Flaş / Gündəm / Azərbaycan / Publisistika
Sistem minlərlə Fazil yetişdirib - Aftandil Babayev yazır
Sabiq nazir Fazil Məmmədovun vəfat etməsi, onunla bağlı bir xatirəni yadıma saldı:
Hardasa 10 il əvvəl F.Məmmədov Lənkarana sahibakarlarla göruşə gəlmişdi. O vaxt vergilərdə işləyən yaxın dostum məndən xahiş elədi ki, "sən də gəl öz şirkətinizin adından nazirlə göruş, yüngulvari bir şikayət elə. Çunki göruşə təsadufi adamları buraxa bilmərik". Belə bir şey mənlik olmasa da həm dostumun sözunu yerə salmamaq üçün, həm də o vaxt vergilərə işə düzəlmək istədiyim üçun razılaşdım.
Dostum mənə iki səhifəlik bir mətn verdi və tapşırdı ki, "bunları əzbərlə sabah öz dilindən nazirə deyərsən". Mətnin hardasa ilk yarısı H.Əliyev və onun üzaq görən siyasəti, Azərbaycanın inkişafı kimi şeylərdən ibarət idi.
Nəsə yazını əzbərlədim amma nazirin qəbulunda onunla salamlaşandan sonra başa düşdum ki, mən bu mətndə yazılmış, hakmiyyətə tərif dolusu sözləri danışa bilmərəm. Çunki nazir olsa belə kiməsə yaltaqlanmaq, ya da yaltaq kimi görünmək mənim təbiətimcə deyil. Bunu nə işə, nə karyerayaya nə da başqa şeyə görə etməyi qəbul edə bilmərəm.
Elə yazının axırında olan şikayət hissəsini birbaşa nazirə dedim. Kənardan dostumun və o vaxt həm də atamım mudiri olan vergilər idarəsinin rəisinin mənə necə əsəblə baxdığını gördum. Sonra dostum da mənim danışığımdan gileyləndi. Dedi ki, "orda nə gözəl danışan gənclər var idi, hamısı kostyumda, qalstukda". Bəli o gənclər onlara verilən teksti tam, olduğu kimi oxumuşdular. Və o gənclər hərəsi indi hardasa bir vəzifədədir.
İndi Fazil Məmmədov yoxdu, lakin sistem minlərlə yeni Fazil yetişdirib...
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
"Rusbaş" amerikalı polis - Gülləboran altında müsahibə
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.