Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
Rusiyanın pulu ilə onun özünü baltalayanlar
Söhbət Sputnik Azərbaycan informasiya agentliyindən gedir. Deməli, bu agentlik Rusiya dövləti tərəfindən maliyyələşən, bir çox ölkələrdə fəaliyyət göstərən Sputnik media holdinqinin Azərbaycandakı belə demək mümkünsə nümayəndəliyidir. 1 ilə yaxındır ki, informasiya sahəsində fəaliyyət göstərdiyimizə görə gün ərzində müxtəlif xəbər syatları, agentliklərini izləyirik. Sputnik.az da onlardan biridir. Həm rusdilli variantında, həm də Azərbaycan dilində olan variantında yayımladığı xəbərləri izləyir, yazıları oxuyuruq. Lakin bir ildir ki, gözümüzdən yayınmayan, hər keçən gün şübhələrimizə daha da əmin olduğumuz həqiqətlər var ki, yalnız məyus edir.
Şəxsən mənim gözümdən yayınmayan iki şey var:
1. Rusiya dövlətindən maliyyələşsə də Rusiya ilə bağlı xəbərlərin sayı az, keyfiyyəti aşağı, dərc edilən analitik yazıların sayı çox azdır.
2. Və bu saytda hiss etdirilmədən, bəzən isə açıq-aşkar Türkiyə təbliğatı aparılır. Agentlik Türkiyənin təsir agentləri və ya təəssübkeşləri ilə doludur. Gizli, hərdən isə anti-rusiya mövqeyi nümayiş etdirir.
Eynən İran tərəfindən maliyyələşən İnter.az saytı kimi. Lakin bu sayt ayrı yazının mövzusudur.
Gələk Sputnik.az-a. Bir neçə faktı sadalayaq ki, irəli sürdüyümüz tezislərin hansı faktlara söykəndiyini sizə izah etmiş olaq. Belə ki, ötən ilin yay aylarında Azərbaycan-Rusiya sərhəddində Rusiya bazarlarına kənd təsərrüfatı mallarını daşıyan minlərlə yük maşınından ibarət karvan yaranmışdı. Həm İrandan gələn maşınlar, həm də Azərbaycana məxsus maşınlar sərhədin Azərbaycan tərəfində gömrük-keçid məntəqəsindən keçmək üçün sıraya düzülmüşdülər. Böyük bir ajiotaj yaranmışdı. Hadisə yerinə gedən Sputnik az əməkdaşı guya yük maşını sürücüləri ilə söhbət edərək növbənin səbəbini öyrənmişdi. Rusiyanı günahkar çıxarmışdı. Halbu ki, vəziyyət elə deyildi. Azərbaycanın quldur gömrük əməkdaşları gömrük əməliyyatlarını vaxtında və düzgün yerinə yetirmirdi, gördüyü işlərə görə rüşvət tələb edirdi, etiraz edən sürücüləri isə süründürürdülər. Amma Sputnik az bu barədə bir kəlmə belə yazmadı. Azərbaycan gömrüyü əvəzinə Rusiya gömrüyü günahkar çıxarıldı. Sputnikin dərc etdiyi bu yalan xəbər isə bütün ölkə mətbuatını bürüdü. Rusiya oldu monstr, “ədalətsiz imperiya”. Lakin sadə bir məntiq bizə diqtə edir ki, Rusiya daha çox malın qəbul edilməsində maraqlıdır, onun bu işə mane olması ağlabatan deyil. Əlqərəz, bizim etirazlarımızdan və təzyiqlərimizdən sonra həmin xəbər saytdan silinsə də o xəbərin rəhbərlik tərəfindən sildirildiyi barədə bildiriş qoyuldu. Bununla da növbəti dəfə ehyam vuruldu ki, guya obyektiv xəbər rəhbərlik tərəfindən sildirilib. Üzlü olmaq yaxşı şeydir, vallah!
Sputnik kənd təsərrüfatı ilə bağlı yenə də eyni tip xəbər paylaşılmışdı ki, guya Azərbaycanlı fermer Rusiya bazarlarından şikayət edir, ordakı qiymətlər çox aşağı olduğu üçün onun biznesi sərfəli deyil, ona görə də biznesini batırıb. Batırması bir yana, az qala buna görə Rusiyanın bazarı günahlandırılırdı. Halbu ki, hamı əzbər bilir ki, Azərbaycanın kənd təsərrüfatı mallarının hamısı Rusiya bazarlarında yaxşı qiymətə satılır və yaxşı gəlir əldə edilir. Sputnikin bu hərəkəti isə məqsədyönlü şəkildə edilmişdi. Fermerlə geniş reportaj edib onun çökməsinin əsas səbəbi kimi Rusiyadakı qiymətlərin aşağı olması, Rusiya gömrüyündə olan süründürməçilik göstərilmişdi. Bu, iki ölkə arasında yaxşı səviyyədə olan iqtisadi-ticari münasibətlər barədə mənfi ictimai rəy formalaşdırmaqdan başqa bir şey deyil. Bildiyiniz sabotaj.
İndi isə gələk bu agentliyin tlegram kanallarına. Həm Azərbaycan, həm də rus dillərində kanal aparılır. Lakin hər ikisi agentliyin adına-sanına yaraşmayan tərzdə və Rusiya dövlətinin maraqlarına cavab verməyən formada. Birincisi, rus dilində olan kanal kifayət qədər(27 mindən çox) abunəçiyə malik olsa da, azərbaycan dilli kanal ölkədə tanınmır. Cəmi 470 abunəçisi var. Bir il əvvəl isə ümumiyyətlə 300-dən bir qədər artıq abunəçisi vaqr idi. O boyda xəbər agentliyinin bu qədər kiçik kanalı olmaz. Niyə olmaz? Bu həm biznes maraqlarına cavab vermir, həm də səni bura göndərən, burda təsis edən dövlətin(Rusiyanın) maraqlarına. Məntiqlə Sputnik.az Azərbaycan dilində olan kanalı rusdilli kanala nisbətən daha çox yaxşı işlətməli, operativ, obyektiv xəbərlər qoymalı, Rusiya haqqında müsbət ictimai rəy formalaşdırmalı idi. Çünki ölkə əhalisinin 99%-i Azərbaycan dilində oxuyur və yazır, həm də danışır. İnformasiya təminatının aclığını bu hissə yaşayır, rusdilli hissə yox. Rusdillilər onsuz da rus dilində olan zəngin xarici informasiya mənbələrindən yararlanıb biliklərini, informasiyalarını artırırlar. Və burda çox önəmli bir məsələ odur ki, Sputnik az Azərbaycan dilli telegram kanala, sayta daha çox önəm verib Qərb və Türkiyə tərəfindən maliyyələşən mətbuat tərəfindən Rusiya barəsində yaradılmış “işğalçı”, “vəhşi” obrazını sındıra, müsbət rəy formalaşdıra bilərdi. Lakin Sputnik bunu eləmir. Nəinki eləmir, hətta özü də bir çox hallarda Türkiyə və qərbyönlü mətbuata qoşularaq Qərbin, Türkiyənin yumşaq, incə təbliğatını aparır, bununla da avtomatik olaraq anti-rusiya mövqeyi nümayiş etdirmiş olur. Rusiya dövlətinin hesabına yaradılan, fəaliyyət göstərən bir agentlik niyə belə etsinki? Deməli, agentlik türkiyəpərəst, qərbpərəst agentlər və təəssübkeşlərlə doludur. Bu isə Rusiya dövlətinə və xalqına xəyanətdir. Onları təmizləmədən Sputnikin Rusiyanın dövlət maraqlarına, Azərbaycan - Rusiya münasibətlərinin yaxşılaşdırılmasına xidmət etməsi mümkün deyil.
Şəxsən özüm Sputnikin azərbaycan dilli telegram kanalını 01.02.2022 tarixindən 10.02.2022 tarixinədək monitorinq etdim. Dəhşətə gəldim. Belə ki, qoyulan 32 xəbər Türkiyə ilə bağlı, 2-3 xəbər isə Rusiya ilə bağlı idi. Onlardan biri də Rusiya-Azərbaycan sərhəddi zonasında dağ keçilərinin kütləvi şəkildə yıxılaraq tələf olması barədə idi. Görürsünüz nə qədər gülməlidir? Rusiyanın dünyanı qarışdırdığı, dünya tarixində dönüş etdiyi, tarixi dəyişdiyi bir vaxtda Rusiyanın hesabına yaşayan Sputnik az-ın telegram kanalı Rusiya haqqında xəbər tapa bilmir, keçilərin yıxılıb tələf olmasından yazır. Digər Rusiyanın adı keçən xəbərlər də çox qısa(2-3 cümlə), şəkilsiz, videosuz(qəsdən belə edilir ki, diqqət cəlb etməsin). Amma Türkiyə ilə bağlı xəbərlər isə çox geniş şəkildə verirlir. Məsələn, Şuşa bəyannaməsi “Sabah TBMM-ə təsdiq üçün təqdim ediləcək”, 1 gün sonra “Şuşa bəyannaməsi TBMM-ə təqdim edildi”, təsdiq edildikdən sonra “Şuşa Bəyannaməsi TBMM tərəfindən ratifikasiya edildi”, “Ərdoğan Şuşa Bəyannaməsini təsdiq etdi” və s bu kimi təqdim edilir. Məsələ Bəyannaməsində deyil, Türkiyə ilə bağlı bütün xəbərlər belə paylaşılır.
Məsələn, son aylarda Ukrayna ətrafında baş verən hadisələrlə bağlı əsas tərəf olan Rusiya haqqında, onun rəsmi şəxslərinin mövqeyi haqqında bir kəlmə belə yazılmır. Amma Ərdoğanın, Hülusi Akarın, çavuşoğlunun Ukrayna münaqişəsinin tənzimləməsi ilə bağlı 2 kəlmə sözü bütün günü tirajlanır. Halbu ki, media mətbəxinin içində olanlar bilir ki, mətbu orqanın maliyyələşdiyi mənbə sifarişçi, mətbu orqan isə "musiqiçi" rolunda olur. Nə sifariş verilirsə, o da çalınır. Lakin Sputnik az-da vəziyyət başqadır. pulu ödəyən başqası, sifarişi verən başqasıdır. Deməli, musiqiçi əsl sifarişçinin deyil, kənardan gələninistəyini yerinə yetirir. Belə musiqiçini qovmaq lazımdır.
Gələk lap qəliz məsələyə: Sputnikin bəslədiyi ekspertlərə. Deməli, Sputnik az baş verən hadisələrlə bağlı daimi olaraq ekspertlərin rəyini alır ki, bu da ayrı bir həngamədir. Deməli, həmişəki kimi Rusiya, onun ətrafında baş verənlər, Ukrayna münaqişəsi, Avropada təhlükəsizlik məsələləri ilə bağlı təkliflər və başqa qlobal, ən vacib məsələlər qalır kənara, hər iki gündən bir, bəzən hər gün Azərbaycan-Türkiyə münasibətlərinin inkişafını mədh edən ekspertlərin fikri dərc edilir. Rusiya üçün ağır bir dönəmdə, Qərblə açıq konfrontasiyaya daxil olduğu bir dönəmdə informasiya müharibəsində rusiya dövlətinə kömək olmaq əvəzinə Sputnik az Rusiya dövlətinin pulları ilə Türkiyə və Qərb təbliğatı aparır. Adamda elə təəssürat yaranır ki, bu agentlik Rusiyanın deyil, Türkiyənindir. Mənə maraqlıdır, görəsən Sputnik az hər gün şərh verməyə dəvət edilən ekspertlərə də pul verir? Fikrimcə, verməmiş olmaz. Lakin verməsə belə onları Rusiya dövlətinin maraqlarına uyğun olmayan mövqe nümayiş etdirdiklərinə görə pulsuz belə danışdırmaq olmaz. Onların əvəzinə başqa, antirusiya mövqeyi tutmayan ekspertləri dəvət edib fikir almaq daha məqsədəuyğun olardı. Lakin görünən odur ki, Sputnik az-ın məqsədi Rusiyanın maraqlarını müdafiə etmək deyil, Türkiyə maraqlarını müdafiə etməkdir. Açıq rusofob və türkiyəpərəst, qərbpərəst olan Elxan Şahinoğlu, Elçin Alıoğlu, Natiq Cəfərlidən niyə müsahibə alınsınki?
Bu gün, ayın 13-ü, dünən işə düşən Rusiya-Azərbaycan "Aqroekspressi" haqqında ekpert rəyi dərc edən telegram kanalı yenə də öz bildiyini edib. Sputnikin daimi eksperti Elşad Məmmədov bu cür layihəni tərifləməkdən, onun əhəmiyyəti barədə ağız dolusu danışmaqdan, hətta deyərdim bir az da üstünə qoyub şişirtməkdənsə, diqqəti başqa tərəfə yönəldərək daxildəki vəziyyətlə bağlı bu layihənin əhəmiyyətinin az olacağından danışır. Çatdırılmada heç bir problemin olmadığını qeyd edərək əsas diqqəti istehsala yənəltməyi məsləhət görür. Hörmətli ekspert və Sputnik az! bəs daşınmada problem olmursa, onda hər sezonda dəfələrlə yaranan 5000-7000 maşının iştirakı ilə yaranan növbə nədir? Əşşi nəisə... Məsələ aydındır. Sputnik Azərbaycan agentliyinin Rusiyanın deyil, başqa qüvvələrin maraqlarına xidmət etməsi ilk hal deyil. Şəxsən mən bir ildir ki, bunu müşahidə edirəm.
Nəticə odur ki, Rusiyanın pulu ilə Rusiyanı baltalayanların bazarı bağlanmalıdır. Bu qədər həyasızlıq olmaz! Onsuz da Rusiyanın düşmənləri çoxdur. Bir də öz pulu ilə özünə "qatil" tutmağa gərək yoxdur. Belə bir tarixi vacib məqamda Rusiyanın resursları onun düşmənlərinin əlində ona qarşı silaha çevrilməməlidir.
Cəmil Şirvanov

Mövzu linkləri:
Həmçinin oxuyun: