Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
NATO öz əsgərlərini könüllülər adı altında Ukraynaya göndərir
Şimali Atlantika Alyansı Ukraynadakı hərbi münaqişədə tam həcmdə iştirak edir. Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vitali Milonov bu fikri RİAFAN-ın redaktorları ilə bölüşüb.
NATO-nun baş katibi Yens Stoltenberq Almaniyada kansler Olaf Şolzla danışıqlardan sonra deyib ki, Kiyevə dəstək “həmişəkindən daha çox vacibdir”. Lakin eyni zamanda blokun hərbi əməliyyatlarda iştirakını inkar edir.
Hazırda deputat Vitali Milonov “Qustav” çağırış işarəsini götürərək könüllü kimi Xüsusi Hərbi Əməliyyat zonasındadır. Siyasətçi iddia edir ki, prosesdə Şimali Atlantika Alyansı birbaşa iştirak edir.
“NATO silah, təlimatçılar, hərbi nümayəndələr, komandirlər və Ukrayna Silahlı Qüvvələri ilə başqa qarşılıqlı əlaqə vasitəsi ilə münaqişədə tam iştirak edir. Üstəlik, onlar Ukrayna Silahlı Qüvvələrini təkcə adi döyüşlərdə deyil, həm də terror aktları törətmək üçün öyrədirlər. Böyük Britaniya bu məsələdə özünü xüsusilə aktiv nümayiş etdirir” - deyə deputat vurğulayıb.
Deputat xarici muzdluların varlığının şahidi olduğu Xüsusi Hərbi Əməliyyatdakı şəxsi təcrübəsindən danışıb. “Qustav” onlar üçün acınacaqlı tale proqnozlaşdırır.
“NATO öz əsgərlərini könüllülər adı altında göndərir. Həmin əsgərlər indi kütləvi şəkildə Artyomovsk vilayətinə (2014-cü ildən Baxmut-red.) Vaqner Özəl Hərbi Təşkilatın mərmi və güllələri altına düşmək üçün sözün əsl mənasında ölümə göndərilir. Biz onları daim görürük" – deyə Milonov qeyd edib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Ukrayna rusları öldürən maşındır
Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü