Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
11:51, 22 iyun 2023
592
0

Vurulmuş "Leopard" tankı - Aleksandr Proxanov

Rusiya təkcə silahlar, tanklar və qırıcılar deyil, həm də buzqıran gəmilər, Sibir çayları üzərindən körpülər, transatlantik dəmir yolları tikir. Ki, bunu dolayısı ilə vurulmuş “Leopard” tankı sübut edir.

Prezident Rusiyanın müasir sivilizasiya olduğunu bir daha təsdiqlədi. Və bunu da vurulmuş “Leopard” tankı sübut edir. O, bəyan etdi ki, birqütblü dünyanın sonu yaxınlaşır və dünya bir neçə qütbə – “Leopardın” zirehində açılan dəliklərin sayı qədər olan qütblərə parçalanır.

Prezident açıq şəkildə bildirdi ki, Rusiya siyasətinin qərb istiqaməti şərq və cənub istiqamətləri ilə əvəzlənir, vurulmuş “Leopard” tankı  da buna sübutdur.

Sankt-Peterburq İqtisadi Forumunun iştirakçıları Rusiya prezidentinin çıxışını böyük diqqətlə dinləyirdilər və Putin hər dəfə nəzərini vurulmuş “Leopard” tankına doğru çevirəndə zalda alqış sədaları eşidilirdi. Belaruslar, qazaxlar, taciklər, əlcəzairlilər, suriyalılar, nigeriyalılar, sudanlılar, çinlilər, monqollar və hətta bir alman da əl çaldı. Onun adı German Qref idi.

Forumun kuluarında Leopard tankı ətrafında müzakirələr qızışdı. German Qref elektron rubla keçməyi təklif etdi. Amma yoxsulluq həddində yaşayan forum iştirakçıları social müavinətləri elektron qəpiklər şəklində qəbul etməyə razı olmadılar.

Milyarderlər, Deripaska və Kostin total özəlləşdirməni və dövlət mülkiyyətindən tamamilə qurtulmağı təklif etdilər. Amma forum iştirakçıları arasında özəlləşdirmənin birinci mərhələsinin necə başa çatdığını, Rusiyanın fövqəldövlətdən sellüloid tutuquşuya necə çevrildiyini xatırlayanlar var.

Forumun bir çox iştirakçıları və qonaqları səhiyyə naziri Muraşkonun Rusiyada geylərin, lezbiyanların və transvestitlərin öyrənilməsi mərkəzinin yaradılması barədə mesajından ilhamlandılar. Homoseksuallar və pedofillər üzərində eksperimentlərin aparılıb-aparılmayacağı ilə bağlı suallar yarandı: Və lezbiyanları hərbi xidmətə qəbul etmək olarmı? Bu institutun professor-müəllim heyəti kimlərdən toplanacaq? Bu qurumun yaradılmasına şou-biznes necə reaksiya verəcək.

Sankt-Peterburq İqtisadi Forumu başa çatdı. Panellər və dekorasiyalar söküldü, yarımçıq qalmış krevet və omarlar soyuduculara qaytarıldı və hamı vurulmuş “Leopard” tankını hara qoyacaqlarını düşünməyə başladı. Qərara gəldik ki, tanka “Baltika” pivəsi yükləyib Almaniyaya, kansler Şolza göndərək ki, o, alman zirehli maşınlarının keyfiyyəti barədə düşünsün, həm də SS qohumlarının xatirəsinə rus pivəsi içsin.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)