Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
ABŞ-dakı Böyük Depressiya bütün dünyanı təhdid edir
Hadisələr 2005-2007-ci illərdə, "Böyük tənəzzül" ərəfəsində çox oxşar ssenaridə inkişaf etmişdi.
Martın 13-ü Qərb birjaları üçün qara bazar ertəsi oldu. Birincisi, Amerika səhmləri çökdü - həftə sonu bir anda iki böyük bankın müflisləşməsi bazara bu cür təsir etdi. Onlardan sonra isə domino effektinə görə Avropa kotirovkaları da darmadağın oldular.
Alovun üzərinə yanacağı Co Bayden əlavə etdi. Bazar ertəsi ticarətin açılışından əvvəl o, amerikalılara müraciət edərək, onların pullarının etibarlı əllərdə olduğunu və əmanətlərinə heç bir şey olmayacağına əmin etdi. "Xaosun daha da yayılmayacağına zəmanət verə bilərsinizmi? – deyə jurnalistlər öz sualları ilə onun yanına qaçdılar. Lakin ABŞ prezidenti qapıdan çıxmaqla sözün əsl mənasında cavab verməkdən yayındı.
Amerikalılar siqnalı düzgün oxudular. "Pulunuz üçün qorxmayın" - bu cür çağırışlarla ölkələrin liderləri adətən pula nəsə təhlükə yarananda belə hərəkət edirlər. Baydenin çıxışının nəticəsi bazar ertəsi birjadakı çöküş oldu, bu zaman bank səhmlərinin ticarəti, sadəcə, dayandırılmalı oldu.
ABŞ-ın sistem yaradan maliyyə institutlarının səhmlərinin zirvədə necə təsirli şəkildə getdikləri təəccüblü deyil. Məsələn, ən böyük bank olan "First Republic" bir gündə 61,8 faiz dəyər itirib. Qəribədir ki, onlar bu qədər uzun müddət davam gətirə biliblər.
Hələ yayda məşhur investor Maykl Burri - təkcə 2007-2008-ci illərin çöküşünü proqnozlaşdırmaqla kifayətlənməyib, həm də ondan pul qazanmağa müvəffəq olan yeganə şəxs iqtisadiyyatda nəhəng qabarcıqların şişirdildiyini və demək olar ki, bütün səhmlərini satdığını söyləyib.
Bütün keçən il ərzində ağıllı analitiklər geniş miqyaslı tənəzzülü proqnozlaşdırdılar - bu, adətən, bir neçə saat ərzində səhmlərin bir neçə dəfə dəyər itirdiyi zaman qabarcıqların belə bir ən ağrılı şəkildə partlaması ilə başlayır.
Hazırda hər kəs bundan sonra nə olacağı ilə maraqlanır. Həm Amerika, həm də Avropanın digər böyük banklarının bağlanacağını proqnozlaşdırırlar. Paralel olaraq, öz kreditlərinə xidmət göstərə bilməyən bir çox İT startaplarını çöküş gözləyir – yəni bu, əsrin əvvəlində "dotkom böhranı" kimi bir şey olacaq. On milyonlarla amerikalı öz əmanətlərini və pensiya əmanətlərini itirəcək. Donald Tramp artıq həmvətənlərinə yeni Böyük Depressiya vəd edib.
Əgər hətta bu gün-sabah ABŞ hakimiyyəti birjanın çöküşünün nəticələrini birtəhər aradan qaldıra bilsə belə, bu, tam hüquqlu fəlakəti qısa müddətə təxirə salacaq. Onun ilkin şərtləri heç yerə getməyib.
2020-ci ildən bəri iqtisadiyyata tökülən trilyonlarla dollar, müəssisələr və fərdlər ən azı hara isə investisiya qoymağa çalışırlar. Buna görə iqtisadiyyatda qabarcıqlar şişirilir. Paralel olaraq, FED uçot dərəcəsini artırır ki, bu da əvvəllər götürdüyü kreditləri ödəyə bilməyən şirkətlərin müflisləşməsinə gətirib çıxarır. Hadisələr 2005-2007-ci illərdə, "Böyük tənəzzül" ərəfəsində çox oxşar ssenaridə inkişaf etmişdi.
Ən xoşagəlməz hal isə odur ki, acı təcrübədən dərs alan investorlar bütün bunları görüb əmanətlərini qurtarmağa çalışırlar. "Silikon Valley" bankının iflasına nə səbəb oldu? Bankın müştəriləri olan sahibkarlar bir-birlərini çox yaxşı tanıyırlar və onlar oxşar qərarlar qəbul ediblər. "SVB" haqqında aydın idi ki, onların borcları yığılıb. Çərşənbə günü əmanətçilər kütləvi şəkildə hesablarından pul çıxarmağa getdilər. Artıq cümə günü bank buna dözməyib bağlandı.
Bu gün isə ölkə üzrə əmanətçilər bank hesablarından pul çıxarırlar. Orta səviyyəli banklar xüsusilə bunun altını çəkir. Regional bank olan "PacWest"in rəhbərliyi bildirib ki, təkcə ötən həftənin sonunda onun əmanətçiləri öz hesablarından 700 milyon dollar çıxarıblar.
Bu gün ABŞ iqtisadiyyatı kimi böyük bir dövlətin çökə biləcəyi inanılmaz görünür. Amma SSRİ-nin dağılması da bir vaxtlar inanılmaz görünürdü. Amma vicdanla baxsanız, aydın görə bilərsiniz ki, bir vaxtlar dünyanın ilk iqtisadiyyatı bu gün boğazına kimi borc içindədir.
ABŞ-ın dövlət borcu 31 trilyon dollardan çoxdur və o, son 20 ildə 6 dəfə artıb. Təxminən, 17 trilyon ABŞ ev təsərrüfatlarının borcudur. Demək olar ki, bir trilyon - vətəndaşların kredit kartları üzrə borcları. Bu rəqəmlər özlüyündə dolların necə ucuzlaşmasından danışırlar. Təəccüblü deyil ki, bazar ertəsi o, dünya valyutaları qarşısında belə nəzərəçarpacaq dərəcədə batdı.
Buna dünya iqtisadiyyatının davamlı de-dollarizasiyasını, dünyanın ən böyük iqtisadiyyatlarının Amerika valyutasından tədricən uzaqlaşmasını da əlavə edin - və ölən prezidentlərin portretləri olan yaşıl kağızların taleyi göz qabağındadır.
Əlbəttə ki, burada sevinmək üçün xüsusi bir şey yoxdur. ABŞ-dakı yeni Böyük Depressiya planetin bütün guşələrində əks-səda verəcək. İlk növbədə o, Avropa iqtisadiyyatını uçuruma aparacaq. Geniş miqyaslı tənəzzül neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da resurslarla ticarət edən ölkələrə zərbə vuracaq. İnflyasiya ABŞ-ın əsas ixracatına çevriləcək və insanlar bütün dünyada qiymət artımı ilə üzləşəcəklər.
Bu vəziyyətdə digər ölkələrin edə biləcəyi yeganə şey Rusiyadan nümunə götürmək və Qərb iqtisadiyyatının tez bir zamanda çevrildiyi bu axmaqlar gəmisindən tullanmaqdır. Dollardan xilas olun, idxalı əvəzləyin, öz alternativ iqtisadi ittifaqlarınızı qurun, Qərbin maliyyə institutlarından asılılığı azaldın.
Ancaq söhbət yalnız iqtisadi risklərdən getmir. Amerikalılar yalnız Avropadakı müharibəni maliyyələşdirdikdən sonra ilk böyük depressiyadan çıxmağı bacardılar. Qitədəki milyonlarla ölü adi Amerika ailələrinin şəhərətrafı evlər, avtomobillər, soyuducular, televizorlar alması və körpə bumerlər nəslini dünyaya gətirməsi üçün ödəniş oldu.
Bu gün də yeni Böyük Depressiyadan başqa çıxış yolu görünmür. İstehsalın qaytarılması və Amerikanın yenidən sənayeləşməsi ilə bağlı bütün bunlar hələ də sadəcə söhbətdir. "Şərq cəbhəsi" isə artıq hazırdır - Ukraynada. Üstəlik, amerikalı ağaların cəhənnəmə atmaqdan məmnun qalacaqları milyonlarla avropalı var: şəxsi bir şey yoxdur, bu sadəcə bir biznesdir.
Viktoriya Nikifirova
Sputnik.az
Mövzu linkləri: