki, qlobal qarşıdurmanın digər tərəfi olan Rusiyaya, orda bu sahədə vəziyyət acınacaqlıdır. Cənubi Qafqazda da vəziyyət heç də Mərkəzi Asiyadakından fərqli deyil. Amerikan QHT-ləri və onların qrantəmənləri at oynadırlar. Rusiya isə bu mənzərəni uzaqdan seyr edir. Rus ayısı hələ də qış yuxusundan ayılmayıb. Və belə görünür ayılmaq da istəmir. Qlobal toqquşmanın baş rolunda olan subyekt kimi rəqibinin necə deyərlər onun qulağının dibində min cür layihələr həyata keçirməsi, maliyyə ayıraraq anti-Rusiya cəbhəsini qurmasına eyni üsullarla cavab vermirş. Sonda isə iş yenə qalır orduya. Onda da Rusiya olur işğalçı. Amerikanların gördüyü işin 10%-ni ruslar həyata keçirsə, amerikanlardan daha çox effekt əldə edər və məcburi müharibələrdən yan keçər. Lakin görünən odur ki, Rusiyada bu sahəyə cavabdeh olan şəxslər və təşkilatlar da yuxudadırlar.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)