Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika
Ukrayna Azərbaycan şirkətlərinə və tanınmış azərbaycanlılara sanksiya tətbiq edəcək?
Türkiyə ilə Ukrayna arasında dövlətlərarası qalmaqala səbəb olan Ukrayna dövlət saytı həm də SOCAR-ın rusiyadakı törəmə şirkətinə və Azərbaycan diasporunun nümayəndələrinə qarşı sanksiyalar tələb edir. Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyinin “Müharibə və Sanksiyalar” portalı Qərb dövlətlərini SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri Cəfər Fəridova qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırır.
Ukrayna hökumətinin ünvanında yerləşən Ukrayna portalı eyni zamanda “SOCAR Enerqoresurs” MMC-nin baş direktoru olan Cəfər Fəridovu və onun nəzarət etdiyi təşkilatı “Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına” qəsd etməkdə ittiham edir və azərbaycanlı iş adamına qarşı sanksiyalar tələb edir. Həmçinin, Ukrayna hökumətinin resursu Azərbaycan vətəndaşı İqor Okaevin rəhbərlik etdiyi VTB Azərbaycan ASC-nin rəhbərliyinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini tələb edir.
Bir neçə gün əvvəl “Müharibə və Sanksiyalar” portalının fəaliyyəti Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqala səbəb olmuşdu. Sentyabrın 12-də Türkiyənin “Aydınlık” qəzeti Rusiyada fəaliyyət göstərən türk bizneslərinə qarşı sanksiyaların tətbiqi çağırışları barədə məlumat verdikdən sonra Ankara rəsmi Kiyevdən açıqlama tələb edib. Belə ki, sentyabrın 12-də Türkiyənin hakim partiyası AKP-nin mətbuat katibi Ömər Çelik bildirib ki, Ukraynanın hərəkətləri “qəbuledilməzdir” və Türkiyənin Kiyevdəki səfirliyi artıq “lazımi təşəbbüslərlə çıxış edib”. Sentyabrın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın bu məsələ ilə bağlı Kiyevdən izahat tələb etdiyini təsdiqləyib.
Bəs rəsmi Bakı necə, öz biznesinin maraqlarını Ankara qədər sərt müdafiə edəcəkmi?
Ukrayna rəhbərliyinin fikrincə, sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında Rusiyadakı Azərbaycan diasporunun tanınmış simaları da var. O cümlədən iş adamı Araz Ağalarov və oğlu Emin. Lakin Ukrayna hökumətinin portalında onların Ukraynadakı münaqişədə iştirakı barədə heç bir söz yoxdur. Xüsusən də Emin Ağalarova qarşı sanksiyaların tətbiq edilməsinin əsaslandırılması elə bil ABŞ Demokrat Partiyasından olan amerikalı tərəfindən zəif rus dilində yazılıb: “Rusiyalı oliqarx Ağalarov Araz İskəndəroviçin oğlu, Rusiyada böyük biznesi var və hökumətlə əlaqələri var. Müxtəlif sahələrdə fəaliyyət göstərən 60-dan çox hüquqi şəxsin təsisçisidir. ABŞ Xüsusi Prokurorluğunun açdığı ABŞ seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı işdə şahid qismində çıxış edir".
Bu da bizim Ukraynaya yardımlarımızın "çox sağ ol"u. UKRAYNAYA ŞÖHRƏT QIŞQIRAN NEÇƏ NƏFƏRİK?
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Dünya əhalisinin 1 %-i digər 99 %-dən varlıdır – hər şey iki şirkətin, bir neçə ailənin əlindədir
Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
“YIRTICI” FİLMİNDƏN CANLI MÜHARİBƏ TEATRINA – ANALİTİK YAZI