Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / İqtisadiyyat-Region / İqtisadiyyat-Azərbaycan / İqtisadiyyat-Analitika
Avrasiya iqtisadi inteqrasiyasının məqsədəuyğunluğu göz qabağındadır
Hesab edirəm ki, dünya iqtisadiyyatında baş verən proseslər, dollar mərkəzli qlobalizmin faktiki iflasa uğraması fonunda, dünya iqtisadiyyatında qlobal borcun dünya ÜDM-dən (Ümumi Daxili Məhsulundan) dəfələrlə artıq olduğu bir şəraitdə, postsovet məkanında texniki-iqtisadi inkişafın idarə olunması baxımından yeni iqtisadi modelin tətbiqi haqqında düşünməyin vaxtı nəhayət ki, gəlib çatıb.
Qlobal əmək bölgüsü və dünya ehtiyat valyutasının devalvasiyası nəticəsində mümkün olan xarici sərmayə axını hesabına əvvəlki iqtisadi idarəetmə modelini izləmək açıq uzunmüddətli perspektiv üçün həyat qabiliyyətli olmadığını göstərdi. Bu, özünü açıq şəkildə hələ 2008-ci ilin qlobal iqtisadi böhranı zamanı - kapitalist iqtisadiyyatı modeli çərçivəsində uçot dərəcəsinin aşağı salınması(Hansı ki, ABŞ Federal Ehtiyat Sistemində sıfıra qədər endirildi, avrozona isə tamamilə mənfi göstəricilərə düşdü) ilə iqtisadi tələbin stimullaşdırılması resurslarının tükənməsində büruzə verdi. Hesab edirəm ki, bu, əslində klassik maliyyə kapitalizminin sonu idi və ondan sonra baş verən bütün proseslər yalnız dünya iqtisadiyyatının və onun nəhəng infrastrukturunun sabitliyinin qorunması prosesinə fərqli yanaşmaların təzahürü idi. Beləliklə, böhrandan dərhal sonra dünyanın aparıcı emissiya mərkəzləri dünya maliyyə kapitalizminin "əlifbasına" əsasən kapitalın, o cümlədən, əlbəttə ki, maliyyə kapitalının gəlirli olmalı olduğuna məhəl qoymayaraq, böyük pul vəsaitlərini onlara yaxın olan transmilli banklar şəbəkəsi vasitəsilə dünya iqtisadiyyatına praktiki olaraq heç neçəyə tökməyə başladılar. Və qeyd etmək lazımdır ki, bu pul vəsaitlərinin böyük əksəriyyəti maliyyə bazarında toplandı, heç vaxt iqtisadiyyatın real sektoruna çatmadı. Əvvəlki Amerika prezidentinin acı taleyi “dünya demokratiyasının beşiyində” öz ölkəsinin maraqları və onun dövlət quruluşunun klassik modelinin əsasları uğrunda mübarizə aparmağa qərar verənlərin başına nə oyunlar gətirildiyini bir daha nümayiş etdirdi.
Belə bir şəraitdə tamamilə aydındır ki, postsovet məkanı ölkələrinin Qərb sərmayəsinin axını və milli iqtisadiyyatlarının qlobal dəyər zəncirinə inteqrasiya etmək cəhdləri hesabına öz iqtisadiyyatlarını dəstəkləmək üçün apardıqları hesablamalar iqtisadiyyat elmi nöqteyi-nəzərindən, daha dəqiq, mücərrəd, həyatla heç bir əlaqəsi olmayan monetarizmin ekonometrik modelləri nöqteyi-nəzərindən deyil, məhz real iqtisadiyyat elmi nöqteyi-nəzərindən heç ümidverici görünmür. Burada qeyd etmək yerinə düşərdi ki, hətta postsovet məkanının xarici sərmayənin axını baxımından ən çiçəklənən illərində belə həmin investisiyaların mütləq əksəriyyəti ölkələrimizin iqtisadiyyatının xammal sektorlarına yönəldilmiş, regionumuzun ölkələri balanssız təsərrüfat ölkələrinə, xammal mənbələrinə və dünya iqtisadiyyatının “maliyyə donorlarına” çevrilmişdi. Belə ki, ekspert məlumatlarına görə, postsovet məkanı ölkələrindən xammalın ixracından əldə olunan valyuta gəlirlərinin böyük hissəsi Qərbə və dənizə gedib və indi də getməkdədir, yerdə qalan hissəsi isə xarici investisiya adı altında qayıdır, iqtisadi rifah illüziyası yaradır.
Yeri gəlmişkən, müxtəlif mənbələrdən əldə edilən məlumatlara görə, postsovet məkanı ölkələrinə birbaşa xarici investisiyaların həcmi baxımından son illər “bədnam 90-cı illərdən” sonra ən problemli illər olub. Və bildiyiniz kimi, investisiya yoxdursa, iqtisadi inkişaf da yoxdur. Ona görə də mən tam əminəm ki, postsovet məkanı ölkələrində davamlı və sürətli iqtisadi inkişafa nail olmaq üçün öz inkişaf institutlarını yaratmaqla daxili, regional iqtisadi artım mənbələrini formalaşdırmaq lazımdır. Bu isə öz növbəsində mal və xidmətlər, əmək, elmi-texniki əməkdaşlıq üçün ümumi bazarların formalaşmasını, regionumuzun ölkələrini birləşdirən nəqliyyat və logistika marşrutları şəbəkəsi vasitəsilə birləşən güclü istehsal mərkəzlərinin yaradılmasını tələb edir.
Eyni zamanda, fikrimcə, Avrasiya iqtisadi inteqrasiyasının perspektivləri nöqteyi-nəzərindən, mövcud təcrübə onu deməyə imkan verir ki, iqtisadi inteqrasiya öz-özlüyündə şübhəsiz böyük iqtisadi partlayış effekti verməyə qadirdir. Lakin bu inteqrasiya iqtisadi idarəetmə siyasətinin adekvat çağırışlarına, o cümlədən, innovasiyaların artırılmasına və inteqrasiya olunmuş istehsal, ticarət və təchizat zəncirlərinin formalaşmasına, investisiyaların yaradılmasına köklənmiş vahid maliyyə bazarının yaradılmasına, qarşılıqlı hesablaşmaların keyfiyyətcə yeni mexanizmlərin yaradılmasına yönələn makroiqtisadi siyasətə əsaslanmazsa, inteqrasiya effekti davamlı ola bilməz və xarici təsirdən asılı olacaq.
Məncə, bütün bu suallar müvafiq regional iqtisadi inteqrasiyanın arxitekturasının qurulmasında nəzərə alınmalı və ən başlıcası, unutmamalıyıq ki, məhz bizim xalqlarımız 1930-cu illərin dünya iqtisadi böhranı, "Böyük Depressiya" dövründə, indiki ağrılı vəziyyətə bənzər şəraitdə sənayeləşməni və planetin quru ərazisinin altıda birində ötən əsrin sonlarına qədər davam edən sosial inkişafı və rifahı əvvəlcədən müəyyən edən görünməmiş texnoloji və iqtisadi sıçrayışa nail olmuşdur. Aydındır ki, indi zaman başqa, reallıqlar başqadır. Lakin texnoloji və iqtisadi baxımdan mənzərə çox oxşardır və bu mənzərə texniki-iqtisadi inteqrasiya və əməkdaşlıq yolu ilə bütün regionumuzun davamlı və qabaqcıl inkişafına töhfə verən iqtisadi siyasətin formalaşdırılması üçün qeyd-şərtsiz ilkin şərtlər yaradır.
Fikrimcə, regionumuzda yerləşən dövlətlərdə vahid iqtisadi məkanın formalaşdırılması ilə bağlı qərarların qəbuluna təcili keçidin zəruriliyi haqqında ümumi anlaşma nə qədər tez baş tutarsa, region ölkələrinin ilk öncə SSRİ tərkibində ötən əsrin 70-ci illərində düşdüyü, sonra isə postsovet məkanı olaraq “Avropa rifahının” donoruna çevrildiyi qeyri-bərabər xarici ticarət tələsindən bir o qədər tez çıxa bilər. Avropa buna nə ilə cavab verdi və cavab verməkdədir? Məncə, bunu uzun-uzadı izah etməyə ehtiyac yoxdur, necə deyərlər, bunu bilmək üçün alim olmağa ehtiyac yoxdur. Ona görə də liberal Qərbin və onun əlaltılarının uydurduğu və uyduracağı əhşət hekayələrini, yaratdıqları maneələrə baxmayaraq, hesab edirəm ki, Avrasiya iqtisadi inteqrasiyasının məqsədəuyğunluğu göz qabağındadır.
Mövzu linkləri: