Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
Macarıstan prezidenti NATO-nu Ukraynadakı münaqişəyə qarışmamağa çağırıb
Macarıstanın prezidenti Katalin Novak ölkəsində fəaliyyət göstərən xarici ölkə səfirləri ilə görüşdə bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyalara qapılmamalı və bu səbəbdən münaqişəyə qarışmamalıdır.
Macarıstan Prezidenti Katalin Novak NATO-nu Ukraynadakı münaqişəyə cəlb olunmamaq barədə xəbərdar edib və təşkilatı emosiyaları deyil, praqmatizmi rəhbər tutmağa çağırıb. Bu barədə RİA Novosti "MTI" agentliyinə istinadən xəbər yayıb.
"Bu məsələdə (Ukraynadakı münaqişə - red.) praqmatik olmaq lazımdır, lakin Avropanın sağ qalması haqqında da düşünmək lazımdır. Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyalara qapılmamalı və bu səbəbdən münaqişəyə qarışmamalıdır", - deyə Novak Macarıstanda çalışan xarici səfirlərlə görüşündə bildirib.
Prezident diplomatları bir-birinin mədəniyyətinə qarşılıqlı hörmət və praqmatizm ruhunda işləməyə çağırıb.
Moskva daha əvvəl qeyd edib ki, Ukraynaya "davamlı irimiqyaslı yardım" getdikcə daha çox "Qərb dövlətini Kiyev rejiminin tərəfində münaqişəyə cəlb edir".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov içində Ukrayna üçün silah olan istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyinə diqqət çəkib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərb tərəfindən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.

Mövzu linkləri:
Həmçinin oxuyun:
Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni
Moskva bəyannaməsinin iki ölkə üçün əhəmiyyəti
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.