Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
“YIRTICI” FİLMİNDƏN CANLI MÜHARİBƏ TEATRINA – ANALİTİK YAZI
Bütün bədii vasitələrin formaları kimi film də kütləvi informasiya vasitələrindən biri hesab olunur. Film eynən kütləvi qırğın silahları kimi təsirə malikdir, yeganə fərq odur ki, silahlar müharibə zamanı dağıdır, film isə ruhlandırır, təhrik edir, qızışdırır.
Nikolas Vindinq Refn
Yeniyetməlik çağlarımda ən çox baxdığım filmlərdən biri 1987-ci ildə rejissor Con Maktirnanın lentə aldığı, baş rolda Arnold Şvartsneggerin canlandırdığı “Yırtıcı” filmi idi. Adı çəkilən filmə, yalan olmasın bəlkə 100 dəfə baxmışam. Elə indi də həmin film telekanallarda yayımlananda maraqla izləyirəm. Nə başınızı ağrıdım, Rusiyanın Ukrayna üzərinə ildırımsürətli hücumundan (24.02.2022) bir gün sonra müxtəlif telekanallarda müharibənin gedişatı ilə bağlı xəbərlərlə yanaşı, “Yırtıcı” filmi də Rusiya telekanallarında nümayiş etdirildiyindən yenidən onu seyr etmək qərarına gəldim. Filmi izlədikcə sanki onun səhnələrində, aktyorların canlandırdığı obrazlarda Rusiyanı, fərsiz, avantürist Ukrayna hökümətini, yurdu uğrunda savaşan vətənpərvər ukraynalı döyüşçüləri, müharibə teatrında ölən, əzab çəkən, qaçqınlıq nəsibi yaşayan günahsız milyonlarla insanlar və s. gözümdə canlandı. Çoxları təəccüblə deyə bilər ki, fantastik döyüş janrındakı filmin Rusiya-Ukrayna müharibəsinə nə aidiyyatı? Təəccüblənənlər üçün filmdə cərəyan edən hadisələri, obrazları, hazırda davam edən müharibə ilə olan paralelləri qeyd edim.
Filmin lap əvvəlində Mərkəzi Amerika ölkələrinin birində yerləşən ABŞ hərbi bazasına mayor Alan Şeffer Datçın rəhbərlik etdiyi xüsusi təyinatlı qrup ezam olunur. Bu xüsusi təyinatlı birliyin başlıca vəzifəsi müharibə zamanı xilasedici əməliyyatlar həyata keçirməkdir. Tezliklə mayor Datç hərbi bazanın komandiri general Homer Fillipsdən ezam olunma səbəbini bilmiş olur. General qeyd edir ki, “18 saat əvvəl Valverdeyə (bəddi təxəyyül nəticəsində yaradılmış dövlət) yola düşən həmin ölkənin nazirləri və onları müşayiət edən komandir Cimi Hopperin rəhbərlik etdiyi xüsusi təyinatlı birliyimiz itkin düşüb. Düşünürük ki, onlar üsyançılar tərəfindən əsir götürülüb”. Buna cavab olaraq mayor Datç: “Biz sizə niyə lazımıq? Belə halda ordunu niyə cəlb etmirsiz?”
Bu zaman tanış bir səs: “Çünki hansısa idiot sizi ən yaxşı hərbi birlik adlandırıb”.
Geriyə dönüb baxan mayor Datç vaxtilə onunla birlikdə xidmət edən, hazırda isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti kimi çalışan tanışı Corc Dillonla rastlaşır. Bir xeyli söhbətdən sonra MKİ-nin agenti Datça üz tutaraq: “Sənin Berlindəki əməllərindən xəbərdaram, afərin! Bəs Liviyadakı missiyadan niyə üz döndərdin?” Datç: “Biz xilasedicilərik, qatil yox!” Mayorun ağzından bu sözü aldıqdan sonra general yenidən dilə gələrək: “İtmiş Nazirlər Kabinetinin üzvləri bizim üçün olduqca vacib fiqurlardır!” Ardınca agent Dillon: “Datç, generalın dediyi kimi dostlarımız bəlaya düşüb və biz köməyimizi onlardan əsirgəməməliyik, sən isə bu işdə ən yaxşısan, ona görədə buradasan, mən də sənin dəstəndə iştirak edəcəyəm”.
Tezliklə mayor Datçın rəhbərlik etdiyi xüsusi təyinatlı dəstə əməliyyat planı üzrə yürüşə başlayır. Bir qədər sonra onlar yoxa çıxmış helikopteri, daha doğrusu qəzaya uğramış texnikanın qalıqlarını tapırlar. Bir az da irəlilədikdən sonra onlar həmin helikopterdə yer alan şəxsi heyəti - dəriləri soyulmuş, kəllə sümükləri çıxarılmış halda tapırlar. Onlar içərisində kəşfiyyat komandiri Cimi Hopperin də eybəcər vəziyyətə gətirilmiş meyiti yer alır. Yürüşü davam etdirən xüsusi təyinatlı dəstə tezliklə cəngəllikdəki üsyançıların düşərgəsini aşkar edirlər. Nəticədə basqın hücumu ilə üsyançılar darmadağın, düşərgə isə məhv edilir. Bir qədər sonra bəlli olur ki, əməliyyat əbəs yerə həyata keçirilib. Yəni, general Filips ilə MKİ-nin agenti Dillon mayor Datçın və onun xüsusi təyinatlı dəstəsinin başlarını yaxşıca aldadaraq öz maraqları naminə istifadə ediblər. Nə Nazirlər Kabineti varmış, nə üsyançılar onları qətl edib, nə də Cim Hopperi və onun dəstəsinin üzvlərinin dərisini onlar soyublar. Mayor Datçın dəstəsi geri çəkiləndə isə onlar sürpriz düşmənlə qarşıdurmaya məruz qalırlar. Düşmən yadplanetli, yırtıcı məxluqdur. O yırtıcı ki, meşəlikdə, cəngəllikdə xameleon kimi rəng dəyişərək kamuflyaj olmağı bacarır, güclü odlu lazer və iti kəsici soyuq silahlara malikdir. Gözəgörünməz düşmən mayor Datçın xüsusi təyinatlılarını bir-bir öldürərək dərilərini soyur, kəllə sümüklərini götürür. Yalnız mayor Datç sağ qalır ki, o da cəngəllik şəraitindən istifadə edərək çox çətinliklə yırtıcını məğlub edə bilir.
Filmdəki obrazları Ukrayna-Rusiya müharibəsinə uyğunlaşdırsaq, MKİ-nin oyuncağına çevrilərək, peşəkar hərbçiləri səbəbsiz yerə qırğına verən general Homer Fillipsin prototipi Ukrayna Prezidenti Volodimir Zelenskidir. MKİ-nin agenti Corc Dillon ABŞ-ın Ukraynadakı səfirliyi, araqarışdıran müşavirlər, hər iki tərəfi bir-birinə qırdıraraq milyardlar qazanan yanki kapitalistləri canlandırır. Mayor Datç xalqını, vətənini sevən, fədakar ukraynalı öndər düyüşçüləri canlandırır, onun xüsusi təyinatlı dəstəsi isə Ukrayna xalqını təcəssüm etdirir. Yırtıcı isə Rusiyadır (birmənalı olmasa da).
Zelenski də geniş miqyasda general Homer Fillips kimi mövcud vəziyyəti, coğrafi şəraiti, düşmənin gücünü, sürpriz olayları nəzərə almadan öz xalqını azman bir yırtıcının ağzına atır. MKİ-nin agenti Corc Dillon mayor Datçın xüsusi təyinatlılarını aldadıb çıxılmaz cəngəllik labirintinə salıb yırtıcıya şikar etdiyi kimi, ABŞ dövləti, onun Ukraynadakı səfirliyi, diplomatik korpusu, mülki ad altında ayrı-ayrı təşkilatları, şirkətləri, şəxsləri Zelenskini və onun yarıtmaz, avantürist hökümətini populist vədlər, təbliğatlarla hər vəclə Rusiyaya qarşı qısqırtmaqla ukraynalıları daha çox qırdıraraq həzz alırlar. İki slavyan xalqını bir-birinə qırdırmaq da olar, əsas odur ki, müharibənin uzanması, insanların qanlarının sel kimi axıdılması ABŞ-dakı Sem dayıların siyasi və maddi maraqlarını təmin etmiş olsun. Necə deyərlər, ağaların könlü xoş olsun. Bu dediklərim eynən “Yırtıcı” filmində aldadılaraq oyuna gətirildiyini anlayan mayor Datçla MKİ-nin agenti Corc Dillonun dialoqunu xatırladır:
Datç: Sən bizə badalaq gəldin. Hökümət kabinəsi, bütün əməliyyat, hamısı cəfəngiyyatdır. Bunların hamısı sənin çirkli işlərindir.
Dillon: Yox, biz müdaxilənin qarşısını almışıq, əks-təqdirdə üç gün sonra onlar sərhədi keçəcəkdilər.
Datç: Bəs niyə bizi seçdiniz?
Dillon: Çünki sən və dəstəndən başqa heç kim bu əməliyyatı uğurla həyata keçirə bilməzdi. Sən indi hirslisən, amma başqa cür səndən istifadə edə bilməzdim.
Datç: Hopperin beyninə hansı cəfəngiyyatları doldurmuşdun?!
Dillon: Biz bu yerləri çoxdan axtarırdıq, mənim adamlarım qəzaya uğrayan helikopterdə idilər. Hopper onları tapıb aradan çıxmalı idi.
Datç: Hopper aradan çıxmadı, onun dərisini soydular/
Dillon: Mənə bu yerləri aşkarlayıb əclafları məhv etmək əmri verilmişdi.
Datç: Sən də özündə ssenari quraraq bizi də qəssabxanaya atdın. Sən bir zamanlar güvəndiyim biri idin.
Dillon : Sən onlar (yuxarı rəislər) üçün əşyasan, istifadə edilən materialsan və mən səndən istifadə edərək tapşırığı yerinə yetirdim.
Elə ki, mayor Datçın döyüşçülərini yırtıcı bir-birinin ardınca ovlayaraq dərilərini soyub, kəllə sümüklərini çıxaranda xüsusi təyinatlı dəstə mərkəzlə rabitə əlaqəsinə çıxaraq kömək, SOS çağırışları etməsinə baxmayaq, yalnız – “yerləşdiyiniz ərazi evakuasiya üçün əlverişli deyil” cavabı ilə yola verilirdilər. Bu cür yola verilmə ilə evakuasiyanın gerçəkləşməyəcəyini anlayan mayor Datçın dediyi ifadə budur: “Biz onlar üçün əşyayıq, istifadə olunan materialıq”.
Hazırda bir aydan çoxdur davam etməkdə olan müharibədə oyuna gətirilərək dərin sularda boğulmaq üzrə olan, çırpınan Ukrayna ABŞ-a, NATO-ya, Aİ-na SOS mərhəmətləri bağırsa da, adı çəkilənlər “qəribə tolerantlıq möqveyi” və “iqtisadi-siyasi sanksiya pəhləvanlıq”ları ilə diqqət çəkirlər. Belə ki, ABŞ və faktiki olaraq onun diqtəsiylə Aİ müharibəyə yaxından-uzaqdan heç bir aidiyyatı olmayan, başda futbol olmaqla digər idman növləri turnirlərindən komanda və fərdi şəkildə rusiyalı idmançıları kənarlaşdırmaq, elm, mədəniyyət, incəsənət nümayəndələrinə qarşı mənəvi repressiyalar həyata keçirmək, torpaq altında sümükləri belə çürüməkdə olan Aleksandr Puşkin, Anton Çexov, Aleksandr Skyabin, İqor Stravinski, Sergey Prokofyev, Pyotr Çaykovski, Dmitri Şestakoviç və digər rus ədiblərin, bəstəkarların əsərlərini teatrların, filarmoniyaların repertuarlarından çıxartdırmaqla, kosmosa çıxan ilk kosmonavt Yuri Qaqarinin adını Beynəlxalq Kosmik Təşkilatdan silinməsi kimi əməlləri ilə antimilitarist mövqeyini nümayiş etdirir. Rəsmi Vaşinqton hətta bir əsrə yaxındır Amerikada yaşayan, naturalizasiya prosesini tam şəkildə keçməklə oranın vətəndaşı adını almış ruslara qarşı da repressiya, diskriminasiyalar etməyə macal tapıb. Belə ki, Ukraynadakı müharibə teatrlarında “xoxol”ların ordularını bir-birinin ardınca biabırçı məğlubiyyətə uğradan Rusiya və bunun nəticəsi rus hərbçilərin qələbə zəfərlərini samovar dəmləyərək qeyd etmələrinə qarşı hünərləri, iradələri, qeyrətləri çatmayan “ali baş komandan” Bayden, əvəzində ABŞ-da bir neçə onillikdir fəaliyyət göstərən başda “Russian Samovar” restoranı olmaqla digər rus restoranlarına, kafelərinə, barlarlarına qarşı qarayaxma hücumuna keçərək, onları defolt vəziyyətinə gətirməklə məşğuldur. Həmçinin döyüş meydanlarında rus ordusu ilə qarşı-qarşıya gəlməkdə “dovşanlıq” edən demokratik, multikultural Avropa dövlətləri də rus pasportuna və ya etnik rus olan öz vətəndaşlarına restoranlara, kafelərə, kino-klublara giriş qadağaları qoymaqla “Ukraynaya dəstək”lərini nümayiş etdirməkdədirlər. Bu məqamda filosof Simona Veylin aforizmi yada düşür: “Bütün cinayətlər içərisindən bəlkədə ən pisi keçmişi məhv etməkdir”.
Müharibənin qarşısının almaq üçün heç bir ciddi tədbirlər görməyən, savaşa yaxından- uzaqdan heç bir əlaqəsi olmayan, tarixə və ölüm dünyasına qovuşmuş ədiblərin, bəstəkarların, rejissorların əsərlərinə, ictimai xadimlərin iz qoyub getdikləri əməllərinə qarşı repressiya, diskriminasiyalar həyata keçirməklə Ukraynanın yanında olduğunu göstərən Qərb və Aİ əslində mavi-sarıları öz məqsədləri naminə ucuz tualet kağızı kimi yaxşıca istifadə edir.
Bu gün Ukrayna-Rusiya müharibəsi göstərdi ki, ABŞ-ın və Qərbi Avropanın hazırkı əməlləri ötən əsrin 1938-1939-cu illərdə Almaniyaya qarşı tətbiq etdiyi “Sakitləşdirmə siyasəti” və II Dünya Müharibəsinin 1939-1940-cı illərdəki “Qəribə Müharibə”sinin təkrarıdır.
Yəni, dünyaya demokratiya, liberalizm, vicdan azadlığı, multikulturalizmdən dəm vuran, insanlara irqindən, milliyətindən, dilindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq bütün növ hüquq və azadlıqlarına təminat verən, daim məzlumun yanında olub hər vasitə ilə ona köməyini əsirgəməyib, zorakılığa, işğalçılığa qarşı dözülməz mübarizə aparmağa çağırış edən Qərb ilə Avropa öz riyakarlığını və ikili standartını bir daha göstərmiş oldu.
35 ildir nümayiş olunan “Yırtıcı” filminə yüz milyonlarla insanlar baxıb. Həmin yüz milyonlarla seyrçilərin 99,9%-i (o cümlədən də azərbaycanlılar) filmə sırf Arnold Şvartsneggerin baş rolda yer almasına, onun “pəhləvanlıq” göstərməsindən dolayı əyləşərək gözlərini kinoya fokuslayıb. Necə ki, filmdəki həqiqətləri çoxları baxıb anlamadığı kimi eynən canlı-qanlı teatr olan Rusiya-Ukrayna müharibəsindəki acı gerçəklikləri mütləq əksəriyyət görmür və ya görmək istəmir. Çoxları elə qanır ki, Con Maktirnanın filmindəki yırtıcı pusquya salınıb məğlub edildiyi kimi Rusiya da həmin aqibəti yaşayacaq, yəhudi Zelenskinin simasında isə zəmanəmizin mayor Datçı yetişəcək, qəhrəmanlıq nümayiş etdirərək zəfər tarixi yazacaq.
Sem dayıların, Aİ-dəkı qalstuklu siyasətçi “centlemen”lərin məkrli niyyətləri və onların boyunduruğu olub, özündən güclülərə qarşı hürən zelenskilər sayəsində hələ çox ədalətsiz müharibələr görəcək, xalqlar və dövlətlər arasında sülh, əminamanlıq günəşinə uzun müddət həsrət qalacağıq. Odur ki, hələ John Lennonun “Give Peace A Chance”, Stinqin “Russians”, Pink Floydun “Another Brick in the Wall”, Maykl Ceksonun “Earth song”, U-2 qrpunun “Sunday Bloody Sunday”, “The Human League” qrupunun “The Leabon”, “Kino” qrupunun “Я объявляю свой дом безъядерной зоной», “The Cranberries” qrupunun “Zombie”, “Pождество” qrupunun “Kак хочется жить”, Rafet El Romanın “Bir mələk diləyirəm” və s. ifaları dinləməklə sülhü xəyal edəcəyik.
P.S
Prezident “seçildirərək” rəhbər kürsüsündə oturdulmamışdan qabaq aktyor, şoumen olan yəhudi Zelenski də əminəm ki, “Yırtıcı” filminə bir neçə dəfə baxıb. Bəs nəticə çıxarıbmı? Xeyr! O da mütləq əksəriyyət kimi filmi seyr edərkən adrenalini yüksəlib, Şvartsneggerin canlandırdığı mayor Datç obrazına heyran olub, yırtıcının məğlub edilməsinə “ura” bağırıb. Zelenski nə seyrçi, nə aktyor, nə prezident, nə də ali baş komandan kimi filmdən dərs çıxara bilməyib. Əgər nəticə çıxarsaydı, yəqin edərdi ki, real həyatda baş verən müharibələr filmdəki kimi eyni deyil. Özü mayor Datç deyil ki, yırtıcı ilə təkbətək döyüşə girib qalib gəlsin, ən əsası Rusiya filmdəki yırtıcı deyil, ondan milyon qat daha nəhəng, güclü, amansızdır. Xüsusilə də Rusiya ilə həmsərhəd olub, okeanın o tərəfindəki Sem dayıların diqtəsi ilə Ukraynadakı rusiyalılara qarşı hər cür diskriminasiya-repressiyalar həyata keçirib, rus dilini və mədəniyyətini, Rus-Pravoslav Kilsəsini aşağılayıb, tarixi təhrif etməklə hürüb, sərhəddə Amerikanın nüvə silahlarını yerləşdirməyə çağırışlar etməklə xox gələndə Rusiya filmdəki kimi əyləncədən dolayı səni ovlamayacaq, o sənin dərini soyacaq, xurt-xəşil edəcək, başını qoparıb kəllə sümüyünü qədəh edərək onda brend arağı ilə zəfərini qeyd edib, onu ayağını qazmağa çalışan Sem dayılara əvvəlcə şəhadət barmağını silkələyəcək, sonra isə baş barmağını iki barmaq arasında sıxıb məşhur rus aqro jestini göstərəcək...
P.S 2
Bu gün beynəlxalq hüququn müddəalarına (baxmayaraq ABŞ, Fransa, İngiltərə, İsrail bu müdəaları hamıdan çox tapdalayıblar və tapdalamaqdadırlar) əsasən Ukraynaya hücuma görə Rusiya səhvdir. Amma min il sonra düz çıxacaq. Necə ki, indi Siciliyaya görə, Roma imperiyasını əksəriyyət düz, Karfageni isə səhv tərəf kimi tanıyır.
Abdulla İsmayıloğlu
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ
Moskva bəyannaməsinin iki ölkə üçün əhəmiyyəti
Rusiyanın pulu ilə onun özünü baltalayanlar