Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Aleksandr Duqin: AVRASİYA XÜSUSİ BİR DÜNYAGÖRÜŞÜDÜR
Rusiyalı filosof, sosioloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri, Aleksandr Duqin Avrasiya dünyagörüşü haqqında fikirlərini qısa şəkildə bölüşüb. Həmin fikirləri tərcümə etdik ki, sizə təqdim edək. Beləliklə o bu barədə deyir:
Qərb hesab edir ki, yalnız onun tutduğu inkişaf yolu, yalnız onun məntiqi və yalnız onun dəyərlər sistemi bütün bəşəriyyət üçün universaldır. Sadəcə olaraq, bütün digər xalqlar bunu hələ dərk etməyiblər. Deməli, Qərb müvəqqəti də olsa (onlar bunu başa düşənə qədər) bəlkə də onları idarə etməyə mükəlləfdir. Bu cür həyasızcasına bir gündəmlə Qərb praktiki olaraq Şərqi öz müstəmləkəsinə çevirməyi bacardı. Asan olmadı, lakin bacardı. Lakin o, Rusiyada, Avrasiyada büdrədi. Biz ruslar Qərbin qarşısına onu dayandıra biləcək bir qüvvə ilə çıxdıq. O, dəfələrlə bizi, gah zor gücünə, gah da sığallamaqla işğal etmək istədi. Amma biz onun hücumlarına və hiylələrinə qarşı duruş gətirdik. Şərq süqut etdi. Amma biz yox. Və biz hələ duruş gətiririk. Avrasiya bir ideya kimi elə bundan ibarətdir.
Avrasiya, Qərbin universallıq iddiasına boyun əyməmək, onun hegemonluğunu rədd etmək və heç kimin, ilk əvvəl Qərbin, həqiqət üzərində monopoliyasının olmadığını təkid etmək deməkdir.
Avrasiya, xalqların və sivilizasiyaların öz yolu ilə getməsi üçün bir fürsətdir. Əgər bu yolun məntiqi tələb edirsə, təkcə Qərbin tutduğu yol ilə deyil, hətta anti-Qərb yolu ilə də gedilməlidir. Avrasiya budur.
Bu ideyaları 1920-ci illərin ilk avrasiyalıları - Trubetskoy, Savitski, Alekseyev bəyan etmişlər. Biz də bunu belə başa düşürük. Prezident Putin də bunu belə başa düşür. Çünki Avrasiyanın başqa heç bir mənası yoxdur.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
"Rusbaş" amerikalı polis - Gülləboran altında müsahibə
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü