Flaş / Gündəm / Siyasət-Region
18:15, 17 may 2023
480
0

Kılıçdaroğlu yenə də atlantist olduğunu ortaya qoydu

Türkiyədə keçirilən prezident seçkilərində əsas müxalifət blokunun vahid namizədi, Ərdoğanla birlikdə prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq Kamal kılıçdaroğlu Ərdoğanı Rusiyanın vassalı olmaqda ittiham etdi.

Seçkiqabağı kampaniyada bir neçə dəfə Rusiyaya qarşı çıxışları ilə diqqət çəkmiş namizəd yenə də ənənəsinə sadiq qaldı. Belə ki, o, əvvəllər prezident seçiləcəyi təqdirdə Rusiya ilə əlaqələri demək olar kəsəcəyini, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulacağını bildirmişdi.

Daha sonra o, Rusiyanı Türkiyədəki seçkilərə müdaxilə etməkdə ittiham etmişdi və Rusiyanın Türkiyənin daxili işlərindən uzaq durmasını tələb etmişdi. Lakin bununla belə, Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı ortaya heç bir dəlil qoymamışdı.

Prezident seçkilərinin ikinci turuna hazırlığın getdiyi bir ərəfədə Kılıçdaroğlu yenə də özünün Twitter səhifəsində çıxış yayımlayıb. O, bu çıxışında Ərdoğanı bir çox şeylərdə ittiham edib. O, əhalini "Rusiyanın vassallığını qəbul etmiş" bir liderə(yəni Ərdoğana - red.) səs verməməyə çağırıb.

Maraqlısı budur ki, Kılıçdaroğlu başqa qərbyönümlü, liberal siyasətçilər kimi ancaq ittiham edir, ortaya sübutlar qoymur. Lakin onun bu ittihamının əksini sübut edən istənilən qədər dəlil ortalıqdadır. Bütün bu dəlillər deməyə əsas verir ki, Ərdoğan müstəqil siyasət yürütməyə çalışır, həm Qərbin, həm də Rusiyanın maraqlarını nəzərə alır, ən birinci öz ölkəsinin maraqlarını həyata keçirməyə çalışır.

ƏslindəKılıçdaroğlunun belə çıxış etməsi, kampaniyasını bu istiqamətdə aparması təəccüblü deyil. O, atlantistlərin, başqa sözlə, Qərbin qlobalistlərinin namizədidir. Müstəqil siyasət yürütməyə çalışan, Avrasiya ölkələri ilə yaxınlaşmağa cəhd edən Ərdoğanı sıradan çıxarmaq, Türkiyəni yenidən tam Amerika nəzarətinə keçirmək planının bir hissəsidir. Qlobalistlərə müstəqil Türkiyə sərf etmir. Çünki, suveren Türkiyənin mövcudluğu onların qlobal ağalıq planlarına daxil deyil. Onalrın planına görə, bütün dünya onların nəzarətində olmalı, vassal kimi əmrlər icra etməlidir.

Avrasiya qüvvələrinin atlantistlərlə bütün dünyada, bütün müstəvilərdə kəskin, hətta deyərdim ki, ölüm-dirim mübarizəsinə başladığını nəzərə alanda hazırda Türkiyədə baş verənləri izah etmək olur. Demokratiya, iqtisadi vəziyyətin kəskin aşağı düşməsi, sosial təminatın pisləşməsi və s. bu kimi şeylər sadəcə dünyaya ağalıq etməyə çalışanlarla(atlantislər) onların hakimiyyətini qəbul etmək istəməyənlərin(avrasiyaçılar) müharibəsində istifadə edilən metod, vasitə, örtük, şirmadan başqa bir şey deyil.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)