Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Kral qiyamla üz-üzədir
ABŞ-ın xüsusən son otuz ildə öz rəqiblərini məğlub etmək, onların qərarlarına təsir etmək üçün silah kimi istifadə etdiyi dollardan bezən dünyanın ən böyük iqtisadiyyatlarından bir neçəsi ABŞ valyutasından yan keçməklə iş görməyin yollarını araşdırırlar. Hətta bir neçə kiçik ölkə, o cümlədən, Asiyanın ən azı ondan çox ölkəsi də de-dollarizasiyanı sınaqdan keçirməkdədir.
Bundan əlavə, bütün dünya üzrə korporasiyalar dolların möhkəmlənməsinə yol verməmək üçün ehtiyat tədbiri kimi borclarını indiyə qədər görünməmiş dərəcədə böyük, əhəmiyyətli bir hissəsini yerli valyutalarda satırlar.
Heç kim dolların əsas mübadilə vasitəsi kimi hökmranlığını tez bir zamanda itirəcəyini demir. Məsələ burasındadır ki, “ kralı devirmək” barədə çağırışlar dəfələrlə edilmiş və bu çağırışların hamısı vaxtından əvvəl edilmişdi.
Lakin ölkələrin ABŞ valyutasından və ya SWIFT şəbəkəsindən yan keçən ödəniş mexanizmlərini araşdırması son zamanlara qədər demək olar ki, heç kəsin ağlına gəlməyən bir haldır.
Amerikalı mütəxəssislər, o cümlədən, Bloomberg yazır ki, "Bayden administrasiyası ABŞ dollarını və qlobal ödəniş sistemini silaha çevirməklə səhv etdi." Dünya bazarında 30 ildən çox təcrübəsi olan investisiya strateqi Con Mauldin bu barədə deyir ki, "Bu, ABŞ-dan kənarda olan investorları və digər ölkələri öz aktivlərini diversifikasiya etməyə və onları ABŞ-ın ənənəvi təhlükəsiz sığınacağından çıxarıb kənara daşımağa məcbur edəcək”.
Əslində ABŞ hökumətinin dollardan öz aqressiv siyasətinin bir üsul və ya forması kimi istifadə etməsi Asiya ölkələrinin iqtisadiyyatlarına təzyiq edir və onları kiminsə tərəfini seçməyə sövq edir. Lakin ən böyük problem alternativ ödəniş sisteminin olmamasıdır ki, bu, həmin ölkələri əsas ticarət tərəfdaşlarını itirməsi ilə nəticələndiyi üçün narazı olduqları sanksiyalara riayət etmək, onları tətbiq etmək məcburiyyətində qalırlar. Hələlik dünya stabillikdən üsyana transformasiya dövrünü keçir. Lakin qiyam qaçılmazdır və o, qapıdadır. Qiyama hazırlığın bəzi detalları hərdən gözə görünsə də bütün qiyamlarda olduğu kimi bu qiyam da sasən gizli şəkildə hazırlanır. Qiyam qaçılmazdır... Kral mütləq devriləcək.
Cəmil Şirvanov
Mövzu linkləri:
Həmçinin oxuyun: