Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / Siyasət-Analitika / Publisistika
"Sonuncu trotskist" niyə ağ yalan danışır?

Dünyada Qərb-Şərq qarşıdurması kəskin həddə gəlib çatıb. Qərb - ABŞ həmişəki kimi Anakonda strategiyasına sadiqdir. Düşməni ilə ağır döyüşlərə girməkdən yayınır, bunu müttəfiqlərinin, vassallarının üzərinə atır. Ölkələrdəki öz şəbəkələrindən, 5-ci, 6-cı kolondan, həmçinin müttəfiqlərinin şəbəkələrindən istifadə edirək rəqibinə qarşı döyüşən əsgərlər hazırlayır, rəqibə zərbələr endirir. Mövzunun bu yerində qeyd etmək yerinə düşər ki, bir müəllim dostumuz söhbət əsnasında mənə demişdi ki, bu dövlət (yəni Azərbaycan) məktəblərdə İranla və Rusiya ilə, xüsusən də Rusiya ilə döyüşmək üçün əsgər yetişdirir. Əslində bu gizli bir şey deyil, açıq-aşkar görünür. Təkcə dərsliklərimizi vərəqləmək kifayət edir ki, bunu anlayasan. Dövlətin müxtəlif strukturlarını ələ keçirən qərb agenturası istər təhsil, istər din, istər mədəniyyət, istər ekspertlər cameəsi səviyyəsində, istərsə də mətbuat sahəsində gecə-gündüz anti-İran, anti-Rusiya fəaliyyətinin aparması gün kimi aydındır. Burda Qərbdən ayrılan milyonlarla pulun rolu, 5-ci kolon olan müxalifət və QHT-çilərin rolu nə qədər böyükdürsə, hakimiyyətin daxilində olan 6-cı kolonun rolu da bir o qədər böyükdür. Dövlət içində 6-cı kolon rolunu hakimiyyətin müxtəlif strukturlarını ələ keçirməyə yeni başlamış, lakin bu işdə böyük uğurlar əldə etmiş klan çox həvəslə yerinə yetirir. Onların İsrail, Britaniya, ABŞ və Türkiyə xüsusi xidmət orqanları ilə əməkdaşlığı yüksək səviyyədədir. Məhz onların birbaşa iştirakı və “yuxarıdan” dəstəyi sayəsində ölkədəki anti-İran, anti-Rusiya fəaliyyəti təşkil edilir, aparılır.
Konkret İran məsələsinə, yəni son zamanlar baş verən bu çəkişmələrə fikir versək görərik ki, bu məsələdə ölkəmizin daxilindəki Britaniya, ABŞ, İsrail, Türkiyə dəstəkli anti-iran qüvvələrindən əlavə, İranın özünün hakimiyyət daxilində türklərdən ibarət, ümmətçi deyil, millətçi olan, anti-fars, pantürk mövqeyində olan qüvvələrin dəstək verdiyi şəbəkələr də fəal iştirak edir. Bəli-bəli! İranın öz hakimiyyətdaxili, millətçi, pantürkist təfəkkürlü qüvvələri! Məhz onların sayəsində bəzi azərbaycanlılar İran dövlətinin pulu ilə milyonların sahibidirlər. Məhz onların dəstəyi ilə bəzi telekanal, sayt və agentliklər fəaliyyət göstərir. Məhz onların dəstəyi ilə bəzi azərbaycanlılar yuxarıda işarə etdiyim Azərbaycanın hakimiyyətdaxili klanının başçıları ilə biznes əlaqələrinə girib həm Azərbaycanda, həm Türkiyədə, həm də Rusiyada aylıq dövriyyələri on milyonlarla ölçülən şirkətlər idarə edir, multimilyoner olurlar. Həmin şəxslər özlərini burda və digər ölkələrdə İranın adamı kimi sırımağa çalışsalar da izləyib anlayana məlum olur ki, onlar İran İslam dövlətinin siyasətinə zidd adamlardır, fəaliyyətləri də İranın dövlət vəsaitlərini anti-fars, pantürkist fəaliyyətlərinə xərcləməkdən, nəticədə, İran dövlətinin möhkəmliyini laxlatmaqdan ibarətdir.
Bu şəbəkənin bir neçə məşhur adını çəkə bilərəm. Hacı Mətləb Bağırov, İranın ölkəmizdəki keçmiş səfiri Əfşar Süleymani, bu boyda yazıma səbəb olan Həmid Herisçi və s. Həmidin efirdə belə sərt danışması, sırf pantürkist nifrət püskürməsi heç də ilk dəfə deyil. O, sosial şəbəkələrdə də həmişə İran haqqında danışarkən farslara qarşı cəbhə açdığını açıq-aşkar bildirib. Xüsusən də son zamanlar, yəni İran-Azərbaycan media çəkişmələrinin sayının artdığı dövrdə. Məlum məsələdir ki, əmr yuxarıdan gəlib. Həmidin pantürkist, anti-İran çıxışlarının demək olar ki, olmadığı dövrlərdə onun Facebook-da tez-tez pul dilənməsini, iş dilənməsini görürdüm. Son illərdə dilənçilik statuslarının yoxa çıxmasının, telekanallarda mühüm layihələrdə iştirakı və anti-İran yazılarının çoxalmasının səbəbi də aydın olur - yaxşı maaşa otuzdurublar. Adicə anti-iran telegram kanalının admininə aylıq 5000 manat maaş verənlər Həmidə nələr verməzlərki...
Hə, yadıma düşmüşkən, onu da deyim ki, Həmid Herisçi trotskistdir. Bir zamanlar özünü “sonuncu trotskist” adlandırırdı. Trotskizmin özünün nə mal olduğunu bilərək, o ideologiyanın daşıyıcılarının ölkəmizdə, keçmiş SSRİ-də, hazırki Rusiyada törətdiklərini nəzərə alıb həmişə trotskistlərə latent düşmən gözü ilə baxmışam. Onlar liberallardan da təhlükəlidirlər. Çünki bizə liberallardan daha yaxın olduqları üçün içimizdə gizlənib rahatlıqla ziyan vura bilirlər.
Mövzu linkləri: