Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan
13:26, 18 fevral 2023
287
0

Aİ missiyası İrəvanla münasibətlərin normallaşmasına mane ola bilər - Qafarova

Milli Məclisin sədri Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi məsələsini şərh edib.

Avropa İttifaqı (Aİ) missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə mane ola bilər. Bunu cümə günü Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Yanvarın 23-də keçirilən görüşdə Avropa İttifaqının xarici işlər nazirləri Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərdə sabitliyin təmin edilməsi, etimadın möhkəmləndirilməsi və münasibətlərin normallaşdırılması üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Missiyanın mandatının iki il olacağı, onun operativ qərargahının Ermənistanda yerləşəcəyi gözlənilir.

“Avropadan Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər missiyasının göndərilməsi münasibətlərin normallaşması prosesinə mane ola bilər. Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi ilə bağlı mövqeyimi Rusiyadakı görüşlərdə səsləndirmişəm” - deyə Qafarova parlamentin iclasında bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin Ermənistanda yeni vasitəçilik missiyasının fəaliyyətə başlamasını şərh edərkən bildirmişdi ki, Aİ nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri kəskinləşdirə bilər.
Aİ-nin Rusiyanın Zaqafqaziyada vasitəçilik səylərini sıxışdırması cəhdləri ermənilərin və azərbaycanlıların köklü maraqlarına və bölgəyə sülhün qaytarılmasına xələl gətirə bilər.
Xarici İşlər Nazirliyi əmindir ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingenti, həmçinin Ermənistan sərhədlərində xidmət edən rus sərhədçilər olaraq qalır”.

Mənbə: Sputnik.Az

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)