Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanacaq
Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri barədə məlumat yayıb.
Demotiya.com xəbər verir ki, Kremlin saytında yerləşdirilən məlumata görə, fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq.
Danışıqlarda siyasi, iqtisadi-ticari və humanitar sahələrdə ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün bütün kompleks məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bundan başqa, görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının reallaşmasının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə olunacaq.
Danışıqların yekunu olaraq, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamənin imzalanması nəzərdə tutulur.
Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanır. İmzalanacaq sənədin hazırlanması da çoxdandır başlayıb. Bununla bağlı işə 2021-ci ilin əvvəlindən başlanılıb. Sənədin hazırlanması və razılaşdırması uzunmüddətli iş tələb edir.
Prezident İlham Əliyev 2021-ci ilin sonunda Yeni illə bağlı xalqa müraciətində də Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi.
Odur ki, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Regionun ekspertləri Zəngəzur koridorunu müzakirə etdilər
Xələfov və Rudenko üçtərəfli bəyanatların icrasını müzakirə ediblər
Rusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?
Qəhrəman diyarın igid övladı