Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
ŞAH VƏ MAT: İRAN QƏRBİ ASİYADA GEOPOLİTİK - DƏNİZ DƏYİŞİKLİYİNƏ RƏHBƏRLİK EDİR
Qərb Vyanada sanksiyalar və hərbi variantlar haqqında boşboğazlıq edərkən İran Asiyada yüksəlişini gücləndirmək üçün sakitcə alternativ həll yolları şəbəkəsini qurur.
Benjamin Franklin bir dəfə müstəmləkəçi yoldaşlarına yazmışdı: "Ya birlikdə asılmalıyıq, ya da ayrı-ayrılıqda asmalıyıq".
Bu sözlər 270 il əvvəl olduğu kimi bu gün də doğrudur. Çünki imperiyalar həmişə öz qurbanlarını nəzarətdə saxlayır, onları daha uğurla fəth etmək üçün onları regional tayfa maraqlarına görə bölürlər ki, rahat işğal edə bilsinlər.
Texnikalar müasir dövrlərə uyğunlaşsa da, konfliktlər haqqında elmin əsas komponentləri demək olar ki, dəyişməz olaraq qalır: resurs qıtlığını, yüksək qorxu və cəhalət səviyyəsini qorumaq və hədəfdə olan əhaliyə qıtlıq nəticəsində azalan gəlirlərin bölüşdürülməsi uğrunda münaqişə yaratmağa imkan yaratmaq.
Bu parçalanma fonunda uzaqgörən olmayan etnik, dini və linqvistik qərəzlər oliqarxik elitanın xeyrinə münaqişələrin qızışması üçün münbit zəmin yaradır.
Bugünkü amerikalılar öz daxili vətəndaş qarşıdurmalarının və böyük miqyasda iqtisadi çöküşün astanasında olmalarına baxmayaraq özlərinin qurucu atalarının məsləhətlərinə qulaq asmırlar.
Bununla belə, Ben Franklinin məsləhətinin dünyanın başqa bir hissəsində, dağılmaqda olan respublikadan çox-çox uzaqlarda ciddi qəbul edilməsi də çox ironikdir.
Rusiya, Çin və İran alyansı qaydalara əsaslanaraq qaydasızlığa çağırış edir
İran 2021-ci il martın 27-də Çinlə 25 illik Hərtərəfli Əməkdaşlıq Planını tamamladıqdan sonra Cənub-Qərbi Asiyada inanılmaz sürətlə inkişaf edən tamamilə yeni bir həndəsi sistem yaranıb.
Qədim sivilizasiya olan İran Böyük Avrasiya Tərəfdaşlığının üçüncü əsas sütunu kimi Sentyabrın 17-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşularaq nəhayət sabitləşmə və tərəqqinin aparıcı hərəkətverici qüvvəsinə çevrildi.
Rusiya ilə təhlükəsizlik haqqında müqavilələrlə birlikdə iki ölkə 2021-ci ilin fevralında Hind Okeanında hərbi-dəniz təlimləri keçirdilər. Və Rusiya, İran və Çin elan etdilər ki, 2022-ci ilin əvvəllərində Fars Körfəzində hər üç tərəfin birgə hərbi təlimləri keçiriləcək.
Rusiya-İran əlaqələri bununla bitmir. Çin ilə bağlanan uzunmüddətli və hərtərəfli müqavilə əsasında hazırlanan 20 illik strateji tərəfdaşlıq müqaviləsi hazırlanıb və bu müqavilə danışıqların yekun mərhələsindədir.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Səid Xətibzadə 11 dekabrda dedi: “Çin ilə birlikdə hazırladığımız 25 illik əməkdaşlıq üzrə yol xəritəsinin eynisini başqa əsas qonşularımızla da bağlaya bilərik”.
Əvvəllər əlçatmaz olan, lakin indi, İranın rəhbərliyi altında olan Fars Körfəzi – Qara Dəniz nəqliyyat-tranzit koridoru sayəsində yeni bir sistemdə mümkün olan layihələr əvvəllər unudulsa da 2016-cı ildən yeni bir sürət ilə gerçəkləşməyə başlayıb.
Bu transformasiya edilmiş koridor bütün “dünya adasından” keçən Çinin başçılığı ilə reallaşan “Bir yol, bir kəmər” təşəbbüsünün və Rusiya ilə Hindistanın başçılığı ilə “Şimal-Cənub” transport koridorunun sinergetik komponentini təşkil edir.
İran-Azərbaycan-Türkmənistan xətti ilə qaz mübadiləsi
Noyabrın 28-də İƏT-nın Aşqabadda keçirilən sammitində Azərbaycan, İran və Türkmənistan liderləri bütün maneələri dəf edərək qaz müqaviləsi bağladılar. Bu müqaviləyə əsasən İran hər il Türkmənistandan 2 milyard kubmetr qa alacaq və eyni həcmdə qazı Azərbaycana göndərəcək.
Bu, illər əvvəl İranla Türkmənistan arasında neft tədarükünün dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisə nəticəsində 2016-cı ildən bəri mövcud olan qaz blokadasının yarılması demək idi. Həm də bir çox mütəxəssislərin proqnozlaşdırdığı İran-Azərbaycan müharibəsinin qarşısının alınaraq iki ölkə arasında münasibətlərin yenidən normallaşmasına yol açdı.
İranın prezidenti Rəisi həmin təhlükəli dövrdə gərginliyə səbəb olan xarici maraqlara eyham edərək deyib: “Biz heç vaxt başqalarının münasibətlərimizə qarışmasına imkan verməməliyik. Problemlərimizi özümüz həll etməliyik, əlaqələrimizi inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün birgə çalışmalıyıq. Təcrübə göstərir ki, biz problemlərimizi özümüz müzakirə etdikdə onların çoxunu həll edə bilirik”.
Üç ölkə həmçinin nəqliyyat, ticarət, gəmiçilik, turizm və ən əsası Xəzər dənizində inanılmaz dərəcədə zəngin neft və qaz ehtiyatlarının işlənilməsi sahələrində inteqrasiya və əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
İranın cənubu dünyada ikinci ən böyük neft və təbii qaz ehtiyatlarına malik olduğu halda (birinci yerdə olan Rusiyadan sonra), Türkmənistan siyahıda dördüncü, Xəzər dənizindəki yataqlar isə dünyanın ən böyük həcmli ehtiyatları arasındadır.
Pepe Eskobarın “The Cradle” jurnalına yazdığı son məqaləsində qeyd etdiyi kimi, Xəzərdəki Çalus (چالوس) qaz yatağı həcminə görə dünyada onuncu yeri tutur və 5,4 trilyon dollar dəyərində qiymətləndirilir. Ekspertlərin fikrincə, yalnız bu region növbəti 20 il ərzində Avropanın bütün təbii qaz tələbatının 52%-ni ödəyə bilər. Bu yazı hazırlanarkən regionun Rusiya, Çin və İranın maraqları nəzərə alınmaqla inkişafını təmin edəcək sazişlər imzalanıb.
Xəzərdən keçən 300 km uzunluğunda olan Transxəzər Boru Kəməri (TCP) də maraqların uzlaşması ilə yanaşı, icraya xeyli yaxınlaşıb. Tamamlandıqdan sonra 2022-ci ildə TCP Cənub Qaz Dəhlizinə və Türkiyənin TANAP-a qoşulacaq.
Nabucco qaz kəmərinin sonuncu qol asanlıqla tamamlanacaq (əgər siyasi təxribatın qarşısını almaq mümkün olarsa), Avropanı bir neçə nəsil üçün bol qazla təmin edəcək. Bu, həm İrana, həm də Rusiyaya pis idarə olunan və hazırda tarixin ən pis texnogen enerji böhranlarından birini yaşayan Avropa üzərində geniş iqtisadi rıçaqlar imkanları verəcək.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi(INSTC) oyunun qaydalarını dəyişir
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC, Rusiya, Mərkəzi Asiya, Azərbaycan, Avropa, Türkiyə, İran, Əfqanıstan və Hindistanı əhatə edir) 7200 km uzunluğunda multimodal tranzit sistemidir və bir çox hallarda Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü (BRI) ilə sinergetikdir.
İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən sonra bu meqalayihənin sürətləndirilməsi üçün bir çox sazişlər imzalanıb. Bir çox danışan başlar bu 20 illik layihəni Çinin “Bir yol, bir kəmər” təşəbbüsü üçün Rusiya tərəfindən yaradılmış, rəqibət çağırışı kimi qiymətləndirməyə çalışsalar da zaman keçdikcə bu iki layihənin harmonik olduğuna daha çox əmin oluruq.
Noyabrın 28-də İran, Qazaxıstan və Türkmənistan arasında əsası 2014-cü ildə qoyulan, Özendən (Qazaxıstan) Türkmənistan üzərindən Qorqana (İran) qədər 917 kilometrlik dəmir yolunu birləşdirəcək yeni dəmir yolunun tikintisinə dair üçtərəfli anlaşma memorandumu imzalanıb və bu layihənin əsas investorları bu 3 dövlətdir.
Dekabrın 10-da Fars körfəzini Qara dənizlə birləşdirən İran-Azərbaycan-Gürcüstan tranzit marşrutunun yaradılmasına dair daha bir saziş imzalanıb və bu layihənin 2022-ci ilin martında başa çatdırılması nəzərdə tutulub.
Layihə tamamlandıqdan sonra yeni marşrut yüklərin İranın cənub limanlarından quru ərazi ilə birbaşa Qərbi Avropa və Mərkəzi Avropaya daşınmasına imkan verəcək.
Caspian Report-da deyilir ki, “hər üç layihənin potensialının effektiv şəkildə birləşdirilməsi İrana cənubda Oman dənizi və Fars körfəzini, şərqdə Əfqanıstan və Pakistanı, şimal-şərqdə Mərkəzi Asiya və şimal-qərbdə Qafqazı birləşdirməyə imkan verəcək".
Noyabrın 12-də İran, Türkiyə və BƏƏ liderləri BƏƏ-dən gələn yüklərin İranın Şəhid Rəcai limanında daşınması və daha sonra qurudan Türkiyəyə daşınması üçün üç ölkə arasında yeni nəqliyyat dəhlizi üzərində işlərə başlamaq üçün yeni əməkdaşlıq sazişi imzalayıblar. Oradan isə Avropaya. Bu, adi dəniz yollarından səkkiz gün tez başa gəlir. Bütün bunlar 2020-ci ildə Finlandiyadan Hindistana İran vasitəsilə ilk yükü göndərən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir.
Təhlükəsizlik sahəsində əməkdaşlıq
Yeni nəqliyyat və enerji şəbəkələrinin yaradılmasından başqa tarixi rəqiblər sayılan İran və Türkiyə arasında 21.10.2021-ci ildə strateji təhlükəsizlik barədə müqavilə imzalandı ki, İranın daxili işlər naziri cənab Vahidi bu barədə demişdir:
“İranla Türkiyə arasında münasibətlər inkişaf edəcək. İki dövlət birlikdə regiondakı qeyri-sabitliyə son qoyacaq və düşmən planlarının qarşısını alacaq. Ölkələrimiz arasındakı münasibətləri başqalarının korlamasına imkan verməyəcəyik”.
Bir ay sonra Rəisi ilə mətbuat konfransı keçirən prezident Ərdoğan Vahidinin sözlərinə qüvvət olaraq dedi:
“Ağ Ev İŞİD və PKK daxil olmaqla, bölgədəki bütün terror qruplaşmalarına təlim keçir və onları təchiz edir. Təhlükəli mühit yaratmaq üçün onları avadanlıq və alətlərlə təmin edir”.
İki lider Qərbdən dəstəklənən terrorizmlə mübarizə üçün təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişlər imzalamaqla yanaşı, regionun bütün ölkələri üçün güzəştli tariflər müəyyən edən yeni azad ticarət zonasının yaradılması planlarını da irəli sürdülər.
Səudiyyə Ərəbistanı Cənub-Qərbi Asiyada ortaya çıxan yeni reallığı inadla iqnor etməyə çalışan Körfəz ölkələri arasında olsa da, BƏƏ dəyişiklikləri ilk qəbul edənlərdən biri oldu.
Artıq Qərbdəki havadarların yağlı vədləri 10 il əvvəl olduğu kimi cəlbedici deyil. Xüsusilə də “transatlantik iqtisadiyyat” adı ilə tanınan “Titanik”in spekulyativ üsullarla şişirdilmiş şar olmasını nəzərə alanda.
BƏƏ ən azı sağ qalmaq instiktinin tələbinə görə nəinki sonillərdə ABŞ ilə hərbi sövdələşmələri dayandırıb, həm də regional nəqliyyat qovşaqları açır, qabaqcıl elmi sahələr olan kosmos və nüvə enerjisi sahələrinə sərmayələr qoyur. Bundan əlavə, İran və BƏƏ-nin “İran-BƏƏ münasibətlərində yeni səhifə açmaq” barədə razılığa gəlməsi də xüsusi qeyd edilməli hadisədir.
2021-ci ilin dekabrın 6-da İran prezidenti Tehranda BƏƏ Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə görüşərkən bəyan etmişdir:
“Region ölkələrinin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır və İran körfəz dövlətlərini hər zaman dəstəkləyir. İki müsəlman ölkəsi - İran və BƏƏ arasındakı münasibətlərdə heç bir maneə olmamalıdır və bu əlaqələrə kənardan heç kəs müdaxilə etməməlidir”.
BƏƏ nümayəndəsi isə cavabında bildirib ki:
“Biz bu regionun övladlarıyıq və bizim ümumi taleyimiz var. Ona görə də ölkələrimiz arasında münasibətlərin inkişafı bizim gündəliyimizdəki əsas məsələlərdəndir... ümid edirik ki, ölkələrimiz arasındakı münasibətlərdə yeni mərhələ başlayacaq”.
Yeni paradiqma yaranır
Qərbin qılıncını cingildədərək birtərəfli sanksiyalar tətbiq etmək, saxta fəzilət nümayiş etdirərək özünün “qaydalara əsaslanan nizamını” nümayiş etdirməklə məşğul olduğu bir vaxtda dünya həqiqi əməkdaşlığa əsaslanan, yeni, çoxqütblü sistemə doğru irəliləyir.
Bu pozitiv impulsdan çıxış edərək demək olar ki, artıq Çinin “Bir əmər, Bir yol” inisiativinə inteqrasiya olunmuş İqtisadi Əməkdaşlıq Təşkilatının(İƏT) Rusiyanın başçı olduğu Avrasiya İqtisadi Birliyinə tam inteqrasiyası sadəcə zaman məsələsidir. Hazırda çoxdan gözlənilən İran-AİB azad ticarət zonasının yaradılması prosesi başa çatmaq ərəfəsindədir və bu hadisə regionun tarixini özündən “əvvəl” və “sonra”ya böləcək, daha geniş tərkibdə enerji blokunun yaradılması üçün bir çox imkanlar yaradacaq.
İran parlamentinin deputatı Möhsün Zənqaninin dediyi kimi: “Düşünürəm ki, diqqətimizi Qərbə yönəltmək əvəzinə Şərq ölkələrinə, xüsusən də Mərkəzi Asiya, Şərqi Asiya, həmçinin Şərqi Avropa ölkələrinə yönəltsək, onların iqtisadi potensialından daha çox faydalana bilərik... Bildiyiniz kimi, ABŞ və İsrailin İrana münasibətinə görə Qərb ölkələri ilə əlaqələrimizdə bir çox problemlərlə üzləşirik. Amma bizim şərq xalqları ilə münasibətlərimizdə belə problemlərimiz yoxdur. Bu hal, iqtisadiyyatımızın inkişafı üçün böyük imkanlar yaradır”.
Münasibətlərin bu formada yeni komplekti Suriyanı yenidən qurmaq şansı yaranmış olur. İran və İraq iki ölkəni birləşdirən ilk dəmir yolunu Şələmçe-Bəsrə magistral yolunu inşa artıq ediblər. Əgər 2018-ci ildə İraq və İran arasında bağlanan razılaşma da bərpa olunarsa, o zaman bu kiçik dəmir yolu İraq ərazisindən keçməklə Suriyanın Latakiya limanına və Yeni İpək Yolunun cənub dəhlizi kimi Livana qədər 1570 km uzana bilər. Yaxın aylarda Suriyanın Ərəb Liqasına qayıtması bu layihənin həyata keçirilməsini xeyli asanlaşdıracaq.
Köhnə imperiya vərdişlərini tərgitmək çətin olsa da, yeni bir oyunun başlandığı göz önündədir. Normal gələcəyə sahib olmaq istəyən hər kəs qəbul etməlidir ki, bunun üçün yeni qaydalar komplekti ilə oynamağı öyrənməlidir. Bu qaydalar rejim dəyişikliyini, parçala və hökranlıq et taktikasını və digər bu kimi düşüncələri rədd edən qaydalardır.
Təbii qanunlara daha çox uyğun olan, suveren milli dövlətlərin birliyi şəraitində daha çox məhsuldarlıq üçün faydalı əməkdaşlığa və potensialın artırılmasına əsaslanan Böyük Avrasiya tərəfdaşlığı ən yaxşı seçimdir.
Bir paradiqma birqütblüdürsə, digəri çoxqütblüdür. Əgər birincisi sabit, bölüşdürülmüş sərvətlər toplusundan sərvət qoparmağa, digər ölkələri qırıntılar uğrunda mübarizəyə məcbur etməyə əsaslanırsa, ikincisi müxtəlif maraqları bütövlükdə uzlaşdıraraq yeni sərvətlər yaradır. Bəs onda siz bu paradiqmalardan hansında yaşamağa üstünlük verərdiniz?
Müəllif: Metyu Eret
Tərcümə: Cəmil Şirvanov
Mənbə
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR