Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Analitika / Publisistika
22:29, 20 mart 2023
720
0

V. Korovin: Donbasda qlobal anti-Qərb koalisiyası yaranıb


Artıq Qərblə bağlı heç bir illüziya yoxdur. Donbass qlobalizmin Şərqə yayılmasının son həddinə, ABŞ-ın dünyanı şəriksiz təsir dairəsi hesab etdiyi birqütblü momentlə konsensus əsasında bəşəriyyətin taleyini müəyyən edəcək bir neçə sivilizasiyanın mövcud olduğu yeni, çoxqütblü dünya arasında ayırıcı xəttə çevrildi.

Əvvəlcə qloballaşma Suriya çöllərində, qumda batıb dirəndi. Rusiya prezidenti balaca barmağını qaldırıb Rusiya Aerokosmik Qüvvələrini Suriyaya göndərməsi kifayət etdi ki, “qaçılmaz” hesab edilən qloballaşma dayandı və o, bundan sonra heç yerə tərpənə bilməyəcək. Onların təbirincə desək qloballaşmanın "obyektiv prosesi" indi əbədi olaraq Suriyada rusların dayandığı yerdə basdırıldı.

Donbassda isə əks proses başlayıb - Amerikanın qloballaşmasını əvəz edən yeni, çoxqütblü dünyanın qurulması prosesi. Məhz orada hamının Qərb qarşısında hiss etdiyi sakral qorxu məhv edildi. Putin sakitcə, Qərbdə yüksələn cəhənnəm fəryadlarına əhəmiyyət vermədən, hətta bir növ adi bir şəkildə Xüsusi Hərbi əməliyyatı başladı. Putin qorxmurdu və ona baxan  hər kəs də qorxmurdu. Bu, o deməkdir ki, şeytan o qədər də qorxulu deyil. Putin təmkinlidir, deməli hamı təmkinlidir.

Gözümüzün önündə anti-Qərb koalisiya formalaşır və artıq Qərbin bəşəriyyətin mütləq azlığı olduğu aydınlaşır. Hətta orada, bu azlığın içində də bu əksəriyyət Qərb elitalarının – azlıqların liberal-qlobalist təcrübələrinə qarşıdır. Deməli, onlar azlıq içində azlıqdırlar.

Donbass hərbi kampaniyası göstərdi ki, Qərb nüvə silahının tətbiq ediləcəyi böyük müharibədən qorxur (düz də edir), ona görə də yalnız sanksiyalarla kifayətlənir. Sanksiyalar ilk növbədə Qərbin özünə, xüsusən də çoxdan Amerikanın müstəmləkəsinə çevrilmiş Avropaya zərbə vurub. Amerikanın Ukraynadakı avantürasına görə ən çox bədəl ödəyən Avropadır. Bu, ona lazımdırı? Bəlkə Vaşinqtonun diktaturasından azad, müstəqil sivilizasion qütbə çevrilərək Amerika işğalından yaxa qurtarmağın vaxtı çatıb? Avropada sağlam düşüncə və suveren iradə hökm sürəcəyi təqdirdə Amerika əsri başa çatacaq və “xalqların Avropası” da çoxqütblü  kluba qoşulacaq.

Donbasda qlobal anti-Qərb koalisiyası yaranıb. Qərbin özündən kənarda heç kəs ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını dəstəkləmədi və Qərbin özünün daxilindəki bir çoxları sanksiyaları tətbiq etməyə məcbur edildi. Lakin ABŞ qorxusu uzun sürməyəcək. Gec-tez özünüqoruma instinkti işə düşəcək ki, bu da transatlantik müttəfiqliyə son qoyacaq və praqmatizm öz yerini tutacaq.

Valeri Korovin
Geopolitik Ekspertizalar Mərkəzinin direktoru


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)