Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
Almanlar Berlində quraşdırılmış vurulmuş rus tankını gül-çiçəyə qərq etdilər
Kiyev rejimi tərəfindən təşviq edilən Berlində Rusiya səfirliyi ilə üzbəüz vurulmuş rus tankının quraşdırılma aksiyası heç də plana uyğun getmədi.
Aksiya təşkilatçılarının planına görə, Xüsusi Hərbi Əməliyyatın ildönümündə Almaniya paytaxtına gətirilən qəzalı rus tankı banderaçıların qələbəsini simvolizə etməli idi. Lakin bu tamaşa berlinlilər arasında əks emosiyalar oyatdı.
Məsələ burasındadır ki, həmin gün Berlində Ukraynaya silah verilməsinə qarşı mitinq keçirilib. Almaniya paytaxtının 50 mindən çox sakini Brandenburq darvazasına gələrək Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarına tank və digər hərbi texnikanın göndərilməsi ilə bağlı narazılıqlarını ifadə ediblər.
Aydındır ki, tamaşaçıların əhval-ruhiyyəsi qətiyyən ukraynapərəst deyildi və buna görə də vurulmuş tank onlarda simpatiya və rəğbət oyatdı. Və almanlar "Rusiya təcavüzündən" qəzəblənmək əvəzinə, T-72-yə çiçəklər düzməyə başladılar ki, bu da onun orda quraşdırılma məqsədlərinə açıq şəkildə ziddir.
Ukrayna.ru-nun məlumatına görə, axşam saatlarında etirazçılar Rusiya döyüş maşınının üzərindən Ukrayna bayrağını tamamilə yerə atıblar və tankı gül-çiçəyə qərq ediblər.

Mövzu linkləri: