Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika / Publisistika
Moskva bəyannaməsinin iki ölkə üçün əhəmiyyəti
Cəmil Şirvanov
Dünənki tarix çoxlu tarixi əhəmiyyətli hadisələrlə zəngin olduğu üçün gələcəkdə tarix dərsliklərində xüsusi vurğulanacaq bir tarix olacağından əminəm. Ən səs-küylü hadisə - 2014-cü ildən bəri Ukraynada özlərini müstəqil elan etmiş, lakin heç bir dövlət tərəfindən tanınmamış Donetsk və Luqansk Xalq respublikalarının Rusiya Federasiyası tərəfindən rəsmən tanınması, həmin dövlətlərlə Rusiya arasında “Dostluq, qarşılıqlı fəaliyyət və yardım haqqında” müqavilə imzalanması dünyanı çalxaladı.
Hadisə fevralın 21-dən 22-sinə keçən gecə baş verdi. 22 fevralda isə həmin müqavilələr Rusiyanın Federasiya Şurası və Dövlət Duması tərəfindən, həm də Donetsk və Luqansk Xalq respublikalarının parlamentləri tərəfindən ratifikasiya edildi.
Lakin bu hadisələr həm də bir nəfərin – bizim Prezidentimiz İlham Əliyevin gözləri qarşısında baş verdi. Çünki O, 21 fevralda axşamüstü artıq Moskvada idi. 22 fevral “Rusiya-Azərbaycan Müttəfiqliq qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni imzalamaq üçün”.
Əliyev və Putin 4 saatdan çox danışıqlar apardıqdan sonra məlum bəyannaməni imzaladılar. Bəyannamənin tam mətni dərc edildi.
İstərdim ki, bu Bəyannamənin mənim üçün maraqlı olan bəzi məqamlarına xüsusi diqqət ayırıb heç bir pafos və şişirtmədən istifadə etmədən şərh edim.
Sənədin bəzi maddələrini şərh etməmişdən qabaq bu mövzuya giriş kimi ümumi vəziyyəti izah edən bir neçə kəlmə demək istərdim. Ondan sonra isə maddələr üzrə danışarıq.
Sənədin növündən də göründüyü kimi bəyannamədir. Yəni tərəflər müəyyən məsələləri dünyaya bəyan edirlər, bu bəyannamədən irəli gələn məsələlər isə konkret sahələr, konkret hallar üzrə müqavilələrlə tənzimlənir.
Bəyannamə necə deyərlər, ümumi prinsipləri, bəzi sahəvi prinsipləri özündə əks etdirir. Lakin bunu da qeyd etməliyik ki, sonrakı konkretləşdirmələr, xüsusi müqavilələr və razılaşmalar məhz bu prinsiplərdən irəli gələn konkret halları tənzimləyir.
Bəyannamə şübhəsiz ki, Azərbaycan –Rusiya əlaqələrində yeni mərhələnin başlandığını bildirir və bu baxımdan çox önəmli hadisədir.
Bəyannamə hərbi-siyasi və hərbi-texniki sahədən tutmuş iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu, mədəniyyət və incəsənətədək müxtəlif sahələri əhatə edir.
Dünyada baş verən hadisələr, yeni geopolitik konfiqurasiyanın formalaşması, çoxqütblü dünya sisteminin möhkəmləndiyi bir dövrdə mövcud olan tendensiyalar, konfrontasiyalar hər iki ölkəni məcbur edir ki, əlaqələrini yeni bir üst səviyyəyə qaldırsınlar. Yeni dövrün yeni tələbləri, çağırışları ölkələri həm də yeni müqavilələr imzalamağa vadar edir.
Dünyada gedən əsas proseslərin əsas iştirakçılarından biri, geopolitik qütb kimi Rusiya Azərbaycan və digər dövlətlərlə dost olmayan ölkələrin iştirakı ilə müşaiyət edilməyən, onların “təsir yükünün” olmadığı bir münasibətlər sistemi yaratmağa çalışır.
Birqütblü dünya nizamının çöküşü, çoxqütblü dünyanın yaranması və Rusiyanın artıq yenidən qlobal derjava səviyyəsinə yüksələrək tarixə qayıtması ilk olaraq özünün perimetrində olan, Sovetlər imperiyasından qopmuş dövlətlərin yenidən öz orbitinə qaytarmaq kimi bir strategiyasının olması ağlı başında olan hər kəsə məlumdur. Bu tendensiya müşahidə edilməkdədir və kollektiv Qərb müxtəlif, hətta deyərdim ən radikal variantlara əl ataraq prosesi müəyyən qədər gecikdirsə də qarşısını ala bilmir. Bu tendensiyanın məntiqi nəticəsi kimi Rusiya-Azərbaycan münasibətlərinin yeni – müttəfiqlik müstəvisinə qaldırılması həm də zərurətə çevrilmişdir.
Azərbaycan hakimiyyəti, xüsusilə də Prezident İlham Əliyev beynəlxalq münasibətlər üzrə elmi dərəcəli bir mütəxəssis olaraq dünyada gedən prosesləri çox gözəl anlayır, tendensiyaların məntiqini tutur, gələcək geopolitik konfiqurasiyada öz layiqli yerimizi tutmaq üçün hansı addımlar atmaq lazım olduğunu gözəl bilir. Buna görə də dünən imzalanan bəyannamə zamanın tələbi - bir zərurət kimi ortaya çıxdı.
İndisə keçək sənədin bəzi hissəslərinə. Ümumilikdə sənədin bir çox maddələri ümumi, müttəfiqlik səviyyəsində qarşılıqlı fəaliyyətin əsaslarını bəyan edirdi. Lakin bəzi maddələr gələcəyimizin müəyyənləşdirilməsi baxımından vacib olduğuna görə xüsusi yanaşma tələb etdiyi düşüncəsindəyəm. Buna görə də onları xüsusi qeyd edərək sizə çatdıracağam.
Beləliklə, 7, 11 və 12-ci maddələr nəzərdə tutur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər, öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar və milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
Bu o deməkdir ki, Azərbaycan və Rusiya strateji tərəfdaş və müttəfiq statusundadırlar və bu münasibətlərə xələl gətirən hər hansı bir hərəkəti etməkdən çəkinməyi öz öhdələrinə götürürlər. Hərbi əməkdaşlıq isə öz yerində.
13-16-cı maddələrdə qeyd olunur ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcək, hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərəcək, silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdıracaqlar.
Bunun mənası odur ki, son illər Azərbaycanın Türkiyə, o cümlədən NATO-nun fərdi tərəfdaşlıq proqramı çərçivəsində hərbi-strateji baxımdan Rusiyadan uzaqlaşması Rusiyanı qane etmir və bu sahədə tərəflər, xüsusilə də Rusiya səylərini artıracaq ki, Azərbaycan hərbi-strateji əməkdaşlıq baxımından Qərbə, ya da Türkiyəyə çox meyl eləməsin. Hərbi-sənaye sahəsində indiyədək atılan və bundan sonra atılması nəzərdə tutulan addılmar da bundan xəbər verir ki, Rusiya Azərbaycan kimi hərbi məhsullar satdığı və daha çox sata biləcəyi və birlikdə iş gördüyü və daha çox görə biləcəyi bir bazarda heç kəsə güzəşt etmək fikrində deyil. Baxmayaraq ki, Rusiyanın bu bazarda dominantlığı var. Prezident Administrasiyasının şöbə rəhbərinin və Prezidentin özünün verdiyi məlumata görə silah və hərbi texnika alışında Rusiyanın payı 98 faizdir.
17-ci maddədə qeyd olunur ki, tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.
Bu, çox önəmli maddədir. Əslində bununla da Rusiya Azərbaycanın NATO-ya tərəf qaçmasının qarşısını alır(bu həm də 1-ci maddədə nəzərdə tutulur), NATO-nun və Rusiyaya dost olmayan digər təşkilatlar və dövlətlərin Azərbaycandan Rusiyaya qarşı istifadə etməsi risqini minimuma endirmiş olur. Buna yol verməməyi Azərbaycanın üzərinə öhdəlik qoyur. Həm də özü belə bir öhdəlik götürür.
18-ci maddədə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.
Bu isə o deməkdir ki, Rusiya və Azərbaycanın yuxarıda adı çəkilən məsələlərdə - əslində Dünyada, həm də regionda təhlükəsizliyi təhdid edən tendensiyalara qarşı birgə fəaliyyət göstərmək üçün hüquqi baza artıq yaranıb. Bundan sonra Azərbaycan və Rusiya bir-birinin maraqlarına görə maliyyə sanksiyasından tutmuş hətta birgə hərbi missiyalar da yerinə yetirə bilərlər. Lakin bunun üçün ətraflı hüquqi baza - konkret hallar üçün konkret orqanlar arasılnda müqavilə bağlanmalıdır. Əvvəllər də bu barədə praktikamız heç yoxdur deyil. Ölkələrimiz arasında cinayətkarların tutulub təhvil verilməsi kimi, xüsusi xidmət orqanlarının, o cümlədən, Xarici Kəşfiyyat Xidmətlərinin birgə fəaliyyəti bizə məlumdur. Açıq danışsaq Azərbaycan XKX Rusiya XKX-nin az qala bir filialı kimi fəaliyyət göstərir. Bunu heç də subyektiv səbəblərlə bağlamaq lazım deyil. Bu sırf obyektiv səbəblərdən belədir.
22-26-cı maddələrdə tərəflərin iqtisadi inkişafı daim artırmağa səy göstərmək, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etmək, 1 sentyabr 2018-ci il tarixli, əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının realizə edilmək, mal dövriyyəsinin sərbəst hərəkətini təmin etmək, qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, üçün əlverişli şərait yaratmaq məqsədilə regional iqtisadi əməkdaşlığı inkişaf etdirməyi, həmçinin tərəflərin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinməyi öz üzərinə götürürlər.
Bundan başqa, Metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaratmağı öz üzərinə götürürlər.
Ümumiyyətlə hər bir vətəndaşımıza məlumdur ki, Azərbaycanda iqtisadiyyat deyilən şey yoxdur. Azərbaycanın iqtisadiyyatı neft buruqlarından ibarətdir. Bundan başqa hər şey idxalla bağlıdır. Bu maddələrdə nəzərdə tutulan məsələlər həm Rusiyanın bizim bazara öz mallarını ixrac etməsi üçün, həm də Rusiyanın ölkəmizdə əsl iqtisadiyyat qurmaqda fəal iştirak etməsində qərarlı olduğundan xəbər verir. Elə yuxarıda adı çəkilən sahələrin özü bizə deyir ki, yox səviyyəsində olan sənayeyə Rusiya tərəfindən külli miqdarda yatırımlar edilməklə canlanma olacaq. Hər halda Rusiyanın 2020-ci ildə təkcə neft-qaz sahəsinə 5 milyard dollara yaxın sərmayə yatırması, ölkəmizdə son illərdə Qazel və başqa məşhur rus markalarının istehsalı, vertolyot təmiri zavodlarının açılması, iqtisadi sərmayə sahəsində Rusiyanın “hücuma keçdiyini” müşahidə edirik.
Bundan başqa, hər iki tərəf qoyulan sərmayələrin, ümumiyyətlə iqtisadi inkişafın qarşısını alan, tərəflərin iqtisadi maraqlarına ziyan vuracaq əməlllərdən çəkinmək barədə öhdəlik götürmüşdür. Bu isə o deməkdir ki, Azərbaycanda Rusiyanın iqtisadi üstünlüyü günü-gündən artacaq.
27-28-ci maddələrdə qeyd olunur ki, tərəflər milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində birgə bank-kredit, maliyyə, istehsal və digər təsərrüfat subyektlərinin yaradılmasına hazırlıqlarını ifadə edirlər;
Bundan başqa, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlarına vəd verirlər.
Rusiyanın Azərbaycan bank sektoruna da hücumu gözlənilməlidir. Onsuz da valyuta axını baxımından bu qədər yaxın olduğumuz ölkə üçün bu addım hələ gecikir. Rusiyanın azərbaycan bank sistemində bir neçə bankda sərmayəsi var və Kapital Bankla Sber Bank arasında bəzi əməkdaşlıq müqavilələrinin olması əslində bu qədər sıx iqtisadi əlaqələri olan ölkə üçün azdır. Görünür, Rusiya bu səhvini düzəltməkdə qərarlıdır.
29-30-cu maddələrində isə söhbət intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsinin hədəfə alınmasından, tərəflərin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləməsindən və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaratmaqdan gedir.
Məsələ aydındır: Həm Rusiya Azərbaycan üçün, həm də Azərbaycan Rusiya üçün vacib tranzit ölkədir. Azərbaycanı Avropa ilə bağlayan əsas yollardan biri Rusiyadan, Rusiyanı Hindistanla birləşdirən və geoekonomik əhəmiyyətə malik “Şimal-Cənub” dəhlizi, Rusiya-Ermənistan(gələcəkdə), Rusiya-İran quru yolu Azərbaycandan keçir. Ona görə də iki ölkə arasındakı münasibətlərdəki tranzit-dəhliz məsələsi çox mühüm əhəmiyyətə malikdir. Bu baxımdan əlaqələrin dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq yalnız fayda verə bilər.
31-32-ci maddələrdə də strateji məsələyə diqqət ayrılmış, tərəflərin enerji sahəsində əməkdaşlığının stimullaşdırılması, o cümlədən, səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək və atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsi və bu sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi nəzərdə tutulmuşdur.
Bu o deməkdir ki, Rusiya ən böyük enerji ixracatçısı olmaqla, dünyanın və regionun enerji təhlükəsizliyi sisteminin möhkəmləndirilməsində də Azərbaycanla müttəfiq kimi, bərabərhüquqlu qarşılıqlı fayda götürən tərəfdaş kimi əməkdaşlıq etmək niyyətindədir. Onsuz da son illərdə neft-qaz yataqlarına edilən yatırımlar, Rusiya-Azərbayca-İran elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi və digər müqavilələr bu sahədə əməkdaşlığın günbəgün dərinləşdirilməsindən xəbər verirdi.
Bundan başqa, Rusiya hətta Azərbaycanın atom enerjisinə sahib olmasına və ondan stifadə etməsinə belə razılıq verir və bu sahədə bizə yardımçı olmağı bəyan edir ki, bununla Azərbaycan həm öz enerji təhlükəsizliyini təmin etmiş olur, həm regionda, həm də dünyada əsas enerji oyunçularından birinə çevrilir.
33-34-cü maddələr Rusiya Federasiyası və Azərbaycan Respublikasının informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq etmək, beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edilməsini;
36-40-cı maddələr isə ölkələrin müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir tərəfin marağı olduğu təqdirdə onun digər tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərməsi, səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması imkanların öyrənilməsindən, iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım edilməsi, tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin edilməsi, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaradılması, diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atılmasını;
Burda Rusiyanın da olduğu Avrasiya İttifaqına və ŞƏT təşkilatına Azərbaycanın üzvlüyünə dəstəyə işarə edildiyindən əminəm. Bundan baqa, səhiyyə sahəsində Azərbaycanın Rusiya ilə əlaqələrinin çox sıx olduğu şəxsən mənə məlumdur. Ötən il Səhiyyə sahəsində bağlanan müqavilələr,koronavirus pandemiyası vaxtı Azərbaycana ilk mütəxəssis göndərən ölkənin Rusiya olması, sığorta, Tibbi sığorta sahəsində sıx əməkdaşlıq barədə bağlanan müqavilələr artıq belə təcrübənin olduğundan, Vaksin, digər dərmanların hazırlanması yolunda aparılan danışıqlar, yaradılması nəzərdə tutulan birgə müəssisələr isə gələcəkdə bu sahədə əməkdaşlığın daha da dərinləşəcəyindən xəbər verir.
Bundan başqa, son illərdə Rusiyada keçirilən Azərbaycan mədəni tədbirləri, Azərbaycanla bağlı mədəniyyət, kinomatoqrafiya, teatr sahəsində edilən jestlər mədəniyyət sahəsinin də inteqrasiyasının baş verdiyinin elçisidir.
Bizim diaspor təşkilatlarımızın və Azərbaycandakı rus-slavyan icmalarının, onların ictimai birliklərinin və azsaylı rus xalqlarının nümayəndələrinin ölkənin ictimai həyatında fəal iştirakına şərait yaradılmasının qeyd edilməsi, Prezidentlərin görüşündə rusdilli məktəblərin artırılmasının vacibliyinin qeyd edilməsi ölkəmizdə az da olsa müşahidə edilən, Qərb təşkilatları və onların pulu ilə qidalanan KİV-lərin "əkdiyi" və "suvardığı" rusofobiyaya qarşı addım kimi qiymətləndirilməlidir.
42-43-cü maddələri isə tərəflərdən hər birinin öz ərazisində digər tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləməsi, konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də irimiqyaslı mədəni maarifləndirmə tədbirlərinin keçirilməsini təşviq edilməsi nəzərdə tutur.
Gördüyünüz kimi Bəyannamədə toxunulmayan, səylərin birləşdirilməsi nəzərdə tutulmayan heç bir sfera qalmadı. Və beləliklə yeni dünya nizamında – çoxqütblü dünyada Azərbaycan avroatlantik iqtisadi və strateji məkanını deyil, Avrasiya məkanında olmağı seçdi. Düz də etdi. Çünki Azərbaycan Avrasiya sivilizasiyasına aid bir ölkədir, onun avroatlantik sivilizasiyada yeri yoxdur. Yaxşı-pis Avrasiya məkanında yaşamalı, inkişaf etməliyik. Avrasiya bizim taleyimizdir. Bunu dərk etməsək, daha dəqiq özümüzə aid olmayan sivilizasiyaya daxil olmağa can atsaq nə orda qəbul edilərik, nə də öz sivilizasiyamızda hörmət sahibi olacağıq. Bizi “satqın” kimi parçalayıb qurda-quşa yem edərlər.
Bütün bunları nəzərə alıb həm Azərbaycan Respublikasının Prezidentini düzgün qərar verərək Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirdiyinə görə, Azərbaycan xalqını isə belə bir tarixi seçim etmək zamanı öz sükanını doğru rəhbərə həvalə edib onun bu işinə qarışmadığına, ona etibar edərək öz gələcəyini təmin etdiyinə görə təbrik edirəm.

Mövzu linkləri:
Həmçinin oxuyun:
Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Suriya və Ukrayna "cənub" və "qərb" geopolitik cəbhəsi kimi