Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika
16:32, 30 noyabr 2022
359
0

Rusiya - Çin ticarətində sıçrayış - ANALİTİKA

IV Rusiya-Çin Enerji Biznes Forumu zamanı ötən il ərzində ölkələr arasında ticarət dövriyyəsinin potensial qiymətləndirilməsi aparılıb. “2021-ci ilin nəticələrinə görə, Çin Rusiyanın ticarət tərəfdaşları siyahısında birinci yeri tutub. Bu il də temp belə davam edərsə, ticarət dövriyyəsi 180-190 milyard dollarlıq rekord həddə çata bilər” - deyə “Rosneft”in baş direktoru İqor Seçin çıxışı zamanı bildirib.

Şərqə istiqamətlənmə prosesi necə gedir, yuanın ölkələr arasında münasibətlərdə rolu nə qədər artacaq və Rusiya üçün başqa hansı bazarlar vəd edir?

Proqnoz özünü doğruldur
Noyabrın əvvəlində Çinin Baş Gömrük İdarəsi bildirib ki, 2022-ci ilin on ayının yekunlarına görə, Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi 153,938 milyard dollar təşkil edib (2021-ci ilin eyni dövrü ilə müqayisədə 33% artım) - “Finam”ın makroiqtisadi təhlil şöbəsinin rəhbəri Olqa Belenkaya statistikaya istinad edir.

- Bu dövrdə Çindən Rusiyaya ixrac 12,8%, idxal isə 49,9% artıb. Buna əsaslansaq, ilin sonuna qədər ticarətin 180-190 milyard dollara çatacağı təxminləri real görünür. Bu il Rusiya Qərb ölkələri ilə ticarət dövriyyəsini kəskin şəkildə azaldıb, yenidən Cənub və Şərqə istiqamətlənib. Bu, Çindən başqa, Hindistan, Türkiyə (doqquz ayda ticarət dövriyyəsi demək olar ki, iki dəfə artıb), Avrasiya İqtisadi İttifaqı ölkələri ilə daha çox nəzərə çarpır - deyə o, yekunlaşdırır.

Şumlanmamış, xam sahə
Çox vaxt iki ölkə arasında münasibətlərdə elə vəziyyətlər olurdu ki, Çinin hakimiyyət və işgüzar dairələrinin nümayəndələri bir şeyi deyirdilər, amma bunun əksini edirdilər. Amma xoşbəxtlikdən indi belə deyil - Bank İşi İnkişaf İnstitutunun direktor müavini Yuliya Makarenko bildirib.

- 2021-ci ildə ticarət dövriyyəsi rekord səviyyəyə – 146,88 milyard dollara çatıb ki, bu da əvvəlki 2020-ci illə müqayisədə 35,8% çoxdur. 190 milyard dollarlıq rəqəmlərlə artım illik əsasda təxminən 30% olacaq. Yəni, iki il ardıcıl artım - hər il üçdə bir qədər. Bunlar çox yüksək dərəcələrdir. Beləliklə, elan edilmiş reorientasiya göz qabağındadır.

Ekspert qeyd edir ki, Çin və ABŞ arasında ticarət əlaqələri daha genişdir.
- 2021-ci ildə bu ölkələr arasında ticarət dövriyyəsi 755 milyard dollardan çox olub, lakin qarşılıqlı tənqidlər və geosiyasi vəziyyət fonunda münasibətlər pisləşir. İlk yeddi ayda artım 9,5% təşkil edib. Yəni artım tempi Rusiya-Çin səviyyəsindən aşağıdır və dinamikanın azalması tendensiyası müşahidə olunur. Amma Rusiya ilə Çin arasında əməkdaşlıq çox perspektivlidir – mütəxəssis  deyib.

Onun sözlərinə görə, Çin yeganə perspektivli satış bazarı deyil.
— Beləliklə, ardıcıl bir neçə ildir ki, Yaxın Şərq ölkələri ilə əlaqələrin qurulması geniş müzakirə olunur (xüsusən bunu RBİF elan edib): Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və s. Məsələn, BƏƏ-yə gəlincə, Rusiya şirkətləri hazırda yeni bazar reallıqlarına uyğunlaşaraq orada kütləvi şəkildə filiallar açır” - Yuliya Makarenko fikrini yekunlaşdırır.

Yeni münasibətlər
Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının Tətbiqi İqtisadi Tədqiqatlar İnstitutunun və maliyyə bazarlarının təhlili laboratoriyasının rəhbəri Aleksandr Abramovun fikrincə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi sürətlə artır.

“Bu müsbət irəliləyiş onu göstərir ki, Rusiya tədricən sanksiyalara uyğunlaşmağın yollarını axtarır. Amma burada bir problemi qeyd edərdim: Rusiyadan ixrac daha sürətlə artır. Və bu, bir qayda olaraq, neft və digər xammaldır. 2022-ci ilin 10 ayı ərzində Çinə ixrac 94 milyard dollar, Çindən idxal isə 60 milyard dollar təşkil edib.Mən istərdim ki, idxal daha sürətlə artsın və ölkələrimiz arasında daha sıx birbaşa qarşılıqlı əlaqə qurulsun. İndi bir çox Çin malları üçüncü ölkələr vasitəsilə reeksport şəklində Rusiya iqtisadiyyatına daxil olur".

Alimin fikrincə, 2022-ci ildə Rusiya iqtisadiyyatının xüsusiyyətləri dost ölkələrlə: Ermənistan, Qazaxıstan, Belarusiya, Özbəkistanla ticarət dövriyyəsinin artmasına səbəb olub.

“Bu, böyük ölçüdə ona görə baş verib ki, bu ölkələr dünyanın müxtəlif ölkələrindən məhsulların təkrar ixracını təmin edən tərəfdaş kimi çıxış edirlər” - o fikrinə davam edir. 

- Bundan əlavə, Rusiya İran və Türkiyə ilə çox fəal şəkildə əlaqələr qurur. Biz ticarətimizin yenidən istiqamətləndirilməsində bir çox irəliləyişlər görürük. Mən demirəm ki, bütün problemlər həll olunub, amma hər halda bu ölkələrlə əlaqələrin uğurla qurulması çox vacibdir.

Mütəxəssisin sözlərinə görə, yuan Moskva birjasında ən çox satılan valyutalardan birinə çevrilib.
- Yuanla əməliyyatların dövriyyəsi avro ilə aparılan əməliyyatların dövriyyəsi ilə müqayisə edilir. Rus investorları üçün yuan tanış valyutaya çevrilir. Amma mənə elə gəlir ki, yuanın yerli investorlar arasında populyarlığından danışmaq hələ tezdir. Çünki rublun potensial dəyişkənliyindən qorunmaq üçün yuan daha çox investorları cəlb edir. Eyni zamanda, yerli investorlar və fiziki şəxslər, təşkilatlar heç də həmişə yuanın harada istifadə oluna biləcəyini anlamırlar. Nə qədər ki, əhali Çinə kütləvi səfər etmir və Çin şirkətləri ilə ticarət əlaqələrində müəyyən məhdudiyyətlər var, yuana tələbat aşağı olaraq qalır. Ona görə də yuanın bu gün dollar və ya avroya alternativ olduğunu söyləmək tez olardı” - Aleksandr Abramov deyir.

Yeni ölkələr üçün yeni bazar
İqtisadiyyat işləməlidir: Rusiya Federasiyasının ticarət dövriyyəsində Avropa İttifaqı itkisi Çinlə ticarətin payının artmasına səbəb olur. «ИВА Партнерс» İnvestisiya Şirkətinin Kapital Bazarı Departamentinin icraçı direktoru Artyomm Tuzov deyir.

Çin "dünya emalatxanası" kimi tanınır və avropalı təchizatçılar tərəfindən satılan malların əksəriyyəti Çində istehsal olunurdu. Bu baxımdan, birbaşa istehsalçıya getmək yalnız vaxt məsələsi idi.
Ekspertin fikrincə, dünyanın 2/3 hissəsi resursların alınmasında və malların tədarükündə Rusiya Federasiyası ilə həvəslə əməkdaşlıq edir.

- Qloballaşma ona gətirib çıxardı ki, istehsalçıların çox vaxt məhsullarını təmin edə biləcəkləri yeni bazarları olmur. Lakin burada 150 milyonluq bir bazar boşaldılıb. Digər bazarlara orientasiya prosesi tam sürətlə davam edir.

İnfrastruktur çatdırmır
Dərc edilmiş məlumatlara əsasən, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi həqiqətən də artıb və rekord göstəriciyə çevriləcəyini vəd edir – Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının İctimai Elmlər institutunun mediakommunikasiya məktəbinin İnteqrasiya Edilmiş Kommunikasiyalar kafedrasının dosenti, fəlsəfə doktoru Nikolay Kulbaka hesab edir.

- İki il ardıcıl olaraq ölkələrimiz arasında ticarət dövriyyəsi ildə təxminən 35 faiz artıb. Bunlar çox yaxşı göstəricilərdir. Çinlə artan ticarət problemi ortamüddətli perspektivdə Uzaq Şərqdən nəqliyyat dəhlizinin genişləndirilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır. Bu, dəmir yolu infrastrukturuna böyük investisiyalar və onun yenidən qurulması üçün bir neçə il tələb edir. Bu şərtlər daxilində İran (Xəzər dənizi vasitəsilə) və Türkiyə (Qara dəniz vasitəsilə) Rusiyanın perspektivli ticarət tərəfdaşları ola bilər. Qazaxıstan Rusiyaya bənzər iqtisadi struktura malikdir və ona görə də Rusiyanı maraqlandıran mal axınını təmin edə bilməyəcək.

Ekspert qeyd edir ki, Rusiyanın ticarətində digər bir problem əsas dünya valyutaları - dollar və avro ilə əməliyyatlara məhdudiyyətlər olacaq.
- Dünya ticarət əməliyyatlarının böyük həcmi bu valyutalarda baş verir. Yuanın hələ ciddi maliyyə tarixçəsi yoxdur, üstəlik, yuanın məzənnəsini bazar müəyyən etmir, öz maraqlarına uyğun olaraq Çinin nəzarətindədir” - deyə mütəxəssis qeyd edib.

Valyutaların bir-birinə nüfuz etməsi
“Finam”ın analitiki Leksandr Potavin deyir ki, indi CNY/RUB cütlüyü 8,44 məzənnəsi yaxınlığında ticarət edir ki, bu da təxminən əvvəlki həftənin səviyyələrinə uyğundur.

— Moskva birjasında yuan ticarət dövriyyəsi noyabrda artımı dayandırıb və hətta oktyabr ayının orta göstəricisinə nisbətən bir qədər də azalıb. Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, noyabrın 1-ə olan məlumata görə, rusiyalıların banklarda xarici valyutada əmanətləri on il əvvəlki minimum səviyyəni yeniləyib. İndi hesablardakı əmanətlərin və xarici valyutada depozitlərin qalıqları 60 milyard dollardan aşağı düşüb. Deyə bilərik ki, ruslar dollar və avro ilə investisiyaları azaldır. Amma vacibdir ki, eyni zamanda Çin yuanına investisiyaların artması tendensiyası var. Görünür, bu, növbəti aylarda da davam edəcək.

Analitikin sözlərinə görə, Rusiya bankları fiziki şəxslər üçün aktiv olaraq yuanda yeni məhsullar açmağa davam edir.
- İri banklar əhali və biznes üçün Çin valyutasında əmanət xətləri açıb. Bundan əvvəl “Kommersant” Rusiyanın 50 iri kredit təşkilatı (sanksiyalara məruz qalanları nəzərə almasaq) üzrə təhlil aparıb və müəyyən edib ki, Rusiya banklarının demək olar ki, böyük əksəriyyətinin müxbir hesabları yuan, digər hissəsi isə tenge ilədir. Payızın əvvəlinə Rusiya banklarında hesablar demək olar ki, 90% Çin yuanında, cəmi 63% dollarda idi. Bu, sahibkarlara xarici ticarət əməliyyatlarında yuandan daha fəal istifadə etməyə imkan verir.

Tərcümə: Demotiya.com

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)