Flaş / Gündəm / İqtisadiyyat-Dünya
00:46, 08 iyul 2021
350
0

Tacikistan Əfqanıstanla sərhəddəki vəziyyətlə bağlı KTMT-dən kömək istəyib


Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib.

RİA Novosti-nin verdiyi xəbərə görə bu barədə Tacikistanın KTMT yanında daimi nümayəndəsi Həsən Sultonov təşkilatın Daimi Şurasının iclasında bildirib.

O, daimi şuranın iclasında çıxış edərkən deyib ki, Tacikistan Əfqanıstanla ən uzun sərhəddə yerləşən bir ölkə olaraq, vəziyyəti nəzarətdə saxlamaq, habelə bu ölkədən gələn təhdid və problemlərə qarşı mübarizə üçün lazımi tədbirlər görür: “Lakin bölgədəki mövcud vəziyyəti və Əfqanıstanla sərhədin müəyyən hissələrinin ucqar dağlıq ərazidə yerləşməsini nəzərə alsaq, bu vəzifənin öhdəsindən tək gəlmək çətin görünür. Bunla bağlı Tacikistan KTMT-dən "adekvat addımlar" gözləyir. Cənub sərhədlərini qorumaq üçün potensial imkanları gücləndirmək lazımdır”.

Sultonov əlavə edib ki, bu çərçivədə Kollektiv Təhlükəsizlik Şurasının 23 sentyabr 2013-cü il tarixli, “Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsində Tacikistan Respublikasına yardım göstərilməsi haqqında" qərarının icrasını təmin etmək zərurəti aktual olaraq qalır: “Buna görə də quruma üzv dövlətləri bu sənədin tam həyata keçirilməsinə töhfə verməyə çağırırıq”.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)