Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
Ər-Riyad Tehrandan Yəməndə vasitəçi olmasını istəyib
Cümə axşamı axşam Yəmən mediası bildirib ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı zamanı Ər-Riyad Tehrandan Yəməndə vasitəçi olmasını istəyib.
Əl-Xəbər əl-Yəməni xəbər saytı bildirib ki, bu söhbətdə bin Fərhan iki tərəf arasında gərginliyi azaltmaq üçün həmkarından belə bir xahiş edib.
Məlumata görə, Səudiyyə Ərəbistanı Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının Yəmənə hücumunun 9-cu ildönümündə, xüsusən də Yəmən hökumətinin Səudiyyə Ərəbistanı ilə həmsərhəd əyalət olan Cəvf bölgəsində hərbi təlimlər keçirəcəyi ilə bağlı bəyanat verməsindən sonra Səna tərəfindən yarana biləcək təhdidin nəticələrindən qorxaraq belə bir addım atır.
Artıq Yaxın Şərqdə də nizamlama prosesi işə düşüb deyə bilərik. İranla Səudiyyə arasındakı münasibətlərin normallaşmasından sonra Yəmənlə Səudiyyə arasındakı münasibətlərin normallaşması üçün diplomatik həll imkanları yaranmış oldu. Qalır tərəflərin bu cür tarixi şansdan necə yararlanması məsləsi.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
İranın mühasirəni yarması - Pekin, Tehran və Moskvanın qələbəsi
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
2023-cü ilin strategiyaları və ssenariləri
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü