Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
İnternetə sızmış ABŞ-ın məxfi sənədləri nədən xəbər verir
Ötən həftə ABŞ-ınhərbi kəşfiyyat məlumatlarının bir hissəsi internetə sızdı. İlk saatlarda saxta məlumatların, dezinformasiyanın qəsdən sızdırılması versiyası da aktual olsa da, günlər keçdikcə bu versiyaya inananların sayı demək olar ki, qalmadı. Dünyanın müxtəlif yerlərindən, o cümlədən, ABŞ-ın özündən məsələyə şərh verən mütəxəssislər bildirdilər ki, sənədlər saxta deyil, çox güman ki, ABŞ ordusunun baş qərargahı üçün hazırlanmış məruzələrdir.
Həmin sənədlərdə əks olunan məlumatlardan bir çox məsələlər diqqət çəksə də mənim üçün biri daha cəlbedici idi. Çünki bir ildən artıqdır ki, amerikalı hərbi analitik Skott Ritterə əsaslanaraq iddia edirdim ki, Ukraynada həlak olan hərbçilərin say nisbəti 6,7,8-in 1-ə Rusiyanın xeyrinədir. Lakin Qərb mətbuatından və Ukrayna rejiminin rəsmi(çox vaxt yalan) məlumatlarına inanan insanlar bunun əksini düşünürdü. Axır ki, qərbyönümlülərin "həqiqət məbədi" saydıqları ABŞ-ın rəsmi məxfi sənədləri də Skott Rotterin haqlı olduğunu üzə çıxartdı. Bu sənədlərdəki məlumatları oxuduqdan sonra ukraynadakı müharibənin xarakterini anlaya bildinizmi?
Qısa şəkildə izah eləsək bu müharibənin xarakteri aşağıdakı kimidir:
1. Rusiya Silahlı Qüvvələri bir çox səhvlər buraxmasına baxmayaraq, müasir dövrün ən yüksək səviyyədə səhra və şəhər döyüşlərin apara bilən ordusu kimi özünü göstərir;
2. Rusiya ordusu, hərb elmində indiyədək qayda kimi bilinən "hücum edən tərəf müdafiə olunandan 3 dəfə çox itki verir" qanununu sındırdı və əksini sübut etdi;
3. Rus ordusu indiyədək ən qanlı döyüşlərin getdiyi 2-ci dünya müharibəsi döyüşlərində məlum olan 1/1,2, 1,3 göstəricili qalibiyyət statistikasını alt-üst elədi. Bu isə yuxarıda dediyim kimi, 1 rus ölürsə, 7 ukraynalı ölür;
4. Rus ordusu rəsmən onun qarşısına qoyulan taoşırıqlardan birini - Ukraynanın de-militarizasiyasını həyata keçirməkdən əlavə, bütün NATO-nun de-militarizasiyasını həyata keçirir.
Bəbdlərin sayını çoxaltmaq da olar. Lakin hesab edirəm ki, bunlar əsaslarıdır, ümumi mənzərəni anlamaq üçün kifayət edər.
Cəmil Şirvanov
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
"Rusbaş" amerikalı polis - Gülləboran altında müsahibə
2023-cü ilin strategiyaları və ssenariləri
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.