Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika
17:55, 31 avqust 2022
484
0

Avrozonada inflyasiya yeni rekord vurdu - Eurostat


2022-ci ilin avqustunda Avrozonada inflyasiya 9,1% təşkil edib ki, bu da avronun yaranmasından bəri tarixi rekorddur.
Bu barədə
Eurostat rəsmi olaraq açıqlayıb. Əvvəlki tarixi rekordlar 2022-ci ilin və may ayında 8,1%, iyununda  8,6%, iyulunda isə  8,9% qeydə alınmışdı.

Avrozonanın doqquz ölkəsi avqustda ikirəqəmli inflyasiya həddində yaşayır.

Estoniyada 25,2%, Litvada 21,1%, Latviyada 20,8%, Hollandiyada 13,6%, Slovakiyada 13,3%, Sloveniyada 11,5%, Yunanıstanda 11,1%, Belçikada 10,5%, İspaniyada 10,3% inflyasiya qeydə alınıb.

Avqust ayında enerji qiymətlərində qiymət sıçrayışı 38,3% təşkil edib.
Qeyd edək ki, avrozonada enerji qiymətlərinin artımı mayda 39,1%, iyunda 41,9%, iyulda 39,6% təşkil edib.

Mütəxəssislər bu qiymət artımı sıçrayışının və ümumilikdə inflyasiyanın belə rekord həddə çatmasının əsas amili kimi Avropa dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar olduğunu qeyd edirlər. Ucuz enerji daşıyıcılarını Rusiyadan alan Avropa Birliyi dövlətləri artıq həmin enerji daşıyıcılarını həm az həcmdə, həm də dəfələrlə baha qiymətə aldığı üçün mal və xidmətlərin maya dəyərində dəfələrlə artım müşahidə edilmişdir. Buna görə də sürətli bahalaşma gedir.

P.S. Öz aramızdır, liberalların və qərb aşiqlərinin təriflədikləri Avropadakı rahat həyatın əslində bir səbəbi var imiş – ucuz Rusiya qazı. Vəssalam.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)