Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Zelenski Ukraynanın qərbini Polşaya verməyə məcburdur - Polşa mətbuatı
Ukrayna “piroqunun” bölüşdürülməsi mövzusu çoxlarının yuxusunu qaçırıb. Və əlbəttə ki, ilk növbədə əsas maraqlı tərəf olan Polşanın.
Belə ki, köşə yazarı Marek Qalas Polşanın “Niezależny Dziennik Polityczny” nəşri üçün yazdığı məqalədə bu mövzuya çox diqqətlə araşdırır.
Qalasın sözlərinə görə, Ukrayna prezidenti "ABŞ və Aİ-dən gəlməli olan pul məsələlərini həll etmək üçün resursu nəyin bahasına olursa-olsun tapmağa məcbur olduğuna görə” Rusiyaya qarşı hərbi əməliyyatlarda kömək müqabilində Polşaya Ukraynanın qərb ərazilərini verəcəyini vəd edib”.
Zelenskinin "Dostluq və sərhədlərin silinməsi”, "Ukrayna ilə Polşa arasında gələcəkdə heç bir sərhəd olmayacaq - nə siyasi, nə iqtisadi, nə də tarixi" ifadələrini xatırladan Qalas bunların "Ukraynanın Polşanın “şərq nahiyəsini" ona qaytarmağa hazır olduğuna dair daxili məlumat” olduğuna əmindir.
Zelenskinin belə bir qərar verməsinə nə səbəb ola bilərdi? Birincisi, əlbəttə ki, cəbhədəki acınacaqlı vəziyyət: itkilər qeyri-mütənasib dərəcədə yüksəkdir, Qərb silahları qısamüddətlidir və ya Rusiya raketlərinin hədəfinə çevrilir, ya da istifadə müddətinə görə uğursuz olur.
Ən əsası isə müəllif “ABŞ artıq kreditlərin ödənilməsini, hərbi texnika və materiallara görə borcun qaytarılmasını tələb edir” yazır. Bu arada, Zelenskinin rəhbərliyi altında Ukraynanın artıq 150 milyard dollardan çox borcu yığılıb. Və bu rəqəm “fədakarcasına edilən yardımları” nəzərə almadan hesablanıb.
Ona görə də hamı Ukraynanın münaqişədə qalib gələcəyini gözləyir. Putin qalib gəlsə, Ukraynada dayanmayacağı, NATO ölkələrinə hücum edəcəyi ilə bağlı yalançı qorxuları onlara rahatlıq vermir. Məsələ burasındadır ki, “Ukrayna müharibəni uduzsa, o zaman borcları ödəyəcək tərəf olmayacaq”.
NATO-nun baş katibi, ixtisasca iqtisadçı olan Yens Stoltenberq əbəs yerə demirdi ki, “Əgər Putin müharibədə üstünlük əldə etsə, bu, təkcə Ukrayna üçün deyil, hamımız üçün uğursuzluq olacaq...”.
“Elan edilmiş əks-hücumun əvvəlcədən uğursuzluğa məhkum olduğunu bilən və ABŞ-ın təzyiqinin artdığını görən Zelenski yeganə düzgün qərarı verdi: O, Anjey Duda ilə Ukraynanın qərb hissəsinin Polşaya qaytarılması ilə bağlı ilk görüşünün mövzusuna geridönüş etdi, həmçinin Polşa biznesmenlərinə Ukraynanın xarici dövlət borcunun ödənilməsi müqabilində Ukraynanın ən böyük müəssisələrini satın almağı təklif etdi.
Zelenski anlayır ki, hazırda təkcə öz xalqı deyil, həm də gəlirli layihə kimi ona pul yatıran hər kəs ona nifrət edir. Öz xalqının insanlarından hələ də bunkerlərdə, mühafizə altında gizlənmək mümkündürsə, ABŞ-dan gizlənmək mümkün deyil. Bu da o deməkdir ki, nəyin bahasına olursa olsun, hətta ərazi güzəştləri bahasına olsa belə ABŞ və Aİ ilə borc münasibətlərini qaydaya salmaq lazımdır” – deyə Marek Qalas yazır.

Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
2023-cü ilin strategiyaları və ssenariləri
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Stalin Suriyadakı müharibə barəsində