Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
15:02, 29 noyabr 2022
329
0

Münaqişəyə son qoymaq üçün Ukraynaya silah göndərmək yox, heç bir şərt olmadan danışıqlar aparmaq lazımdır - avropalı deputat


Münaqişəyə son qoymaq üçün Ukraynaya silah göndərmək yox, heç bir şərt olmadan danışıqlar aparmaq lazımdır.

Rusiyanın “terrorun sponsoru” elan edilməsinin əleyhinə səs verən 58 deputatdan biri olan Françeska Donato öz mövqeyini belə açıqlayıb.

“Mən hesab edirəm ki, Rusiyanın xüsusi əməliyyat keçirmək üçün əsasları var və bu böhrana öz yanaşması var. Buna əsaslanaraq, danışıqlar üçün əsas tapmaq lazımdır. Xüsusilə, Donbass sakinlərinin uzun illərdir Ukrayna hökumətindən tələb etdikləri hüquqlarını tanıyaraq" - deyə deputat bildirib.

“Rusiyanın “terrorun sponsoru” kimi tanınması, dialoqu, dolayısıyla sülh prosesini qeyri-mümkün edir. ABŞ hökuməti Zelenskiyə təzyiq göstərməli idi ki, onu danışıqlara sövq etsin. Məhz bu səbəblərə görə də qətnamənin əleyhinə səs verdim” – deyərək, deputat Rusiyanın terrorizmin sponsoru kimi tanınması ilə bağlı qətnamənin əleyhinə səs verməsini izah edib.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)