Flaş / Dünya / Siyasət-Dünya / İqtisadiyyat-Analitika / Publisistika
Dünya dollar asılılıqından xilas ola bilərmi?
Əli Məhədzadə
Dünya dolların asılılıqından xilas ola bilərmi?
Əvvəlcə ABŞ dollarının tarixindən qısa məlumat:
Yeni kağız pulların vaxtı 1600-cü illərin sonlarında İngiltərə koloniyalarında hərbi xərcləri ödəmək üçün buraxılmış əskinaslar ilə başlamışdır.
1785-ci ildə ABŞ Konqresində qəbul edilmiş qərara görə dollar ABŞ-ın rəsmi valyutası kimi qəbul edilmişdir. 1791-ci ildə ABŞ Mərkəzi Bankı yaradılmışdır. ABŞ Konqresi ABŞ Mərkəzi Bankını (The Bank of the United States) 20 illik bir müddət ərzində ABŞ Xəzinəsinin maliyyə təmsilçisi elan etmişdir. Bu bank hökumət adından mərkəzi bankın vəzifələrini icra edən ilk bankdır. Bu bank 1811-1816-cı illər istisna olmaqla 1913-cü ilə qədər fəaliyyət göstərmişdir.
Federal hökumət ölkə miqyasında ilk kağız pulu 1861-ci ildə dövriyyəyə buraxmışdır. Vətəndaş müharibəsinin maliyyə yükünü qarşılamaqda çətinlik çəkən ABŞ Konqresi ABŞ Xəzinəsinə faiz gəliri olmayan zəmanətsiz əskinas ixrac etməyə səlahiyyət verdi. Bu əskinaslara, rənglərinə görə “yaşıl” adı verildi. 1861-ci il tarixindən bu yana dövriyyəyə buraxılmış bütün ABŞ əskinasları hal-hazırda da istifadə olunurlar və üzərlərində yazılmış dəyərin qarşılığında qəbul edilirlər.
100 dollarlıq əskinas 1862-ci ildə ABŞ-da vətəndaş müharibəsi zamanı, Amerika Konfederativ Ştatları tərəfindən çıxarılmışdır. Əskinasın orta hissəsində pambıq təmizləyən qullar, solda ABŞ-ın VII prezident köməkçisi John C. Calhoun, sağda isə ABŞ-ın təcəssümləşdirilmiş simvolu hesab edilən Xristofor Kolumb yer almışdır. 1862-ci ilin avqust ayından 1863-cü ilin yanvar ayına qədər 670.000-dən artıq əskinas tədavülə buraxılmışdır.
1862-ci ildə ABŞ əskinaslarının saxtalaşdırılmasına qarşı qorunma xüsusiyyətlər olaraq, zərif cizgili oymalar, qarışıq həndəsi naxışlar, Xəzinə Nazirliyinin möhürü və oymalı imzalar əlavə edilir.
1863-cü ildə ABŞ Konqresi Milli Bank Sisteminin yaradılması və milli əskinasların dövriyyəyə buraxılmasına nəzarət etmək üçün ABŞ Xəzinəsinə səlahiyyətlər verir. 1865-ci ildə saxtakarlığın qarşısını almaq üçün Xəzinə Nazirliyinə bağlı bir nəzarət qurumu olan Amerika Gizli Xidməti yaradılır.
1913-cü ildə Amerika Mərkəzi Bankı (Federal Reserve Bank) ölkənin mərkəzi bankı elan edilmişdir. Bu yeni bank Amerika Mərkəzi Bankı Əskinasları (Federal Reserve Notes) adlı yeni bir pulu dövriyyəyə buraxmışdır.
Dolların dünya üzrə kapital axını və super valyutaya çevrilməsi ABŞ prezidenti Harri Trumenin adı ilə bağlıdır. ABŞ İkinci Dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. O, yeni bazarlara yiyələnmiş, kapital ixracını artırmışdı.Trumenin qarşısında iki böyük siyasi yol var idi: "Dollar imperiyası" ya da Ruzveltin “Yeni xətt” siyasətini davam etdirmək,Taft-Xartli qanunu.
Müharibədən sonra ABŞ xarici siyasətdə “zor işlətməmək”, “müharibə həddində müvazinət”, “total qarşıdurma” doktrinalarını irəli sürdü. Trumen doktrinası və Marşal planı təklif olundu. Trumen doktrinası Yunanıstan və Türkiyədə sovet təsirinin güclənməsi əleyhinə çevrilmişdi. Marşal planı isə Avropadakı müttəfiqlərinə müharibə dövründə dağılmış iqtisadiyyatın bərpa olunmasına kömək üçün nəzərdə tutulmuşdu. ABŞ dünyanı “amerikasayağı” idarə etmək üçün geniş proqram həyata keçirirdi. Prezident yanında Milli Təhlükəsizlik Şurası və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) fəaliyyətə başladı.
İndi gələk əsas məsələyə - dünya dollar asılılıqından xilas ola bilərmi?
Fikrimcə, bəli! ABŞ dünya ölkələrinə sanksiyalar və embarqolar tətbiq edərək istədiyi ölkələrin valyutasını və iqtisadiyyatını çökdürə bilir. Hətda Avropa Birliyi belə özünün vahid pulunu, məzmunca bütün pulları, o cümlədən, dolları sıradan çıxarmalı olan avronu yaratdı. Yaratdılar, ancaq Avropa ABŞ dollarının təsirindən çıxa bilmədi. Amerika dollarının təsirinin bu qədər güclü olması dünyanın maliyyə bank sistemi olan SWIFT-lə bağlıdır. SWIFT ( ingilis dilində Society for Worldwide Interbank Financial Telecommunication –Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT – Belçika qanunvericiliyinə əsasən yaradılmış kooperativ cəmiyyətdir və onun 209 ölkədə 9700-dən çox bank təşkilatı olan üzvləri vardır. Dolların defoltunu yox etmək üçün əvvəlcə SWIFT-də dünya ölkələri maliyyə köçürmələrini dollar ilə yox avro və müxtəlif valyutalarla etməlidir. SWIFT-in mərkəzi ABŞ yox Avropadır. Rusiya, Çin və Aİ ölkələri SWIFT-də maliyyə mübadilələrində dollarla yox avro və öz valyutaları ilə əməliyyat aparsalar ABŞ dolları dünya sistemində təsiri əhəmiyyətli dərəcədə azalacaq. Avropa ölkələri özləri də dollardan əziyyət çəkirlər. Çünki ABŞ Avropa ilə münasibətlər pisləşəndə avtomatik Avropa mallarına rüsum tətbiq edir və Aİ ölkələrinin SWIFT-də əməliyyat sistemi donur. Avropa Birliyindən çıxsa da bu elə Britaniyanında iqtisadiyyatına da mənfi təsir edir. Fransa SWIFT-də əməliyyatları dollar ilə yox avro ilə aparılmasını dəfələrlə təklif edib. Dolların hökmranlığını əhəmiyyətli azaltmaq və gələcəkdə ləğv etmək üçün Paris-Berlin-Moskva-Pekin strateji oxun yaranması vacibdir. Fikrimcə belə bir ox yaranarsa nəinki dolların, həm də ABŞ-ın özünün dünya hegemonluğunun sonu gələcəkdir.
Mövzu linkləri: