Flaş / Dünya / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
14:09, 04 yanvar 2023
787
0

XX əsrin ən böyük sirri və ya tarixin ən böyük xəyanəti - 1-ci yazı


Bir neçə gün əvvəl, 30 dekabrda tarixin ən böyük və ən güclü dövlətinin yaranmasından 100 il ötdü. Lakin o dövlət artıq yoxdur. SSRİ-ni nəzərdə tuturam. 31  ildir olmamasına baxmayaraq, hələ də sovetlərin arxasında danışılır, kitablar yazılır, kütləvi informasiya vasitələrində gecə gündüz təbliğat aparılır, təhsil proqramlarında şagird və tələbələrin beyninə yeridilir ki, bu dövlət qaniçn bir imperiya olub və hətta özünün mərkəzi xalqı, rusları belə məhv edib, geriyə salıb.
Biz isə bütün bu təbliğatın, anti-sovet tərbiyəsinin və ölmüş biri ilə mübarizənin bir dəqiqə də olsa dayandırılmamasının səbəblərini bilirik. Sovetlər bəşəriyyətin indiyə qədər düşünüb həyata keçirə bildiyi ən üstün cəmiyyət idi. Lakin onu qətl etdilər. Bəli, məhz qətlə yetirdilər. Obyektiv səbəblərdən deyil, qəsdən öldürüldü.

1991-ci ilin 25 dekabrından 26-a keçən gecə uzun illər ərzində planlaşdırılan və həyata keçirilən  böyük xəyanət öz nəticəsini verdi. Sovet Sosoialist Respublikalar İttifaqı öz mövcudluğunu dayandırdı. Bəziləri, xüsusən də liberal və millətçi cameədən olanlar hesab edirlər ki, SSRİ-nin süqutu obyektiv bir hadisə idi, həmin sistem özünü doğrultmamışdı deyə tezliklə çökdü. Bu iddianın əksini, yəni öz iddiamızı sübut etmək üçün bir neçə hissədən ibarət silsilə yazılar dərc etmək istəyirəm. Bunun üçün yazılarda əsrin ən böyük xəyanətinin məzmununu açmağa çalışacaq, xəyanətin müxtəlif aspektlərini, bəzən də bu xəyanətdə iştirak edən müxtəlif şəxslərin rolunu dərindən araşdırmağa çalışacağıq.
Beləliklə, bəzi sənədləri və şahidlərin söylədiklərini oxuduqda aydın olur ki, SSRİ-nin süqutu ilə nəticələnən xəyanətin ucu gedib Andropova, Primakova və onların həmfikirləri olan kolleqalarına gedib çıxır. O dövrdə yüksək vəzifələrdə çalışmış, ümumiyyətlə bu məsələni illərdir araşdıran şəxslər hesab edir ki, dövlətin süqutu üçün ilkin obyektiv səbəblər olmayıb.
Məsələn, o zamanlar partiyada yüksək vəzifələrdə çalışmış, rusiyanın görkəmli diplomatlarından olan, ictimai xadim Vyaçeslav Matuzov hesab edir ki, bunun üçün heç bir ilkin obyektiv səbəblər yox idi. Lakin hazırda, araşdırdırma apardığım illərdən sonra aydın olur ki, o illərdə xalqın nifrətinə səbəb olacaq, hakimiyyətə qarşı üsyana gətirib çıxara bilən, xalqı hakimiyyətdən narazı salan elə “nöqtələr” yaradılırdı ki, bunların vasitəsilə xalqı könüllü surətdə meydanlara çıxmağa vadar edirdi. Xalqı meydanlara çıxarmaq üçün gərək əsaslı səbəblər ola. Onu da süni surətdə yaradırdılar. Hətta dövlət müəssisələrində rəhbərlik edən şəxslər həmin müəssisələrində çalışan işçiləri belə anti-hökumət mitinqlərinə çıxmağa sövq edirdi. Bundan başqa, hətta o işçilərin meydanlara rahat çıxaması üçün elə dövlətin öz məmurları, şəhər rəhbərliyi xüsusi, təptəzə avtobuslar ayırıb onların etirazlara çıxmasını təmin edirdilər. Təsəvvür edirsiniz bu nə deməkdir? Bu, elə bir şeydir ki, hesab edin ki, Bakı Neftayırma Zavodunun rəhbərliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi birləşib işçiləri ANTİ-HÖKUMƏT mitinqinə çıxarırlar və bu işçilərin ora çıxması üçün dövlətin özünə məxsus avtobusları cəlb edirlər. Belə bir şey ağlınıza sığır? Çətindir, bilirəm. Amma bu, baş verib.
Araşdırmaçı jurnalist İqor Şişkinin dediklərinə görə, onun Müdafiə Sənayesi Müəssisələrindən birində partiya komitəsinin katibi işləyən tanışı deyib ki, ona yuxarıdan tez-tez göstəriş gəlirdi ki, müəssisənin işçilərini, əsasən də orda çalışan elitanı, yəni mühəndisləri, konstruktorları, alimləri və digər yüksək ranqlı işçiləri anti-hökumət mitinqinə çıxarsın. Və xəbərdarlıq ediblər ki, əgər mitinqə lazımi sayda adam çıxara bilməsə, ciddi şəkildə cəzalandırılacaq.
Daha bir misal kimi onu göstərirlər ki, SSRİ-nin əyalətlərində, yəni şəhər deyil, kənd tipli yerlərində o qədər də istehlak edilməyən kolbasa məhsullarını xüsusi adamlar kisələrlə alırdılar, dükanlarda qıtlıq yaradıb kəndliləri belə narazı salırdılar. Planlı təsərrüfat olan Sovet iqtisadiyyatı bu cür provakasiyalara hazır deyildi. Çünki hansı yerdə hansı məhsulun nə qədər istehlak edilməsi artıq məlum idi və istehsalat bu tələbat üzrə aparılırdı. Bundan başqa, provakasiyaların qarşısını almağa heç cəhd belə göstərilmirdi.
Başqa bir misal: 1990-cı ilin sonlarında bütün tütün məhsuları piştaxtalardan yoxa çıxdı. Bu provakasiyanın miqyasını dərk edirsiniz? Siqaret çəkənlər bunu yaxşı bilir. Siqaret çəkən insan onsuz yaşaya bilmir. Belə olanda əsəbdən hətta quduz heyvanı xatırladan insanlar olur. Və bütün bunlarda kim günahkar idi? Təbii ki, hakimiyyət! Bu provakasiyanın süni surətdə yaradılması açıq-aşkardır. Dünyanın ən axırıncı axmağından belə tütün məmulatlarını satışdan yığışdırmaq barədə məsləhət alsan, deyəcək ki, “amanın günüdür, dəymə! Qoy camaat rahat siqaretini çəksin. Yoxsa bir müddətdən sonra hakimiyyətdəkilərin ətini yeyər”. Bəs hər bir axmağa belə məlum olan bu sadə həqiqət Sovetləri idarə edənlərə məlum deyildi? Əlbəttə ki, məlum idi, Lakin məhz onlar bu “yaralı yerdən” istifadə edib dövləti sarsıtmağa çalışırdılar...
Ardı növbəti yazıda.
Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)