Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Analitika
17:43, 05 aprel 2022
885
0

Dünya əhalisinin 1 %-i digər 99 %-dən varlıdır – hər şey iki şirkətin, bir neçə ailənin əlindədir

Sizə elə gəlir ki, “Coca-Cola” və “Pepsi-Cola” rəqib şirkətlərdir? “Facebook” və “Google” bir-birilə rəqabət aparır? “Apple” ilə “Microsoft” arasında mübarizə gedir? Bəs “Nike” ilə “Adidas”, “Boeing” ilə “Airbus”, “Ford” ilə “Toyota” CNN ilə “Fox”, “Pfizer” ilə “Moderna”? Bunlar azad bazarda bir-birilə azad rəqabətdədirlərmi?.. Gəlin, araşdıraq.

PepsiCo səhmlərinin 72,82%-i 3155 hüquqi şəxsə məxsusdur - bunlar investisiya, sığorta şirkətləri və fondlar, banklar və bəzi hallarda dövlətlərdir. 
Əsas səhmdarların siyahısına diqqətlə nəzər saldıqda məlum olur ki, ilk onluq PepsiCo səhmlərinin üçdə birinə sahibdir və onların ən böyüyü iki firmadır: Vanguard (8,73%) və BlackRock (7,13%).

Coca-Cola şirkətinin sahibi kimdir? Yahoo Finance axtarış sistemi əsas səhmdarları qısa zamanda tapır: Vanguard (7,35%) və BlackRock (6,58%) ikinci və üçüncü yerləri tuturlar.

Vanguard və Black Rock-dan sonra digər tanınmış investisiya şirkəti State Street Corporation da dünyanın ən böyük şirkətlərinin əsas səhmdarları siyahısındadır.

Böyük Üçlük
ABŞ maliyyə dairələrində Vanguard, BlackRock və State Street Corporation-a “Böyük Üçlük” deyilir.
Bu üç firma birlikdə S&P 500-dəki bütün firmaların 90%-nə sahibdir, ABŞ-da ən çox sərmayə qoyulan 500 açıq şirkət onların səbətindədir.
Britaniyanın The Expose.uk nəşri yazır ki, 2020-ci ilin noyabr ayında Böyük Üçlük Amerika iqtisadiyyatının dörddə üçündən çox olan 15 trilyon dollarlıq bazara nəzarət edirdi. 2021-ci ilin yanvarına qədər isə onların biznesinin həcmi artıq 18 trilyon dollara çatmışdı.
Dünyanın ən böyük qida şirkətləri olan “Unilever”, “Mondelez” və “Nestle”nin əsas səhmdarları da  məhz bu üç firmadır.

İnternetə kim nəzarət edir?

Jurnalist araşdirmaları bəzi ən böyük texnoloji şirkətlərin əsl sahiblərinə nəzər yetirməyi təklif edir.
Bu gün İnternet dünyasında Instagram və WhatsApp-ın sahibi olan Facebook dominantlıq edir; Google-un sahibi Alphabet həm də onun bütün şirkətlərinin - Gmail, YouTube, o cümlədən Android əməliyyat sisteminin sahibidir; Apple şirkəti MacOS və Microsoft-a, Windows və Xbox-a sahibdir.
Alphabet, Apple və Microsoft bu gün dünyada istifadə olunan, demək olar ki, bütün smartfonlar və kompüterlər üçün əməliyyat proqramı təminatının istehsalı və satışı sahələrini inhisara alıb.

Milyardlarla istifadəçisi olan bazara praktiki olaraq təkbaşına nəzarət edən bu texnologiya nəhənglərinin sahibi kimdir? Göründüyü kimi, kompüter və smartfonlar sahəsində əsas sahiblər eyni şirkətlərdir: Vanguard və BlackRock.

Eyni zamanda, onlar təkcə texnologiya sahəsindəki ən böyük şirkətlərə nəzarəti etməklə kifayətlənmir, Sony, IBM, HP, Philips, Intel kimi tanınmış brendlərin də əsas sahibləridirlər.

Vanguard portfelinin ən böyük aktivi Microsoft proqram təminatı istehsalçısının səhmləridir. Fondun portfelində ikinci ən böyük aktivə Apple şirkəti malikdir. Ötən il bu qiymətli kağızlar bütün portfelin dəyərinin 3,64 %-ni təşkil edirdi. Ceff Bezosun səhmləri Vanguard portfelində daha bir yüksək dəyərli aktivlərdir. Fond 2002-ci ildən Amazon-a sərmayə qoyur. Portfeldə dördüncü ən böyük aktiv Facebookun səhmləridir. Vanguard-ın portfelində “Trillion Club”dan olan daha bir texnologiya nəhəngi Google internet qiqantıdır. İlk onluq portfelində Visa-nın maliyyə aktivi də var.

“Gizli dəftərxana” Telegram kanalı texnoloji nəhənglərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu, dünyadakı bütün sosial proseslərə vahid mərkəzdən nəzarət edildiyini bildirir. Kanal analitikləri The Vanguard Group-un 6,5 trilyon dollara nəzarət etdiyini qeyd edirlər.

“2020-ci ilin göstəricilərini nəzərə alsaq, bu, Pentaqonun illik büdcəsinin təxminən 9 qatıdır, - telekanal bildirir. - Yəni əmanətçilərin vəsaiti dünyanın ən güclü ordusunu doqquz il saxlamağa kifayət edər. Bu şirkətin kimə məxsus olması da maraqlıdır. Rəsmi məlumatlara görə, The Vanguard Group şirkətinin törəmə strukturlarının idarə etdiyi investisiya fondlarına məxsusdur”.

Kanalın məlumatına görə, BlackRock Inc. də texnologiya nəhəngləri səhmdarları sırasındadır. O təxminən 7,5 trilyon dollar vəsaiti idarə edən daha bir investisiya fondudur.

“Daha sonra “miskin” 3 trilyon dollara sahib State Street Corporation gəlir. Ancaq o, depozit aktivlərinin həcmi 34,3 trilyon dollar olan dünyanın ən böyük banklarından birinin - FED-in bir hissəsidir”.

 “Secret Chancery”ə görə, “fondlar eyni vaxtda bir-birinin səhmlərinin bir hissəsinə sahibdirlər və nəticədə bir-biri ilə sıx bağlı olan formal şirkətlər qrupu təxminən 20 (və ya daha çox) trilyon dollar toplayaraq Amerikanın texnoloji sferasına, onun vasitəsilə dünyaya nəzarət edirlər".

“Gizli dəftərxana”ın məlumatına görə, hər şeyi “investisiya fondlarının qoyulması yolu ilə bir-biri ilə əlaqəli onlarla şirkət idarə edir. Onlarla əsas müqavilələrin iştirakçısı olan Soros, dünyada rəngli inqilablar, ABŞ-da BLM (Black Lives Matter) etirazlar təşkil edir".

“Əslində Amerikanın bütün iri korporasiyaları medianın səs-küyündən uzaq olan bir və eyni çevrəyə məxsusdur, - “Russkaya Planeta” nəşri də analoji mülahizə irəli sürür. - Bu, təəccüblü deyil, çünki həmin çevrə başqa şeylərlə yanaşı, medianın da sahibidir."

Nəşrin təsdiq etdiyi kimi, Amerikanın ən böyük korporasiyalarının səhmdarlarının tərkibinə nəzər salsaq, birinci yerdə institusional investorlar adlanan eyni sahiblərin dayandığını görərik: The Vanguard Group, Black Rock, Geode Capital, State Street və s. Mütəxəssislərin fikrincə, bu “investorlar” ABŞ-ın ictimai şirkətlərinin bütün səhmlərinin yarısına və Amerikanın 500 ən böyük şirkətinin səhmlərinin 90%-nə sahibdirlər. Üstəlik onlar da birbaşa və ya dolayısı ilə nəzarət edilən firma və korporasiyalar vasitəsilə bir-birlərinə sahibdirlər”.

Nəticədə məlum olur ki, lik baxışda kiçik görünən 5-10%-lik paylara baxmayaraq, institusional investorlar ən böyük korporasiyalar üzərində real nəzarətə malikdirlər. Deməli, institusional investorlara faktiki nəzarət edənlər bütün Amerika iqtisadiyyatının sahibidirlər.
Bunu açıq sənədlərlə müəyyən etmək mümkün deyil. Ancaq aydın məsələdir ki, söhbət uzun müddətdir bir növ kartel və ya mafiya strukturlu ABŞ biznes və siyasi elitasından gedir. Onun daxilindəki gərginlik isə kapitalın daim xarici bazarlara ekspansiyası hesabına aradan qaldırılır.  
Həm yolda, həm də məzuniyyətdə...

Məzuniyyətə getməyə qərar vermisinizsə, o zaman səfəriniz trip.com, Skyscanner, Expedia vasitəsilə bilet bron etməkdən başlaya bilər ... uçuşu Boeing, Airbus təyyarələrində AirFrance, Lufthansa, KLM həyata keçirəcək ... Mənzil başına çatanda qalacağınız yeri booking.com, Tripadvisor, Airbnb… vasitəsilə tapacaqsınız.

Sanki tamamilə ayrı olan bu şirkətlərin ümumiliyi nəsədir? Əlbəttə, sahiblərinin eyni olmasında və onların da başında Vanguard və BlackRock-un dayanmasında.

Elə həmin investisiya firmaları öz təyyarələrinin istehsalı üçün istifadə olunan əlvan və ağır metalları, neft və qazı  nəzarət etdikləri enerji şirkətləri - Shell, BP, Exxon vasitəsilə təmin edirlər.

Jurnalist araşdırması Qərbdə bu ölkələrin qida sənayesinin asılı olduğu ən mühüm kənd təsərrüfatı məhsulları tədarükçülərinin, onlardan ən böyüyü olan Monsanto, Cargill, ADM, Bayer, John Deere şirkətlərinin sahiblərinə diqqət çəkir və təxmin etdiyiniz kimi, yenə eyni investisiya firmaları ortaya çıxır.

Bundan əlavə, Vanguard və BlackRock dünyanın ən tanınmış tekstil və geyim şirkətlərinin də əsas sahibləridir.
Zövqünüzdən və maddi imkanlarınızdan, hansı markanı seçməyinizdən asılı olmayaraq, ən sərfəlisi “Bershka” və “Zara”, idman mallarında “Adidas” və “Nike”, bahalılar da “Prada” və “Louis Vuitton”dur. Hansını almağınızın onlar üçün fərqi yoxdur, pulunuz eyni ciblərə gedəcək: çünki sahiblər eynidir.

Həkimi çağırmısınız?
Eyni reallıq dünyanın ən böyük əczaçılıq şirkətləri sahiblərinə də aiddir. Təəccüblü deyil ki, onların arasında bu gün insanlara soyuqdəymə və qripin məlum patogeni olan koronavirusa qarşı peyvənd adı altında sağlamlıq və həyat üçün təhlükəli olan iynələr vurmağa çalışanlar da var.  
Həmin Vanguard və BlackRock-un dəstəklədiyi ən böyük əczaçılıq şirkətlərinin siyahısı budur: Johnson & Johnson, BioNTech, AstraZeneca, Moderna, Pfizer, Novartis, Merck, Monsanto, Abbott, GlazoSmithKline (GSK).

Bu şirkətlərdən bəzilərinin adları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2020-ci ilin martında elan etdiyi Covid-19 pandemiyası ilə əlaqədar son il yarım ərzində xüsusilə çox hallanır.

Johnson & Johnson, AstraZeneca, Moderna, Pfizer şirkətləri BioNTech ilə birlikdə bəşəriyyətə bu xəstəlikdən yeganə xilas yolu olaraq peyvənd adlandırdıqları müəyyən iynələri təklif etdilər, ancaq xəstəliyə qarşı immunitet yaratmır, onun qarşısını almır, insanları ölümdən xilas etmirlər...
Lakin harada yaşamımzdan asılı olmayaraq - Qazaxıstanda, Rusiyada, Özbəkistanda və ya Fransada, Böyük Britaniyada, ABŞ-da, Avstraliyada - çoxumuzun onlardan imtina etməsi praktiki olaraq qeyri-mümkün olub. Avstraliyada peyvənd olunmayanaları hətta həbs gözləyir...
Bu iynələrin alınması demək olar ki, bütün dünya və milli media ekranlarından və səhifələrindən təbliğ olunur, ən böyük sosial şəbəkələr və İnternet axtarış sistemləri bəşəriyyəti soyuqdəymədən “xilas etməyə” çalışır.

Xəstəliyin təhlükəsinin şişirdilməsi, qarşısının alınması və müalicəsi üçün mövcud olan vasitələr və dərmanlar, Covid-19-a qarşı “peyvənd”din  kənar təsirləri və ölüm halları haqqında alternativ məlumatlar bloklanır və silinir. Halbuki bir ildən az müddətdə bu iynələr bütün dünyada on minlərlə insanın ölümünə səbəb olub.

Big Pharma və media
“Niyə belədir?” sualına dünyada ən böyük informasiya telekanallarının, qəzet və jurnalların sahiblərinin həm də dərman şirkətlərinə rəhbərlik etdikləri cavabını vermək olar.

Vanguard və BlackRock - Time Warner, Comcast, Disney və News Corp-un iki əsas sahibidir, ABŞ media landşaftının 90%-nə nəzarət edən altı media şirkətindən dördü onlardır.

Time Warner Inc. Warner Brosa məxsusdur. Ona Entertainment, CNN, HBO, TBS, Turner Network Television, HBO Max, The CW Television Network, Cartoon Network və onlarla digər televiziya kanalı, bütün yaş qrupları, zövqlər üçün jurnallar daxildir.

NBC və Telemundo telekanallarına, Universal Pictures və Sky (Avropa telekommunikasiya şirkəti) kinostudiyalarına Comcast Corporation sahibidir.
Amerikanın ABC yayım şirkəti Walt Disney Company, Walt Disney Pictures, Walt Disney Animation Studios, Disneynature, Pixar, Marvel Studios və əyləncə parklarından başqa, ESPN, 20th Television və digər televiziya kanallarının da sahibidir.

News Corp-un aktivlərinə The Wall Street Journal-ın naşiri olan aparıcı maliyyə informasiya agentliyi Dow Jones & Company, Amerika tabloidi New York Post, Harpers Collins kitab nəşriyyatı, Böyük Britaniyanın ən böyük qəzetləri The Sun və The Times-ı nəşr edən News UK şirkəti daxildir.  Korporasiya Avstraliyada News Corp Australia şirkəti vasitəsilə REA Group daşınmaz əmlakı operatoru realtor.com-da iştirak edir.

Korporasiyanın digər ən böyük sərvəti “21st Century Fox” kinostudiyasıdır. Onun tərkibinə yayım və media təşkilatı “Fox Entertainment Group” da daxildir. Bura həm də guya mühafizəkar Amerikanın ruporu olan FoxNews telekanalı da daxildir.

Hətta New York Times da...
Dünyanın, sözün əsl mənasında ən nüfuzlu qəzeti olan The New York Times-ın ən böyük səhmdarları kimlərdir? Bu nəşr 120 illik fəaliyyəti dövründə ən qərəzsiz, yüksək keyfiyyətli və mütərəqqi informasiya mənbəyi kimi şöhrət qazana bilib. Onun ABŞ siyasətinə, deməli, həm də dünyaya təsiri danılmazdır.
İnternetdə sürətli axtarış göstərir ki, The Vanguard Group 8,21% səhmlə ilk onluqda, BlackRock isə 6,72% səhmlə üçüncü yerdədir.

Fondlar və yaxşı hər şey üçün mübarizə
Vanguard və BlackRock sahibləri ənənəvi mediaya, ürək və ağıl üçün qida məhsulları istehsal edən digələrinə nəzarət etməklə yanaşı, çox zaman ən yaxşı ideya və motivlərə malik vətəndaşların müstəqil ictimai fəaliyyətinə təsir göstərməyə də çalışırlar. 
İstər Afrikada uşaqları malyariyadan xilas edin, istərsə də Özbəkistanda insan haqları uğrunda mübarizə aparın, dünya ağaları lazım bildikdə bunlara vəsait tapırlar. The Defender-in araşdırmasına görə, onların başında Bill və Melinda Qeyts Fondu, Açıq Cəmiyyət Fondu (Corc Soros Fondu), Bill və Hillari Klinton Fondu gəlir.

Bill və Melinda Qeyts Fondu uzun müddətdir ki, səhiyyə sektorunu öz üzərinə götürüb və dünyanın ən yoxsul ölkələrində xəstəliklərin “qarşısının alınması”  və “müalicəsi” ilə məşğuldur. Bu fond o qədər “səxavətli”dir ki, yalnız dünyanın ən zəngin ölkələri onunla rəqabət apara bilər.
2021-ci ildə Bill və Melinda Qeyts Fondu 455 milyon dollarlıq ianə ilə yenidən Ümumdünya Səhiyyə Təşkilatının donorları siyahısında ABŞ və Böyük Britaniyadan sonra üçüncü yeri tutdu.

Açıq Cəmiyyət Fondu dünyanın qapalı ölkələrində azadlıq və demokratiya ideyalarını təbliğ etmək missiyasını öz üzərinə götürərək, dünya elitası üçün başqa bir mühüm funksiyanı yerinə yetirir: mövcud arzuolunmaz rejimləri şantaj etməklə onların ölkələrini transmilli korporasiyalar tərəfindən zəbt edilməyə hazırlayır.

Bu ölkələrdə sadə vətəndaşların insan haqları, ədalət, bərabərlik uğrunda məsum mübarizəsi Soros Fondunun pulları ilə həyata keçirilir. Uğurlu nəticə əldə olunduqda, yəni istibdad və diktatura devrildikdə ölkə yeni "demokratiya" yoluna qədəm qoyur, yəni bu dünyada demək olar ki, hər şeyə sahib olan quldurların növbəti qurbanına çevrilir.

Bu rəyi oxuduqdan sonra insan təkcə iki şirkətin - Vanguard və BlackRock-un, demək olar ki, bütün dünyada təsəvvür edə biləcəyimiz hər şeyə sahib olan gizli bir inhisar yaratmasına təəccüblənməyə bilməz.

Onlar səhərdən axşama qədər, demək olar ki, sutkanın 24 saatını və həftənin yeddi gününü insanların həyatını qidalanmadan, digər fiziki ehtiyaclarından tutmuş, sağlamlığa, mədəni məşğuliyyətlərə və asudə vaxta qədər hər şeylə doldururlar, başqa sözlə, insanın, demək olar, bütün həyatını ram və idarə edirlər.

Kimdir onlar?
2021-ci ilin mart ayına olan məlumata görə, Vanguard BlackRock-un ən böyük səhmdarı olub.
Vanguard özü sahiblərini fərqlənirmək çətin olan “unikal” korporativ struktura malikdir; açıq mənbələrə görə, bu "özəl" bir şirkətdir və buna görə də səhmdarlarının siyahısı qapalıdır.

Biz yalnız onu bilirik ki, Vanguard müxtəlif fondlara məxsusdur və bu fondlar da öz növbəsində səhmdarlara məxsusdurlar. Bu səhmdarlardan başqa onun kənar investorları yoxdur və birjada alver etmir.

“Vanguardın sahibi olan elita diqqət mərkəzində olmağı xoşlamır, ancaq təbii ki, onları araşdıranlardan  gizlənə də bilməzlər”, - “The Defender”in jurnalist araşdırmasında deyilir.

- Oxfam və Bloomberg-in hesabatlarında deyilir ki, dünya əhalisinin 1%-i birlikdə digər 99%-dən daha çox sərvətə malikdir. Daha pisi odur ki, Oxfamın iddiasına görə, 2017-ci ildə qazanılan bütün pulların 82 %-i həmin 1 %-in cibinə gedib.

“Başqa sözlə, bu iki investisiya şirkəti - Vanguard və BlackRock dünyada bütün sənaye sahələrində monopoliyaya malikdir və onlar da öz növbəsində dünyanın ən zəngin ailələrinə məxsusdurlar, onlardan  bəziləri Britaniya kral ailəsinin üzvləridir..."

Araşdırmaya görə, Vanguardın sahibləri Britaniya kral ailəsindən başqa, Rotşild və Rokfeller ailələri, İtalyan Orsini ailəsi, amerikalı Buş ailəsi, Dupont ailəsi, Morqanlar, Vanderbiltlərdir.

Jurnalist araşdırması belə nəticəyə gəlir ki, məhz bu ailələr dünyanın maliyyə piramidasının zirvəsindədirlər və planetimizdə hasil və istehsal olunan bütün sərvətləri onlar yeyirlər.

Rotşildin kefi istəyəndə...
Əgər kimsə bu ailələrdən bəzilərinin təsirinə şübhə edirsə, The Defender xatırladır, bu ilin mart ayında BlackRock, Coca-Cola, Delta Air Lines, Merck və başqaları da daxil olmaqla bir sıra çox böyük şirkətlərin Birləşmiş Ştatların Corciyadan ştatından getməsini yada salsınlar.  
Onlar əyalət qubernatorunun seçicilərdən şəxsiyyət vəsiqəsi göstərmələrini tələb edən seçki qanununa düzəlişləri imzalamasından hiddətlənmişdilər.

İnsan hüquqlarının müdafiəsi sahəsində son dərəcə irəli getmiş kommersiya şirkətləri yeni qaydaların etnik qruplara qarşı ayrıseçkilik yarada biləcəyinə, sənədləri tam qaydasında olmayanların səsvermə hüququnu itirə biləcəyi faktına dözmədilər...

Konfransda İngiltərə-Amerika Rotşildlər sülaləsinin 67 yaşlı rəhbəri Lin Forester de Rotşild ABŞ-ın 100-ə yaxın ən böyük şirkətinin rəhbərl ilə məhz bu barədə danışıb.

Lin Forester de Rotşildin “kapitalizmi xilas etmək” planı var
Onun dodaqları arasından "qayğı" sözləri çıxan kimi, Corciya dərhal cəzalandırıldı: əsas istehsalçılar və işəgötürənlər ştatda fəaliyyətlərini məhdudlaşdırdıqlarını elan etdilər. Hətta Beysbol Böyük Liqası (MLB) 2021-ci ildə Corciyada planlaşdırılan ulduzlar matçını (All-Star) ləğv etdi. 
Təxminən iki ildir ki, Lin Forester Rotşild müxtəlif tribunalardan “pandemiya”nın dünyanı necə dəyişəcəyi, keçmişə qayıdış olmayacağı haqda danışmaqdan yorulmur.

O, artıq “İnklüziv Kapitalizm Koalisiyası”nı yaradıb və ona rəhbərlik edir. Dünya İqtisadi Forumu (WEF - Klaus Şvab) ilə birlikdə dünyanın vahid hökumət altında birləşməsinə və kapitalın yenidən bölüşdürülməsinə səbəb olacaq “Böyük Yenidənqurma” ilə bağlı kampaniya aparır. Adi insanların "heç nəyə sahib olmayacağı və xoşbəxt olacağı" nizam.

Bütün dünya milyarderlərini birləşdirən DİF-in təsisçisi Klaus Şvab “pandemiya”nı “Böyük Yenidənqurma” üçün fürsət olaraq görür.  
Tanınmış amerikalı həkim və yazıçı, "Covid-19 Haqqında Həqiqət” kitabının müəllifi Cozef Merkola “Böyük Yenidənqurma”nı, qapanmaları, peyvənd pasportu və "yeni normaları” ifşa edib. ABŞ-ın nüfuzlu “İnfowars” qəzetinə verdiyi son müsahibəsində "pandemiya"nın Vanguard və Blackrock firmaları vasitəsilə dünyada, demək olar ki, bütün şirkətlərə sahib olan "qlobal elita" tərəfindən sifariş edildiyindən əmin olduğunu söyləyib.
“Bloomberg”in hesabatında deyilir ki, iki şirkət - Vanguard və BlackRock 2028-ci ildə 20 trilyon dollarlıq aktivlərə birgə nəzarət edəcək.
"Bu o deməkdir ki, onlar demək olar ki, hər şeyə sahib olacaqlar", - The Defender yekunlaşdırır.

Nadir Qocabəyli

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)