Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Rusiya propaqandası Qərb propaqanda maşınını üstələyir - Təhlil
Rusiyalılar propaqandaya qərblilər kimi yanaşsalar heç nə əldə edə bilməyəcəklər. Ona görə də Ukraynadakı Xüsusi Hərbi Əməliyyat başlayandan Rusiya propaqanda maşını qərbdəkindən fərqli formada işləyir. Və düz də edir.
Qərb(Ukrayna) propaqanda maşınının metodu bundan ibarətdir ki, lokal, xırda qələbələr haqqında şişirdilmiş məlumatlar yaymaq və qələbə qazanılması barədə təəssürat yaratmaq. Lakin bu metod çox qüsurludur. O mənada ki, ilk günlər effekt verir, lakin sonradan ümumi sistemli mənzərə yaratmadığı, reallığı əks etdirmədiyi üzə çıxır və tez unudulduğu üçün heç kəsin vecinə olmur və tərəfin qələbə qazanması barədə fikirlərin yalan olduğu, ümumiyyətlə "lokal informasiya nöqtələri" arasında ziddiyyətlərin olması üzə çıxır.
Əgər fikir versək görərik ki, Xüsusi Əməliyyat başlayan kimi Ukrayna tərəfindən 3 günə 1 milyon saxta məlumat mediada yayıldı. 1 ay ərzində saxta məlumatların sayı 10 milyonu keçdi. Lakin onlardan hansı birisi həqiqət kimi indi yaddaşlarda qalıb? Məncə çox cüzi hissəsi qalsa böyük uğurdur. Lakin bu cüzi hissə də ümumi mənzərəni tamamlamır deyə əhəmiyyətsizdir. Kim Ukrayna ordusunun apreldə, martda, mayda, iyunda hansısa qələbəsini xatırlayır? Cavab məlumdur - heç kim. Hazırda Ukrayna telekanallarında həftə ərzində 2-3 informasiya "hücumu" olur ki, bu da uzağı 2 günə unudulur. Məsələ burasında deyil ki, bu məlumatlar reallığı əks etdirir ya yox. Axı propaqanda materialının belə bir vəzifəsi yoxdur ki, mütləq reallığı əks etdirsin. Əsas məsələ odur ki, informasiya məkanına ötürülsün. Lakin tezliklə unudulması problemdir. Çünki, "lokal informasiya nöqtələri" müəyyən həddi keçdikdən sonra bu nöqtələr arasında ziddiyyətlər o qədər çoxalır ki, artıq bu ziddiyyətlər demək olar hər kəsə aydın olur. Bu lokal nöqtələr arasında "gəzişmək" olur. Lokal nöqtələri arasındakı ziddiyyətlərin olmaması mümkün olmur. Ona görə də propaqanda maşını verdiyi propaqanda "mənzərəsi" ilə öz-özünü ifşa etmiş olur.
Sistemli yanaşma hər ölkənin əhalisində olmadığı üçün bu propaqanda maşını müəyyən müddətə öz məqsədlərinə nail olur və ya nail olurmuş kimi görünür. Bəzi ölkələr var ki, onların əhalisi informasiyaya sistemli yanaşma nümayiş etdirməyə meyllidirlər ki, bu ölkələrdə propaqandanın ilk mərhələsindən hər şey ortada gün kimi aydın olur. Avropada bu baxımdan 2 ölkə irəlidədir - Polşa və Rusiya. Və ukraynalılara ilk etiraz dalğasının ilk Polşadan başlaması da təsadüfi deyildi.
Rusiya propaqandasının Qərb propaqandasından fərqi ondan ibarətdir ki, əvvəla, Rusiya propaqandası ilə Qərb propaqandası arasında resurs baxımından çox böyük fərq var və bu fərq Qərbin xeyrinədir. 2-ci fərq ondan ibarətdir ki, Rusiya propaqanda maşınında qəsdən uydurulmuş, düzüb-qoşulmuş, həyasız yalan yoxdur. Məhz buna görə də az resurslu Rusiya propaqandası daha kəsərli, daha effektivdir. Düzdür, yalan məlumatlar arada sızır. Lakin səhv (məhz səhv!) olduğu ortaya çıxan kimi elə propaqanda subyektlərinin özləri tərəfindən də təkzib edilir. Deyə bilərsiniz ki, axı illərdir Rusiya propaqanda maşını da yalanlar uydurub, bu necə olsun? Təsdiq edirəm. Ukraynada xüsusi hərbi əməliyyat başlayana qədər Rusiya tərəfi də eynən qərbdəki rəqiblərinin lekalları ilə işləyirdilər. Daha doğrusu, haqlı olaraq 5-ci kolon adlandırılan, mediada at oynadan personaların qərbdəki propaqanda lekallarından başqa bildikləri və etmək istədikləri yox idi. 24 fevral tarixi bütün dünya tarixində dönüş nöqtəsi olduğu kimi, Rusiya propaqanda maşınında da dönüş nöqtəsi rolunu oynadı. Faktiki müharibə vəziyyəti hökuməti mediaya və sosial şəbəkələrə nəzarəti gücləndirməyə sövq etdi. Bəzi media və şou nümayəndələri ümumiyyətlə ölkədən getdilər, bəziləri isə “ciddi söhbət”lə strategiyalarını dəyişməyə məcbur oldular. Bu cür tədbirlərin nəticəsidir ki, Rusiyada artıq qərb stilində propaqanda yoxdur və məhz buna görə də Rusiya propaqanda maşını Qərb propaqandasından dəfələrlə az resurslara malik olmasına baxmayaraq qalib gəlmək üzrədir. Bu, göstərie ki, Qərb propaqanda maşını səhv, Rusiya propaqanda maşını isə doğru strategiya ilə çalışır.
Qərb propaqandasının ən böyük yalanlarından və özünün fiaskosuna səbəb olan tendensiyalarından biri Putin barəsində uyduruımuş yalanların yayılmasıdır. Onlar Putin barəsində hiyləgərcəsinə yalan uyduraraq “Putin də Qorbaçov kimi satqındır, lakin o, bunu çox səliqəli şəkildə gizlədə bilir. O, Qərbə işləyir, Rusiyanı Qərbin maraqları üçün çətin durumlara salır, sonda ölkəni Qərbin ayaqları altına sərəcək” və s. bu kimi tezislərlə Putinin nüfuzunu aşağı salmağa çalışırlar. Hətta bu cür hiyləgər tezisləri belə bu tezislərə əks tendensiya üzrə hər gün baş verən hadisələrin, Putinin davranışlarının təsiri altında əriyib yox olub gedir. Yalnız az sayda qərəzli və çox savadsız “obıvatellər” bu yalana inanmaqda davam edirlər.
Qərb propaqandasının fiaskoya uğradığı sahələrdən biri də Rusiyada və Qərbdəki iqtisadi vəziyyətlə bağlı olan propaqanda ilə bağlıdır. Milyardalarla pul vəsaiti, milyonlarla insanların cəlb olunduğu və demək olar bütün dünyanı hörümçək toru kimi bürümüş Qərb propaqanda maşını nə qədər çalışsa da Qərbdəki iqtisadi tənəzzülün və avropalıları qarşıda fəlakətli günlərin gözlədiyini əhalidən gizlədə bilmədilər. Nəinki bunu gizlədə bilmədilər, hətta illərdir yaydıqları və bir çoxlarını inandırdıqları “Rusiya dağılacaq” "Rusiya vot-vot dağılır" tipli tezislərinə inamı da sarsıdıblar. Çünki istər-istəməz əhali Rusiya və Qərb arasındakı fərqləri görür. Televizorla Soyuducunun mübarizəsində həmişə soyuducu qalib gəlir. Lakin maraqlı olan bundan ibarətdir ki, həm televizorun, həm də soyuducunun işləməsi üçün elektrik olmalıdır. Elektrik isə avropalı üçün problemdir. Qərb dövlətləri əllərində olan bütün iqtisadi rıçaqlardan istifadə etdilər ki, Rusiyanı çökdürsünlər. Və öz əhalisini bir neçə ay inandıra bildilər ki, sanksiyalardan yaranan “xırda” çətinliklərə dözməklə Putini dayandıracaqlar. Lakin bir neçə aydan sonra məlum oldu ki, propaqandanın söylədikləri ilə reallıq arasında həddindən artıq böyük fərqlər var və artıq əhalidəki bu inam sarsıntısı özünü Avropanın küçələrinə göstərir. Bir neçə aparıcı Avropa dövlətlərində küçələrdə əhali hökumətin istefası, ucuz Rusiya qazı, Şimal axını-2 və Ukrayna münaqişəsində neytrallıq, sanksiyaların ləğvini tələb edirlər. Bu faktın özü Qərb propaqandasının fiaskosunu ən parlaq formada ortaya qoymuş olur...
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.