Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
10:00, 14 iyun 2023
444
0

Putin Ukrayna müharibəsinə uduzmaq üçün girməyib

Putin Ukrayna müharibəsinə uduzmaq üçün girməyib
Ərəb dünyasının tanınmış analitiki Abdolbari Atvan “Raei Alyoum” qəzetində Ukrayna müharibəsi ilə bağlı redaksiya məqaləsində yazır:

Litvada keçirilən NATO toplantısının Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərarı Ukraynadakı müharibənin taleyini həll edəcək, çünki Putin bu yaxınlarda Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi barədə danışıb.

O, deyib: Putinin Amerika və NATO-ya mesajı aydındır; Ukraynada müharibə, ölkənin neytrallıqdan əl çəkməsi və NATO-ya daxil olmağı planlaşdırmasından sonra başlayıb.

Şübhəsiz ki, Ukraynanın ABŞ və NATO tərəfindən dəstəklənən Rusiyaya qarşı hücumunda məqsəd bu ölkəni xəritədən silmək və Rusiyanın ərazi bütövlüyünü birdəfəlik məhv etməkdir.

Biz dəfələrlə demişik ki, Putin Ukrayna müharibəsinə uduzmaq üçün girməyib, ona görə də bu müharibədə qalib gəlmək üçün nüvə silahından istifadə etməkdən çəkinməyəcək, çünki Ukraynadakı müharibədə məğlubiyyət Rusiyanın məhvi deməkdir.

Rusiyanın məhv edilməsi bütün dünyanın məhvi deməkdir və Co Bayden və Avropanın sərt liderlərinin istədiyi budurmu?

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)