Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya
17:35, 18 sentyabr 2022
388
0

Avropa İttifaqında ikirəqəmli inflyasiya - 10.1%


Avropa İttifaqında ikirəqəmli inflyasiya qeydə alınıb. 2022-ci ilin aprelində 8,1%, mayında 8,8%, iyununda 9,6%, iyulunda 9,8%, avqustunda isə yeni rekord - 10,1% inflyasiya qeydə alınıb.

Bu barədə Eurostat öz rəsmi məlumatında bildirir.

Aİ-də enerji qiymətlərindəki sıçrayış 38,6% təşkil edib. Enerji qiymətlərindəki belə sıçrayışa əsas töhfəni anti-Rusiya sanksiyaları verib.

İlkin ərzaq məhsullarının qiymətləri +11,0% arım qeydə alınıb.

Aİ-nin 15 ölkəsində ikirəqəmli inflyasiya qeydə alınıb:

25,2% - Estoniya
21,4% - Latviya
21,1% - Litva
18,6% - Macarıstan
17,1% - Çexiya
15.0% - Bolqarıstan
14,8% - Polşa
13,7% - Hollandiya
13,4% - Slovakiya
13,3% - Rumıniya
12,6% - Xorvatiya
11,5% - Sloveniya
11,2% - Yunanıstan
10,5% - İspaniya
10,5% - Belçika

Qeyd edək ki, bir qədər əvvəl məlumat vermişdik ki, Rusiyada ilk dəfə ardıcıl 4 ay – may, iyun, iyul, avqust aylarında Avropada ən aşağı aylıq inflyasiya qeydə alınıb.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)