Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
11:33, 14 iyul 2021
324
0

Rusiya Tacikistan üçün Əfqanıstan sərhədində sərhəd zastavası tikir


Rusiyanın iştirakı ilə Tacikistanın Əfqanıstanla sərhədində müasir sərhəd zastavasının inşası layihəsi həyata keçirilir, bunun üçün lazım olan bütün vəsaitin ayrıldığı bildirilib.

Bu barədə Rusiya Federasiyası prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov müsahibədə açıqlama verib.   

"Bu layihə həyata keçirilir, Tacikistanda bütün vəsaitlər ayrılıb”, - deyə Zamir Kabulov Zastavanın tikilişi barədə bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov may ayında Düşənbəyə səfəri zamanı Rusiya və Tacikistan yaxın vaxtlarda Tacikistan-Əfqanıstan sərhədində müasir sərhəd zastavasının inşasına dair Moskvanın maliyyə yardımı göstərməsi ilə bağlı bir müqavilə imzalaya biləcəyini açıqlamışdı.

 

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)