Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Flaş / Gündəm / Azərbaycan
Azərbaycan-İran sərhəddində atışma. Ölən və yaralanan var
"Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Bildirili ki, iyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
"HƏMAS" rəsmisi İran və digər müsəlman dövlətləri barədə danışıb
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə
ABŞ qanunlarını qəbul etmədiklərini bəyan edən bir qrup silahlı şəxs meşələrə çəkilib
Prezident bir sıra yolların tikintisinə 6,8 milyon manat vəsait ayırdı