Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
Cəmil Şirvanov: Sanksiyalar Rusiya üçün bir fürsətdir
Son günlərdə Rusiyanın Ukraynada həyata keçirtdiyi xüsusi hərbi əməliyyatlar fonunda bütün dünyanı, əsasən də Rusiya sakinlərini maraqlandıran digər bir məsələ - Rusiyanın sanksiyalar şəraitində iqtisadi inkişafı maraqlandırır. Bu barədə bir neçə kəlmə ilə mən də danışmaq istəyirəm.
Əvvəla onu deyim ki, bu sanksiya və dünya “brendlərinin Rusiyadan çıxması” ajiotajı qısamüddətli isteriyaya hesablanıb. Sanksiyalar və “brendlərin Rusiyadan getməsi” ətrafında ABŞ-ın əlində olan dünya informasiya sistemində və mütəxəssislər cameəsinin yaratdıqları bu ajiotaj sabun köpüyü kimi bir şeydir, qısa müddətli panikaya hesablanıb. Bu ajiotaj Rusiya əhalisini hakim elitaya, Putinə qarşı qaldırmağa xidmət edən qısa müddətli psixoloji təzyiq vasitəsidir. BU ajiotaj uzunmüddətli ola bilməz, çünki zaman keçdikcə Rusiya əhalisi bu böhranın informasiya məkanında deyildiyi kimi faciəli olmadığına əmin olacaq. Qərb tərəfindən qarşıya qoyulan məqsədə - Putini devirməyə nail olunmayacaq. Ona görə də ən qısa zamanda hər cür məhdudiyyətlər tətbiq etməyə çalışırlar ki, effekt görsünlər.
Niyə belə düşünürəm? Özünüz düşünün: Uzun müddət Rusiya bazarı uğrunda SSRİ ilə mübarizə aparıb onu süqut etdirib bu bazara yiyələnən anqlosakslar bu bazarı tərk edib rəqiblərinə verəcəklər? Məncə bunu ən axırıncı axmaq belə etməz. Çünki onlar çox gözəl bilirlər ki, Rusiya bazarlarından çıxan kimi onların yerini Çin şirkətləri tutacaq. Bu isə ABŞ-ın ən böyük iqtisadi rəqibinin onun qarşısında əhəmiyyətli dərəcədə güclənməsi deməkdir. Sizcə o şirkətlər Putin ukraynada nasistləri təmizləyir deyə illik milyardlarla ölçülən gəlirlərindən imtina edəcəklər?
Anqlosakslar bu dərəcədə axmaq deyillər. Bu gün edilənlər sadəcə müvəqqəti xarakter daşıyan psixoloji təzyiq vasitəsidir. Rus xalqına qarşı edilən psixoloji təzyiq. Ki, onu hakimiyyətdəkilərə qarşı üsyana qaldırsın. Bütün bu gedişlər barədə bəyanatların çoxu blefdir. Heç bir kapitalist milyardlarla qazancından keçməyəcək.
Hətta Fransa prezidenti Makron Fransa Şirkətlərinə açıq-aşkar məsləhət gördü ki, Rusiya bazarından çıxmasın. Fransanın da öz geopolitik maraqları olduğu, bu maraqlarda ABŞ-ın zəiflədilməsi də olduğu bizə məlumdur.
Bundan başqa Rusiyaya uzunmüddətli sanksiyalar və başqa formada iqtisadi təsirlər ona görə çox da effektiv olmayacaq ki, Avropanın özü Rusiyadan enerji asılılığındadır. Məhz bu müharibə boyunca qazın qiyməti 3 dəfə qalxdı.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfoul və başqalarının dediyi Rusiyanın izolyasiyası, dəmir pərdəyə bürünməsi, qoy ölkəyə çevrilməsi ilə bağlı dedikləri isə yalnız gülüş doğurur. Rusiyya sanksiya tətbiq edən anqlosaks dünyası və onların settelitləridir. Bunlar isə dünya əhalisinin 30 faizindən azdır. Rusiyanın tərəfində olan iqtisadi güclərə Çin, Hindistan, Braziliya, İran, Türkiyə və başqa nəhəngləri misal çəkmək olar. Bu cür ölkələrlə iqtisadi əlaqələri gücləndirmək üçün sanksiyalar əslində müsbət impuls rolunu oynamış oldu. Rusiya dünyanın dgər hissəsi ilə - iqtisadi nəhəngləri ilə əlaqələrini daha da möhkəmləndirə, qarşılıqlı iqtisadi və hətta hərbi-strateji inteqrasiyaya nail olaraq müxtəlif sahələri və dövlətləri əhatə edən alyanslardan ibarət anti-Amerika, daha doğrusu, anqlosaks dünyasına qarşı yeni cəbhə formalaşdıra bilər.
Mən hələ Rusiyanın daxilində bunun hansı fürsətlər yaratdığından danışmıram. Çünki bu mövzu çox geniş, detallı təsvir edilməli olan məsələdir. İnşallah başqa yazıda.

Mövzu linkləri: