Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / İqtisadiyyat-Region / İqtisadiyyat-Azərbaycan
18:48, 11 yanvar 2023
441
0

Ekspertlər Azərbaycan - Avrasiya İqtisadi İttifaqının əməkdaşlıq perspektivlərini müzakirə etdilər

Demotiya.com xəbər verir ki, 11 yanvar 2023-cü il tarixində Bakıda Həştərxan İş Mərkəzində İqtisadiyyat, İdarəetmə və Biznes İnstitutunun təşkilatçılığı, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Avrasiya Ekspert və Analitika Mərkəzinin “Azərbaycan və Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq perspektivləri” mövzusunda növbəti tədbiri keçirilib.
​​​​
Tədbir Azərbaycanın Avrasiya inteqrasiyasının gücləndirilməsi prosesində iştirak perspektivlərinə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacağı təqdirdə əldə edə biləcəyi imkanların və üstünlüklərin təhlilinə həsr olunmuşdu. Tədbir Rusiyanın görkəmli dövlət xadimi, Rusiya parlamentinin keçmiş sədri, bu yaxınlarda dünyasını dəyişən professor Ruslan Xasbulatovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra professor Elşad məmmədov Azərbaycan-Avrasiya İqtisadi İttifaqı əlaqələrinin inkişaf etdirilməsi, bu yolda mövcud olan problemləri, onların həlli yollarını, bu inteqrasiya zamanı tərəfləri perspektivdə gözləyən qarşılıqlı faydalar barədə məlumat verərək Azərbaycanın Avrasiya inteqrasiyasındakı xüsusi rolunu qısa şəkildə qeyd etdi.
Tədbirdə Azərbaycanın Avrasiya iqtisadiyyatının inteqrasiyasında mümkün iştirakı mövzusunda çıxış edən Rusiyanın Azərbaycandakı səfiri cənab Boçarnikov Qazaxıstan Respublikasında işlədiyi zaman şahidi olduğu Avrasiya İqtisadi İttifaqının yol xəritəsinin hazırlanması, Təşkilatın təsis edilməzdən əvvəl keçdiyi inteqrasiya proseslərindən və təsisdən sonra əldə edilən nailiyyətlərdən danışdı, Azərbaycanın bu Təşkilatla əməkdaşlığının əhəmiyyətini xüsusilə vurğuladı.
Valday Klubunun eksperti, politoloq Fərhad İbrahimov geniş məruzə ilə çıxış edərək Azərbaycanın Avrasiya inteqrasiyasında oynadığı mühüm rolu, son illərdə əldə edilən razılaşmalar əsasında əldə edilən nailiyyətləri və daha sıx inteqrasiya zamanı ölkələri perspektivdə gözləyən davamlı, stabil iqtisadi yüksəlişləri rəqəmlərlə dinləyicilərin nəzərinə çatdırdı.
Bundan sonra isə tədbir iştirak edən bütün ekspertlərin iştirakı ilə sual-cavab şəklində müzakirələrlə davam etdi.
Qeyd edək ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə yanaşı, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin 1-ci katibi Aybek Şaripov, eləcə də Azərbaycan, Rusiya və Qazaxıstanın ekspert icmasının və Rusiya KİV-lərinin nümayəndələri də iştirak ediblər.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)