Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
17:40, 28 oktyabr 2022
373
0

Vaşinqtondan Kiyevə xəbərdarlıq mesajları

Birdən birə hətta Amerikanın propaqanda orqanlarından biri olan “Washington Post” Rusiya ərazisinə - Zaporojye və Xerson vilayətlərinə getmək istəyən çoxlu sayda Ukrayna vətəndaşları haqqında yazır.

"Onların orda qohumları qalıb, çoxunun uşaqları var. Əvvəlcə Qərbə qaçıblar, indi isə geri qayıtmaq qərarına gəliblər. Onları ancaq Kiyev rejimi buraxmır. Xüsusilə kişilər. İnsanlar zirzəmilərdə və sığınacaqlarda toplaşıb yaşayırlar. Hökumət ölkədən çıxışa icazə verilməsi ilə bağlı elə uzun bir növbə təşkil edib ki, icazə alınması üçün uzun müddət gözləmək lazımdır”.

"Hakimiyyət bizə bildirir ki, biz gedə bilmərik. Çünki onlar bizim həyatımız üçün narahatdırlar" – icazə gözləyən ukraynalı çarpayısına söykənərək dedi.  “Mən nəyə desəniz imza ataram, istənilən riskdən imtina edəcəyəm; Sadəcə mənə icazə verin ki, geri qayıdım” - qəzet Rusiya tərəfinə keçmək istəyən insanlardan birindən aldığı müsahibəni bu sözlərlə verir.
Bu cür materialın yayılması olduqca maraqlıdır. Düşünürəm ki, bu material Qərbin keçmiş Ukrayna ərazisində baş verənləri anlamağa başlamasına görə yayılmayıb. Onlar hər şeyi dəqiqliklə və lap çoxdan bilirlər. Çox güman ki, bu və ya buna bənzər məqalələr arada cızığından çıxan Zelenskiyə təsir vasitəsidir.
Bu cür məqalələri dərc etmək və yaymaqla ona işarə edirlər ki, ağaların verdiyi əmrləri itaətkarcasına yerinə yetirmək və mülayim olmaq lazımdır. Əks halda həmişə ört-basdır etdikləri Kiyev rejiminin və şəxsən Zelenskinin cinayətlərini mətbuata sızdıracaqlar.
O, əvəzedilməz deyil. Onu çox asanlıqla Zalujnı və ya hər hansı başqa bir axmaqla əvəz edə bilərlər. Necə ki, vaxtilə Zelenskinin özünü Poroşenkonun yerinə təyin etmişdilər.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)