Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
13:51, 03 sentyabr 2021
578
0

Stalin Suriyadakı müharibə barəsində


Tarixi bilmək xeyli xalqları xilas edə bilər, xeyli ölkələr tarixi bilmədiyi üçün məhv ola bilər. Bugün əksər insanlar üçün aydındır ki, ABŞ və onun mütəffiqləri Suriyada hərbi konflikt təşkil etməyə can atırlar. Bütün Yaxın Şərq regionunu müharibəyə və xaosa qərq etmək istəyirlər. Onların məqsədini və metodunu qısa şəkildə xülasə etmək  olar.

“...Bizim ağalığımızı könüllü surətdə qəbul edin və onda hər şey qaydasında olacaq, - əks halda müharibə qaçılmazdır”.
Qərb siyasətinin mahiyyətini kim belə dəqiqliklə ifadə edib?
Yoldaş Stalin bu sözləri 67 il əvvəl söyləyib.

Çörçilin məşhur Fulton nitqinə cavab olaraq, hansını ki, ser Uinston Amerikanın Fulton şəhərində 5 mart 1946-ci ildə söyləmişdi.
Bir həftə sonra Stalin Çörçilə cavab verdi. Əgər anqlosaksların müasir siyasətini başa düşmək istəyirsizsə, SSRİ başçısının təxminən 70 il əvvəl verdiyi müsahibəsini oxuyun.

Heç nə dəyişməyib. Həmin dövlətlər, həmin məqsədlər, həmin metodlar.
Qısa şəkildə tarixi fonu xatırladıram.
-1944-cü ilin iyulu – Amerikanın Bretton-Vud şəhərində dolları “dünya hökmdarı”na çevirən müqavilələr imzalanır. SSRİ razılaşmaya imza atır.
-1945-ci ilin sentyabrı – İkinci Dünya müharibəsinin sonu;
-1945-ci ilin dekabrı – Bretton-Vud razılaşmalarının ratifikasiyası, SSRİ ratifikasiyadan imtina edir, öz suverenliyini ABŞ-ın  və Böyük Britaniyanın əlinə verməkdən imtina edir.

-1946-cı ilin martı – Çörçilin Fulton nitqi, soyuq müharibənin başlanması, anqlosakslar tərəfindən “dəmir pərdə” endirilir, Qərbin SSRİ ilə planetin bütün “cəbhələri” üzrə konfrontasiyası başlanır. Həmin vaxt  Britaniyanın Sovet İttifaqının rəsmi mütəffiqi olması Çörçilin sözlərinə ultimatum xarakteri verir.

 Stalinin Çörçilin Fulton nitqinə cavabı
(“Pravda”, 14 mart 1946-cı il)
Bu günlərdə “Pravda”nın müxbirlərindən biri cənab Çörçilin nitqi ilə bağlı bir sıra məsələləri aydınlaşdırmaq xahişi ilə yoldaş Stalinə müraciət etmişdir. Yoldaş Stalin aşağıda müxbirin suallarına cavab kimi qeyd edilmiş uyğun izahları vermişdir.

Sual. Siz cənab Çörçilin Amerika Birləşmiş Ştatlarında söylənilmiş sonuncu nitqini necə qiymətləndirirsiz?

Cavab. Mən onu mütəffiq ölkələr arasında ixtilaf toxumu səpmək  və onların əməkdaşlığını çətinləşdirmək üçün nəzərdə tutulmuş təhlükəli akt kimi qiymətləndirirəm.

Sual. Hesab etmək olarmı ki, cənab Çörçilin nitqi sülh və təhlükəsizlik işinə ziyan  vurur?

Cavab. Əlbəttə ki, bəli. Əslində cənab Çörçil indi müharibənin qızışdırıcısı mövqeyində dayanır. Və cənab Çörçil burda tək deyil, - onun təkcə İngiltərədə deyil, həm də Amerikada dostları var. Qeyd etmək lazımdır ki, cənab Çörçil və onun dostları bu mənada olduqca Hitleri və onun dostlarını xatırladırlar. Hitler müharibəni ondan başladı ki, yalnız alman dilində danışan insanların dəyərli milləti təmsil etdiyini söyləyərək  irqi nəzəriyyəni elan etdi. Cənab Çörçil də yalnız ingilis dilində danışan millətlərin dəyərli millətlər olduğunu, bütün dünyanın taleyini həll etmək üçün yaradıldığını iddia etməklə irqi nəzəriyyə ilə müharibəni başlayır. Alman irqi nəzəriyyə Hitleri və dostlarını o nəticəyə gətirdi ki, almanlar yeganə qiymətli millət kimi digər millətlər üzərində hökmranlığa malik olmalıdırlar. İngilis irqi nəzəriyyəsi cənab Çörçili və onun dostlarını bu nəticəyə gətirir ki, ingilis dilində danışan millətlər yeganə qiymətli millətlər kimi dünyanın digər millətləri üzərində hökmranlığa malik olmalıdırlar.
Əslində cənab Çörçil və onun İngiltərədə və ABŞ-da olan dostları ingilis dilində danışmayan millətlərə ultimatum verirlər: hökmranlığımızı könüllü surətdə qəbul edin və onda hər şey qaydasında olacaq, - əks halda müharibə qaçılmazdır. Amma millətlər beş il acınacaqlı müharibə ərzində öz ölkələrinin azadlığı və müstəqilliyi üçün qan töküblər, hitlerçilərin ağalığını çörçilçilərin ağalığı ilə əvəz etmək üçün yox. Yəqin ki, buna görə ingilis dilində danışmayan və bununla yanaşı dünya əhalisinin böyük əksəriyyətini təşkil edən  millətlər yeni köləliklə razılaşmayacaqlar.
Cənab Çörçilin faciəsi bundadır ki,  o köhnə tori kimi bu sadə və aydın həqiqəti dərk etmir. Şübhəsiz ki, cənab Çörçilin məqsədi müharibədir, SSRİ ilə müharibəyə çağırışdır. Həmçinin bu da aydındır ki, cənab Çörçilin bu məqsədi İngiltərə və SSRİ arasında mövcud olan mütəffiqlik haqqında razılaşma ilə uyuşmazdır. Düzdür, cənab Çörçil oxucuları qorxutmaq üçün sözarası bəyan edir ki, qarşılıqlı köməklik və əməkdaşlıq haqqında sovet-ingilis müqaviləsinin müddətini 50 ilə kimi uzatmaq olardı. Amma cənab Çörçilin bu bəyanatını onun SSRİ ilə müharibə məqsədi , onun SSRİ –yə qarşı müharibə nəsihəti ilə necə bir yerə sığışdırmaq olar? Aydındır ki, bu şeyləri heç cürə bir araya sığışdırmaq olmaz. Və əgər SSRİ ilə müharibəyə səsləyən cənab Çörçil bununla yanaşı ingilis-sovet müqaviləsinin müddətini 50 ilə kimi uzatmaq istəyirsə, bu o deməkdir ki, o bu müqaviləyə öz antisovet məqsədini gizlətmək və maskalamaq üçün boş kağız parçası kimi baxır. Ona görə də cənab Çörçilin İngiltərədəki dostlarının sovet-ingilis müqaviləsini 50 və daha çox müddətə uzatmaq haqda saxta bəyanatlarına ciddi yanaşmaq olmaz. Əgər tərəflərdən biri müqaviləni pozursa və onu mənasız kağıza çevirirsə, müqavilənin müddətinin uzadılmasının mənası yoxdur.

Sual.Cənab Çörçilin nitqinin həmin hissəsini necə qiymətləndirirsiz , harda ki, bizə qonşu olan Avropa dövlətlərinin demokratik quruluşunu pisləyir və bu dövlətlərlə Sovet İttifaqı arasındakı mehriban qarşılıqlı əlaqələri tənqid edir?

Cavab. Cənab Çörçilin nitqinin bu hissəsi böhtan elementlərin kobudluq və nəzakətsizlik elementləri ilə qarışığıdır. Cənab Çörçil iddia edir ki, “Varşava,Berlin,Praqa,Vena,Budapeşt,Belqrad,Buxarest,Sofiya – bütün bu məşhur şəhərlər və onların rayonlarındakı əhali sovet sferasında yerləşirlər və bu və ya digər formada təkcə sovet təsirinə deyil, həm də Moskvanın əhəmiyyətli dərəcədə artan nəzarətinə tabe olurlar”. Cənab Çörçil bütün bunları Sovet İttifaqının sərhəd tanımayan “işğalçı tendensiyası” kimi nəzərdən keçirir.

Cənab Çörçilin burada kobud və utanmaz şəkildə həm Moskvaya, həm də adları çəkilmiş SSRİ ilə qonşu dövlətlərə böhtan atdığını göstərmək çətin deyil. Birincisi, dörd dövlətin nümayəndələrindən ibarət  İttifaq Nəzarət Şuralarının olduğu, SSRİ-nin isə səslərdən yalnız ¼-ə sahib olduğu Vena və Berlində SSRİ-nin xüsusi nəzarətindən danışmaq tamamilə absurddur.  Bəzən insanlar böhtan atmadan keçinə bilmirlər, amma hər halda onun ölçüsünü bilmək lazımdır. İkincisi, növbəti vəziyyəti unutmamaq lazımdır. Almanlar SSRİ-yə hücumu Finlandiyadan, Polşadan, Rumıniyadan, Bolqariyadan, Macarıstanda başladılar. Almanlar hücumu ona görə bu ölkələrdən törədə bildilər ki, onda bu dövlətlərdə SSRİ-yə düşmən hökumətlər mövcud idi.Alman hücumu nəticəsində Sovet İttifaqı almanlarla döyüşlərdə, həmçinin alman işğalı və sovet insanlarının alman katorqalarına qaçırılması sayəsində, yeddi milyona yaxın insanı əbədi itirdi. Başqa sözlə, Sovet İttifaqı İngiltərə və Amerika Birləşmiş Ştatlarının birlikdə itirdiyindən bir neçə dəfə çox insan itirdi. Bəlkə də, hardasa sovet xalqının Avropanı hitler iynəsindən azad olmasını təmin edən bu böyük qurbanlarını unutmaq istəyirlər. Amma Sovet İttifaqı onları unuda bilməz. Sual olunur, Sovet İttifaqının gələcəkdə özünün təhlükəsizliyini təmin etməkdən ötrü bu ölkələrdə Sovet İttifaqına loyal yanaşan hökumətlərin mövcud olmasına nail olmağa çalışmasında təəccüblü nə var? Sovet İttifaqının bu dinc səylərini ağlını itirmədən bizim dövlətin işğalçı tendensiyası kimi necə nəzərdən keçirmək olar?
Cənab Çörçil daha sonra iddia edir ki, “ Rusların hakimiyyəti altında olan Polşa hökuməti Almaniyaya qarşı böyük və ədalətsiz qəsdlərə şirnikləndirillirdi”. Burada hər bir söz kobud və təhqiramiz böhtandır. Müasir demokratik Polşaya görkəmli insanlar rəhbərlik edir. Onlar işləri ilə göstərdilər ki, vətənlərinin maraqlarını və ləyaqətini  sələflərinin bacarmadığı kimi müdafiə etməyi bacarırlar. Müasir Polşa rəhbərlərinin öz ölkələrində hər hansı bir xarici dövlətin “ağalığına” icazə verdiklərini  iddia etmək üçün cənab Çörçilin hansı əsasları var? Burada cənab Çörçil “ruslara” Polşa ilə Sovet İttifaqı arasında ixtilaf toxumu səpmək məqsədilə böhtan atmırmı?...

Cənab Çörçil Polşanın siyasətində SSRİ ilə dostluğa və əməkdaşlığa dönüş etməsindən narazıdır. Vaxt vardı Polşa ilə SSRİ arasındakı qarşılıqlı əlaqələrdə konflikt və ziddiyyət elementləri üstünlük təşkil edirdi. Bu vəziyyət cənab Çörçil kimi dövlət xadimlərinə bu ziddiyyətlərdən istifadə etmək, Polşanı ruslardan müdafiə etmək niyyəti altında ələ keçirmək, Rusiyanı onunla Polşa arasındakı müharibə kabusu ilə qorxutmaq və özünün arbitr mövqeyini saxlamaq imkanı verirdi. Amma o vaxtlar keçmişdə qaldı, çünki Polşa və Rusiya arasındakı düşmənçilik öz yerini onlar arasındakı dostluğa verdi, Polşa isə, müasir demokratik Polşa daha əcnəbilərin əlində oyun topu olmaq istəmir. Mənə elə gəlir ki, məhz bu cəhət cənab Çörçili qıcıqlandırır və onu Polşa əlehinə kobud, yersiz hərəkətlərə sövq edir. “Mənə başqasının hesabına oynamağa icazə vermirlər” söyləmək zarafatdırmı...

Cənab Çörçilin Polşanın qərb sərhədlərinin vaxtilə almanlar tərəfindən işğal edilmiş polşa əraziləri hesabına genişlənməsi ilə əlaqədar Sovet İttifaqına qarşı məzəmmətlərinə  gəldikdə isə, mənə elə gəlir ki, o burada açıq şəkildə kartları dartışdırır. Məlum olduğu kimi Polşanın qərb sərhədləri haqda qərar üç derjavanın Berlin  konfransında Polşanın tələblərinə əsasən qəbul edilmişdi. Sovet İttifaqı dəfələrlə bəyan etmişdi ki, o Polşanın tələblərini düzgün və ədalətli hesab edir.Çox güman ki, cənab Çörçil bu qərardan narazıdır. Amma bu məsələdə rusların mövqeyinin əksinə getmək istəməyən cənab Çörçil  nəyə görə öz oxucularından o faktı gizlədir ki, qərar  Berlin konfransında yekdilliklə qəbul edilmişdi, qərara təkcə ruslar səs verməmişdi, həm də ingilislər və amerikalılar səs vermişdi? Insanları aldatmaq cənab Çörçilin nəyinə lazımdır?
Daha sonra cənab Çörçil iddia edir ki, “bütün bu şərqi Avropa dövlətlərində əhəmiyyətsiz olan kommunist partiyaları onların sayından olduqca böyük gücə nail olublar və hər yerdə totalitar nəzarət qurmağa can atırlar, demək olar ki, bu ölkələrin hamısında və hələ də indiyə kimi polis hökumətlər üstünlük təşkil edir, Çexoslavakiyadan başqa, orada heç bir əsl demokratiya mövcud deyil”. Məlum olduğu kimi, hazırda İngiltərədə hakimiyyəti bir partiya , leyboristlər partiyası idarə edir , özü də müxalif partiyalar İngiltərədə hökumətdə iştirak etmək hüququndan məhrumdurlar. Cənab Çörçil üçün bu əsl demokratizmdir. Polşada,Rumıniyada,Yuqoslaviyada,Bolqariyada,Macarıstanda bir neçə partiyadan ibarət blok – dörd partiyadan altı partiyaya kimi – idarə edir, özü də müxalifətlərin, az və ya çox loyaldırlarsa, hökumətdə iştirakı təmin edilir. Cənab Çörçil bunu totalitarizm, tiraniya,polisçilik adlandırır. Niyə, hansı əsasa görə - cənab Çörçildən bu suallara cavab gözləməyin. Cənab Çörçil  özünün totalitarizm,tiraniya, polisçilik haqda qışqırıqlı nitqləri ilə özünü hansı gülünc vəziyyətə saldığını başa düşmür.

 Cənab Çörçil istəyərdi ki, Polşanı Sosnkovskiy və Anders, Yuqoslaviyanı – Mixayloviç və Paveliç, Rumıniuanı – knyaz Ştirbey və Radesku, Macarıstanı və Avstriyanı – Habsburqlar evindən hansısa kral və digərləri idarə etsinlər. Cənab Çörçil bizi inandırmaq istəyir ki, faşist yaxaaltıları olan bu cənablar “həqiqi demokratiyanı” təmin edə bilərlər. Cənab Çörçilin “demokratiyası” budur.

Cənab Çörçil kommunist partiyalarının Şərqi Avropada təsirinin artması haqda danışarkən həqiqətin ərtafında dolanır. Amma nəzərə almaq lazımdır ki, o tamamilə doğru deyil. Kommunist partiyalarının təsiri təkcə Şərqi Avropada deyil, Avropanın faşizmin hakim olduğu (İtaliya,Almaniya,Macarıstan,Bolqariya,Finlandiya)  və ya alman, italyan və ya macar işğalı altında olan (Fransa,Belçika,Hollandiya,Norveç, Danimarka, Polşa, Çexoslavakiya, Yuqoslaviya, Sovet İttifaqı və s.) demək olar ki, bütün ölkələrində artdı.

Kommunistlərin təsirinin artmasını təsadüf hesab etmək olmaz. O tamamilə qanunauyğundur. Kommunistlərin təsiri ona görə artdı ki, faşizmin Avropada hakim olduğu ağır illərdə kommunistlər xalqların azadlığı uğrunda faşist rejiminə qarşı etibarlı, mərd, fədakar döyüşçülər oldular. Cənab Çörçil əlini onların çiyinlərinə vuraraq  və özünü onların dostu kimi göstərərək bəzən öz nitqlərində  “kiçik evlərdə yaşayan sadə insanları” xatırlayır. Amma bu insanlar ilk baxışdan görsəndikləri qədər də sadə deyillər. Onların, “sadə insanların” öz baxışları, özlərinin siyasəti var və onlar özlərini müdafiə edə bilirlər. Onlar, milyonlarla bu “sadə insanlar” İngiltərədə öz səslərini leyboristlərə verərək cənab Çörçilin  və onun partiyasının əlehinə səs veriblər. Onlar, milyonlarla bu “sadə insanlar” Avropada irticaçıları, faşizmlə əməkdaşlığın tərəfdarlarını təcrid etdilər və sol demokratik partiyalara üstünlük verdilər. Onlar, milyonlarla bu “sadə insanlar” kommunistləri mübarizə alovunda və faşizmə müqavimətdə sınayaraq qərara gəldilər ki, kommunistlər xalqın etimadına layiqdirlər. Kommunistlərin Avropada təsiri bu şəkildə artdı. Tarixi inkişaf qanunu budur.

Əlbəttə, hadisələrin bu şəkildə inkişafı cənab Çörçilin xoşuna gəlmir və o gücə müraciət edərək təhlükə siqnalı verir. Amma Birinci dünya müharibəsindən sonra Rusiyada sovet rejiminin yaranması da onun xoşuna gəlmirdi. O həmin vaxt da tarixin çarxını geri çevirməyi qarşısına məqsəd qoyaraq həyəcan təbili çalırdı  və “14 dövlətin” Rusiyaya qarşı hərbi yürüşünü təşkil etmişdi. Amma tarix çörçil müdaxiləsindən güclü oldu və cənab Çörçilin don kixota bənzər hərəkətləri ona gətirdi ki, həmin vaxt o tamamilə məğlub oldu. Bilmirəm, cənab Çörçil və onun dostları İkinci dünya müharibəsindən sonra “Şərqi Avropaya” qarşı yeni yürüş təşkil etməyə  müvəffəq olacaq ya yox. Amma müvəffəq olsalar,ki buna da ehtimal azdır, çünki milyonlarla “sadə insan” sülh işinin müdafiəsində dayanır, əminliklə demək olar ki, onlar keçmişdə, 26 il əvvəl məğlub olduqları kimi yenə məğlub olacaqlar.

Mənbə: Azərbaycan Ekososialistləri bloqu


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)