Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika
10:18, 22 fevral 2023
332
0

“Azərbaycan – Avrasiya inteqrasiya təşəbbüslərinin qovuşma nöqtəsi” - Dəyirmi masa


Fevralın 21-də Rusiyanın Azərbaycandakı səfirliyi və ölkəmizdəki Rusiya Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan – Avrasiya inteqrasiya təşəbbüslərinin qovuşma nöqtəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirdik. Konfransı giriş sözü ilə Avrasiya Ekspert və Analitik Mərkəzinin rəhbəri, İqtisadiyyat, İdarəetmə və Biznes İnstitutunun direktoru, professor Elşad Məmmədov açıb.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri cənab M.Boçarnikov, Türkiyənin Vətən Partiyasının sədri D.Perinçek, əsas məruzəçi qismində Rusiya Baş nazirinin müavininin Katibliyinin rəis müavini F.Çernitsın, eləcə də Avrasiya İqtisadi Komissiyasının departament rəhbəri D.Yejov və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı E.Mirbəşiroğlu çıxış etdilər.
Tədbirin əsas leytmotivi Azərbaycanla Avrasiya məkanı ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsinin məqsədəuyğunluğunun bəyan edilməsi idi.

Tədbirin təşkilatçısı və moderatoru, professor Elşad Məmmədovun fikrincə, tədbirdə çıxış edənlər ümumi razılığa gəliblər, xüsusilə də Avrasiya iqtisadi inteqrasiyasının genişlənməsinin qlobalizasiya prosesinin iflası fonunda yaranan çağırışlara bir növ cavab ola bilməsi barədə. 
Onun fikrinə görə, ölkə əhalisinin çox hissəsi investisiya fəallığının artırılması və satış bazarlarının genişləndirilməsi baxımından regionumuzun malik olduğu əhəmiyyətli rəqabət üstünlükləri barədə ciddi düşünməlidir.
Professor əmindir ki, Avrasiya iqtisadi inteqrasiyasının ölkəmizin xarici iqtisadi siyasətinin prioritet istiqaməti olması daxili iqtisadiyyatın rəqabətədavamlılıq xüsusiyyətini xeyli gücləndirəcək.
Professor xüsusilə sevindirici hal kimi qeyd edir ki, keçirdikləri tədbirlər getdikcə genişmiqyaslı xarakter almağa başlayır, iştirak coğrafiyası hər dəfə genişlənir. O, həm də əmindir ki, belə tədbirlər ölkəmizdə müsbət və konstruktiv gündəlik yaratmağa kömək etmiş olur.
"Hesab edirəm ki, ölkəmizin Avrasiya iqtisadi inteqrasiyasında iştirakının dərinləşdirilməsi mövzusuna həsr olunmuş ekspert və analitik tədbirlərimizə start verildiyi vaxtdan - yarım ildən də az bir müddətdə dövlətimiz üçün ölkənin ictimai rəyində konstruktiv və müsbət gündəliyi xeyli dərəcədə gücləndirməyə nail olmuşuq" - deyə professor qeyd edib.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)