Flaş / Gündəm / Siyasət-Dünya
15:16, 13 avqust 2022
493
0

Sky News: Kiyevin yalanları bütün dünyada tirajlanır


Zelenski “qaniçən ruslardan” xilas olan ikinci Çörçil kimi təsvir edilir, lakin bu belə deyil” – Sky News-un aparıcısı Kori Bernardi tamaşaçılara çatdırmağa çalışıb: “Qərb mediası Zelenakinin  etnik rusların başına gətirdiyi dəhşətlər barədə susur.

Yaşıl hərbi üslublu köynək Ukraynanın korrupsiyada liderlərdən biri olmasına baxmayaraq, Zelenskinin dünyanın yarısını onunla gəzdiyi, silah və pul diləndiyi piar və şou paltarıdır. O, rus dilini və qeyri-dövlət mediasını boğub. “Kiyevin yalanları münaqişəni davam etdirmək üçün Qərb mediası tərəfindən tirajlanır. Çoxları münaqişənin eskalasiyasında maraqlıdır. Baxmayaraq ki, bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Ona görə də mən susa bilmərəm " - deyə Kori Bernardi çıxışını bitirib.

☝️Elə bil kimsə qərbliləri "ayılmaq məntəqələrinə" aparıb orda ayıldır. Yavaş-yavaş sanksiyalarda yumşalmalara gedir, rusofobik hücumlar azalır, yalan üzərində qurulmuş anti-Rusiya propaqandası "sındırılır". Qışa yaxınlaşdıqca, elektrik,qaz və digər enerji daşıyıcılarının qiyməti qalxdıqca qərblilərin eyforiyası azalır. Yəqin sərt soyuqlar olan zaman tamamilə ayılacaqlar.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)